Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4862/2024 27.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "müavinətin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "müavinətin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən Kommunal Təsərrüfat Nazirliyinin 5 saylı Təmir Tikinti İdarəsi Mənzil Təsərrüfat İdarəsində iddiaçı dülgər işləyərkən 1996-cı ilin avqust ayında əmək xəsarəti almışdır. Aldığı xəsarətlə əlaqədar işlədiyi müəssisədə 1996-cı ilin avqust ayının 23-də xəsarətlə əlaqədar akt tərtib edilmiş, 2-ci qrup əmək əlil kimi ona ödəniş verilmişdir, xəsarət pulunu 2005-ci ilə kimi almışdır. İşlədiyi müəssisə 2005-ci ildən fəaliyyətini dayandırdıqdan sonra iddiaçıya xəsarətə görə ödəniş pulunu X7 Fondunun vəsaiti hesabına Fondun Sumqayıt filialı tərəfindən ödənilmişdir. 2005-ci ildən 2015-ci ilə kimi xəsarət pulu cavabdeh tərəfindən ödənilməmişdir. 2015-ci ildən Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçı işlədiyi 5 saylı Təmir Tikinti İdarəsi Mənzil Təsərrüfat İdarəsini özəlləşdirib fəaliyyətini bərpa etdiyini əsas götürərək, verilən ödənişi dayandırmışdır. Həmin müəssisənin özəlləşdirilməsinə dair dəfələrlə aidiyyatı təşkilatlara müraciətləri heç bir nəticə verməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına daxil olmuş iddiaçının müraciəti ilə əlaqədar Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 11 oktyabr 2022-cı il tarixli, **********2 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçıya özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəniş əvəzinə ödənilən aylıq müavinət üzrə 10 mart 2015-ci il tarixdən 30 sentyabr 2022ci il tarixədək artıqvermə müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 39.2-ci maddəsinə əsasən əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan "məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Nəticədə sosial müavinət üzrə 10 mart 2015-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək müəyyən edilmiş 7488,58 manat məbləğində artıqvermə 1 noyabr 2022-ci il tarixdən etibarən əmək pensiya məbləğindən hər ay 57,33 manat tutulmaqla, DSMF-in hesabına bərpa edilir. Çoxsaylı müraciətlərdən sonra araşdırmalar nəticəsində məlum olmuşdur ki, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin tabeliyində olmuş 5 saylı Təmir Tikinti İdarəsi özəlləşdirilməmişdir. Belə ki, sözügedən idarənin əmlakı və ərazisi 2008-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müvafiq qərarı ilə cavabdehin balansına verilmişdir və həmin müəssisə bu günə kimi öz fəaliyyətini davam etdirir. Beləliklə, iddiaçının işlədiyi 5 saylı Təmir Tikinti İdarəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının 7 noyabr 2008-ci il tarixli 344 saylı sərəncamı ilə cavabdehin balansına verilmişdir. Azərbaycan Repsublikası Sumqayıt İcra Hakimiyyəti Başçısının 7 noyabr 2008-ci il tarixli, 344 nömrəli Şəhərdə istehsal və məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında Sərəncamına əsasən, Sumqayıt şəhər İcra hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini T.Hacıyev və Mənzil Kommunal Təsərrüfatı X2 rəisi T.Məmmədov cavabdeh MMC-nin maddi-texnik bazasının möhkəmləndirilməsi üçün qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq təhvil-təslim aktı əsasında Sanitar təmizliyi idarəsinin, Sumqayıt şəhər bərk tullantılar poliqonunun, Mənzil Kommunal Təsərrüfatı X2 tabeliyində olan və uzun müddətdir öz fəaliyyətlərin dayandırmış, abadlaşdırma üzrə ixtisaslaşdırılmış podrat təmir tikinti İdarəsi, 5 saylı Təmir tikinti İdarəsi və 5 saylı Təmir tikinti İdarəsinin əməli idarəçiliyin verilmiş əmlak və ərazilərinin, eləcə də şəhərin məişət tullantılarında təmizlənməsi məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinə verilmiş xüsusi qurğulu maşın və mexanizmlərin yeni yaradılmış cavabdeh MMC-nin balansına verilməsini və digər tədbirlərin həyata keçirilməsi təmin edilmişdir. Cavabdeh "Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-yə 11 oktyabr 2023-cü il tarixli, 5-Ö-7-7/2-191/2023 nömrəli məktubunda bildirilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 07 noyabr 2008-ci il tarixli 344 saylı sərəncamı ilə yaradılmış cavabdeh MMC-yə 5 saylı Təmir Tikinti İdarəsinin torpaq üzərində olan əmlakı balans dəyəri olmayan 4680 kv.m-lik ərazisi komissiya üzvlərinin iştirakı ilə tərtib edilmiş akta əsasən təhvil verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2024-cü il tarixli qərardadı ilə iddiaçı X1 cavabdeh "Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-yə qarşı "aldığı xəsarətlə əlaqədar ödənişin verilməsi və s.” tələbi mümkün sayılmamışdır. Göstərilənlərə əsasən, cavabdeh Sumqayıt şəhər Təmizlik Departamenti MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Statiska Komitəsinin hər ilə dair X5 Təsnifatı üzrə iqtisadiyyat sahəsinə uyğun orta aylıq nominal əmək haqqının altmış faizi məbləğində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək 574,32 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 591,18 manat, xx.xx.2022-ci il tarixdən aylıq 727,98 manat iddiaçıya xəsarətə görə müavinətin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edilərək, cavabdeh Sumqayıt şəhər Təmizlik Departamenti MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Statiska Komitəsinin hər ilə dair X5 Təsnifatı üzrə iqtisadiyyat sahəsinə uyğun orta aylıq nominal əmək haqqının səksən faizi məbləğində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək müəyyən edilmiş 707,60 manatın səksən faizi 566,08 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 732,1 manatın səksən faizi 585,68 manat, xx.xx.2022-ci il tarixdən aylıq 840 manatın səksən faizi aylıq 672 manat ona xəsarətə görə müavinətin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
5. Məhkəmə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan xx.xx.2008-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 344 saylı, 07 noyabr 2008-ci il tarixli sərəncamın və Mənzil –Kommunal Təsərrüfatı X2 12 noyabr 2008-ci il tarixli, 23 №-li əmrin icrası ilə əlaqədar olaraq Birliyin tabeliyində olan İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsinin, 1 və 5 saylı Təmir Tikinti İdarələrinin əmlakı və əraziləri yeni yaradılmış "xxxx"nin balasına təhvil verilmişdir.
9. İş materiallarına əlavə olunmuş Azərbaycan Repsublikası Sumqayıt İcra Hakimiyyəti Başçısının 7 noyabr 2008-ci il tarixli, 344 nömrəli Şəhərdə istehsal və məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında Sərəncamına əsasən, Sumqayıt şəhər İcra hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini T.Hacıyev və Mənzil Kommunal Təsərrüfatı X3 rəisi T.Məmmədov cavabdeh MMC-nin madditexnik bazasının möhkəmləndirilməsi üçün, qüvvədə olan qanunvericiliyin tələblərik uyğun olaraq təhvil-təslim aktı əsasında Sanitar təmizliyi idarəsinin, Sumqayıt şəhər bərk tullantılar poliqonunun, Mənzil Kommunal Təsərrüfatı X2 tabeliyində olan və uzun müddətdir öz fəaliyyətlərin dayandırmış Abadlaşdırma üzrə ixtisaslaşdırılmış podrat təmir tikinti İdarəsi, 5 saylı Təmir tikinti İdarəsi və 5 saylı Təmir tikinti İdarəsinin əməli idarəçiliyin verilmiş əmlak və ərazilərinin, eləcə də şəhərin məişət tullantılarında təmizlənməsi məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinə verilmiş xüsusi qurğulu maşın və mexanizmlərin yeni yaradılmış cavabdeh MMC-nin balansına verilməsini və digər tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşmiş özəlləşdirilməsini qeyd edilən 5 saylı Təmir Tikinti İdarəsi ilə bağlı müvafiq məlumatların təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Müraciətlə əlaqədar araşdırma nəticəsində məlum olmuşdur ki, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin tabeliyində olmuş 5 saylı Təmir Tikinti İdarəsi özəlləşdirilməmişdir. Belə ki, sözügedən idarənin əmlakı və ərazisi 2008-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müvafiq qərarı ilə Sumqayıt şəhər Təmizlik Departamentinin balansına verilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona TSEK tərəfindən verilmiş TSE-0 seriyalı AR 652837 nömrəli arayışdan görünür ki, İddiaçı Güloğlan oğlu müddətsiz olaraq 2-ci qrup əlildir. xx.xx.2003-cü il tarixli, 5198 nömrəli müayinə aktına əsasən, İddiaçı Güloğlan oğlu əmək qabiliyyətsizdir.
12. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona TSEK tərəfindən verilmiş TSE-0 seriyalı AR 652837 nömrəli arayışdan görünür ki, İddiaçı Güloğlan oğlu müddətsiz olaraq 2-ci qrup əlildir. xx.xx.2003-cü il tarixli, 5198 nömrəli müayinə aktına əsasən, İddiaçı Güloğlan oğlu keçirilmiş qapalı kəllə beyin travmasının qalıqları mövcuddur. Əmək qabiliyyətini 80 faiz itirmişdir.
13. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzər Mərkəzi Filialı tərəfindən 12 aprel 2023-cü il tarixli əmək pensiyasından tutulma barədə ərizəyə cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətə tərəflərindən baxılmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Qərara əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət üzrə 7488,58 manat artıqalma müəyyən edilmişdir. Əlilliyə görə əmək pensiyadan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək 343,98 manat vəsait tutularaq büdcəyə bərpa edilmişdir. Qalıq artıqalma 7144,60 manat təşkil edir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 39-cu maddəsinə edilmiş 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minmiş dəyişikliklərə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq alınmış və sizdən hal hazırda tutulan məbləğ əmək pensiyası üzrə deyil sosial müavinət üzrə yarandığından sözügedən dəyişikliyin bu hala şamil edilməsi mümkün deyil. Yuxanda qeyd edilənləri nəzərə alaraq, artıq ödənilmiş vəsaitin geri qaytarılmasının təmin edilməsi üçün müvafiq prosedurların həyata keçirilməsi məqsədilə" (ərizə və qəbzin təqdim edilməsi üçün) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ya "DOST” Mərkəzinə yaxınlaşmağı xahiş olunur. Diqqətə çatdırılır ki, artıq ödənilmiş vəsaitin geri qaytarılması tərəflərindən təmin edilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəkdir. Bank hesabı: X4 kodu: 210005 VÖEN:********** müxbir hesabı AZ41NABZ******************** SWİFT: CTREAZ 22 Nazirlik tabeliyində’ Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı - VÖEN: ********** hesablaşma hesabı: AZ26CTRE******************** səviyyə kodu: 1 iqtisadi təsnifat kodu: 272320.
14. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir. Həmçinin İMS üçün ərizənin tarixi xx.xx.2024-cü ildir.
15. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqına dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan və istifadəçilərə təqdim edilən rəsmi statistik məlumatlar bu sahədə statistikanın aparılması üçün müəyyən edilmiş hesabat formalarının məlumatları əsasında işlənilir ki, həmin hesabat formalarında ayrı-ayrı peşələr (vəzifələr) üzrə orta aylıq nominal əməkhaqqına dair məlumatlar nəzərdə tutulmamışdır. Bu səbəbdən sorğunuzda qeyd edilmiş “dülgər” peşəsi üzrə orta aylıq nominal əməkhaqqı barədə məlumatların tərəflərindən təqdim edilməsi mümkün deyil. Bununla yanaşı bildirilir ki, "xxxx" MMC-nin əsas fəaliyyətinin də aid olduğu “Su təchizatı, tullantıların təmizlənməsi və emalı” sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin yanvar-iyul aylarında 723 manat təşkil etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı cavabdeh müəssisədə əmək vəzifələrini yerinə yetirərkən aldığı xəsarət nəticəsində peşə xəstəliyinə tutulmuş, əmək qabiliyyətini itirmək əsası ilə ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 344 saylı, 07 noyabr 2008-ci il tarixli sərəncamı ilə Mənzil –Kommunal Təsərrüfatı X2 5 saylı Təmir Tikinti İdarəsinin əmlakı və əraziləri yeni yaradılmış "xxxx"nin balasına təhvil verilmişdir. Hazırda iddiaçı sağlamlığına vurulmuş zərərin əvəzi olaraq orta aylıq nominal əmək haqqının səksən faizi məbləğində pul tələb edir.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında" 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir.
19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 5 saylı Təmir Tikinti İdarəsində işləyərkən əmək xəsarəti almışdır. İstehsalat qəzası ilə əlaqədar 2-ci qrup əlildir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında" 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarının 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir.
21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 344 saylı, 07 noyabr 2008-ci il tarixli sərəncamı ilə 5 saylı Təmir Tikinti İdarəsinin əmlakı və əraziləri yeni yaradılmış "xxxx"nin balasına təhvil verilmişdir.
22. Azərbaycan Respublikasi Prezidentinin “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında” 04 avqust 2008ci il tarixli Fərmanına əsasən Bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur.
23. Həmin Fərmanın 5.1 və 5.2-ci bəndlərinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.
24. Həmin Fərmanın 5.6-cı bəndinə əsasən dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir.
25. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasından asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır.
27. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
28. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
29. Göründüyü kimi işçi İddiaçı əmək xəsarəti alması işəgötürənin təqsirli əməli nəticəsində baş vermişdir ki, bu halı da iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı təsdiq edir.
30. Məhkəmə qeyd edir ki, ödəncin ödənilməsi qaydası və miqdarı qanunvericiliyin şərtləri nəzərə alınmaqla müəyyən edilməlidir.
31. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında" 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarının 1.2-ci bəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.
32. Həmin Qərarın 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.
33. Həmin Qərarın 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır.
34. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 5 saylı Təmir Tikinti İdarəsində dülgər vəzifəsində işləmişdir. Cavabdeh tərəfindən İddiaçı həmin idarədə işlədiyi vaxt aldığı əmək haqqının məbləği, o cümlədən hal-hazırda həmin vəzifədə çalışan şəxslərin orta aylıq əmək haqqı barədə məlumat məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilən məlumatdan isə görünür ki, "xxxx" MMC-nin əsas fəaliyyətinin də aid olduğu “Su təchizatı, tullantıların təmizlənməsi və emalı” sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin yanvar-iyul aylarında 723 manat təşkil etmişdir.
35. Belə olan halda məhkəmə hesab edir ki, orta aylıq əmək haqqı hesablanarkən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatı əsas götürülməklə “Su təchizatı, tullantıların təmizlənməsi və emalı” sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı nəzərə alınmalıdır.
36. Həmçinin iddiaçı xəsarətə görə müavinətin xx.xx.2020-ci il tarixdən hesablamasını tələb etsə də, məhkəmə xəsarətə görə müavinətin (ödəncin) xx.xx.2021-ci il tarixdən hesablanmasını məqsədəmüvafiq hesab edir.
37. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir.
38. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək, hər ay 549,60 manatın 80%-i olmaqla, 439,68 (dörd yüz otuz doqquz manat, altmış səkkiz qəpik) manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək, hər ay 647,30 manatın 80%-i olmaqla, 517,84 (beş yüz on yeddi manat, səksən dörd qəpik) manat, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək, hər ay 711,15 manatın 80%-i olmaqla, 568,92 (beş yüz altmış səkkiz manat, doxsan iki qəpik) manat, xx.xx.2024-cü ildən başlayaraq, hər ay 723 manatın 80%-i olmaqla, 578,40 (beş yüz yetmiş səkkiz manat, qırx qəpik) manat məbləğində aylıq ödənc alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək, hər ay 549,60 manatın 80%-i olmaqla, 439,68 (dörd yüz otuz doqquz manat, altmış səkkiz qəpik) manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək, hər ay 647,30 manatın 80%-i olmaqla, 517,84 (beş yüz on yeddi manat, səksən dörd qəpik) manat, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək, hər ay 711,15 manatın 80%-i olmaqla, 568,92 (beş yüz altmış səkkiz manat, doxsan iki qəpik) manat, xx.xx.2024-cü ildən başlayaraq, hər ay 723 manatın 80%-i olmaqla, 578,40 (beş yüz yetmiş səkkiz manat, qırx qəpik) manat məbləğində aylıq ödənc alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva