Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4871/2020 26.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, X3 katibliyiilə, Ərizəçi “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onun adına xx xxxxxxxx 1969-cu ildə Türkmənistan Respublikasının Krasnovodsk şəhər X1 Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş İİ- CЯ № 150513 saylı doğum haqqında şəhadəinamədə qeyd edilən X2 ilə AA ******* seriyalı Azərbaycan Respublikasının Şəxsiyyət Vəsiqəsində qeyd edilən Ərizəçi eyni şəxs olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1969-cu ildə Türkmənistan Respublikasında anadan olmuşdur. Bu barədə ona Türkmənistan Respublikasının Krasnovodsk şəhər X1 Qeydiyyatı Şöbəsi tərəfindən Tİ-CM № 150513 saylı “Doğum haqqında şəhadətnamə” verilmişdir. Doğum haqqında şəhadətnamədə soyadı Gəncəliyeva, adı Xalidə, atasının adı isə Camalovna kimi qeyd edilmişdir. Ona verilmiş AA ******* seriyalı Azərbaycan Respublikasının Şəxsiyyət Vəsiqəsində soyadı Cəfərova, adı Xalidə, atasının adı isə Camal kimi göstərilmişdir. Həmçinin ona məxsus olan PC AZE Seriyalı C 02745448 saylı Ümumvətəndaş Pasportunda soyadı Cəfərova, adı Xaiidə, atasının adı isə Camal kimi göstərilmişdir. Qeyd edərək bildirir ki, nikaha girəndən sonra o, həyat yoldaşının soyadını qəbul etmiş və buna görə də hal-hazırda soyadı Cəfərovadır. O, maraqlı tərəf olan Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət edərək, ona məxsus doğum haqqında akt qeydində atasının adının “Camalovna”dan “Camal qızı’na dəyişilməsi xahişi ilə müraciət etmişdir. Maraqlı tərəf özünün xx xxxxxx 2020-ci il tarixli, 05/Q- 1737/15 saylı imtina məktubu ilə ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Onu da bildirir ki, şəxsiyyət vəsiqəsi ilə ona məxsus doğum haqqında şəhadətnamədə atasının adının müxtəlif göstərilməsi bir sıra çətinliklər yaradır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, ərizədən görünür ki, Ərizəçi onun adına xx xxxxxxxx 1969-cu ildə Türkmənistan Respublikasının Krasnovodsk şəhər X1 Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş İİ- CЯ № 150513 saylı doğum haqqında şəhadəinamədə qeyd edilən X2 ilə AA ******* seriyalı Azərbaycan Respublikasının Şəxsiyyət Vəsiqəsində qeyd edilən Ərizəçi eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Ərizəçi ərizəsinin təmin edilməsini yolverilməz hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-4871/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4871/2020
26.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver