Məhkəmə qərarları › İş №2(060)-4863/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4863/2020

22.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4863/2020 22.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “istirahət günlərində (şənbə) və əlavə saatlarda icra edilən işlərə, işdən çıxma, istifadə edilməmiş məzuniyyət və kompensasiyaların ödənilməsi tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “istirahət günlərində (şənbə) və əlavə saatlarda icra edilən işlərə, işdən çıxma, istifadə edilməmiş məzuniyyət və kompensasiyaların ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X5 məhkəmə iclasında vəsatət verərək göstərdi ki, Cavabdeh hüquqi ünvanı AZ1025 ünvan 1 Ona görə də, hesab edir ki, hazırki mülki işə ərazi aidiyyatı üzrə Sumqayıt şəhər Məhkəməsində baxıla bilməz. Qeyd edilənlərə əsasən mülki işin baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “istirahət günlərində (şənbə) və əlavə saatlarda icra edilən işlərə, işdən çıxma, istifadə edilməmiş məzuniyyət və kompensasiyaların ödənilməsi tələbinə” dair 2(060)-4863/2020 saylı mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. İş materiallarına əlavə edilmiş Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışın surətindən görünür ki, Cavabdeh hüquqi ünvanı AZ1025 ünvan 1 Məhkəmə qanunvericiliyin tələblərini və hazır ki vəziyyətdə tərəflərin mövqeyini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “istirahət günlərində (şənbə) və əlavə saatlarda icra edilən işlərə, işdən çıxma, istifadə edilməmiş məzuniyyət və kompensasiyaların ödənilməsi tələbinə” dair mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “istirahət günlərində (şənbə) və əlavə saatlarda icra edilən işlərə, işdən çıxma, istifadə edilməmiş məzuniyyət və kompensasiyaların ödənilməsi tələbinə” dair 2(060)-4863/2020 saylı mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar