Məhkəmə qərarları › İş №2(060)-4871/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4871/2023

20.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4871/2023 20.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X15 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçi, nümayəndəsi və vəkili Vəkil iştirakları Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə acıq məhkəmə içlasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1947-ci il təvəllüdlü mərhum X1 ilə münasibətdə qohumluq faktı kimi X2 onun qardaşı olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1952-ci il tarixdə Laçın rayonunun Məzməzək kəndində anadan olmuşdur. X9 onun atasıdır. X3 onun anasıdır. X6 onun qardaşıdır. X1 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Lakin qardaşının doğum haqqında şəhadətnaməsi yoxdur. Özü vəfat etdiyinə görə doğum aktının qeydə alınması ilə bağlı məhkəməyə müraciət edə bilməz. Qardaşı oğlu X10 ona torpaq sahəsi bağışlamaq istəyir. Qardaşının doğum haqqında şəhadətnaməsi olmadığına görə bağışlanmanı həyata keçirə bilmirlər. Bununla əlaqədar olaraq X2 onun qardaşı olması faktı ona lazımdır. Sənəd olaraq doğum haqqında şəhadətnamə olmasa da sürücülük vəsiqəsi və hərbi bileti var, digər qardaşlarının doğum haqqında şəhadətnamələrini işə əlavə etmişdir. Ona görə də o məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədə ərizəçi və nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. İş üzrə maraqlı tərəf Maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X5 bildirdi ki, ərizəçi onun qardaşıdır. Onlar ailədə 7 uşaq olublar. Qardaşı Şahbaz 2006-cı ilin oktyabrında vəfat etmişdir. Qardaşının doğum haqqında şəhadətnaməsi olmadığı üçün müvafiq sənədləşmələr apara bilmirlər. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin və şahidin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məçmu halda qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X7 barəsində doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq Vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan AA №222585 saylı, sürücülük vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1947-ci il tarixdə Laçın rayonunda dogulmuşdur. İş materiallarında olan AZ-İ № 226570 saylı, xx.xx.2007-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Məhkəməyə təqdim olunmuş sənədlərdən və işin faktiki hallarından görünür ki, X4 Ərizəçi həqiqətən də qardaşıdır. Bu fakt iş materiallarında olan sənədlər və şahid ifadəsi ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki-Prosessual Məçəlləsinin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-çi maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərini müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X4 Ərizəçi qardaşı olması faktının müəyyən olunması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata kecirməsinə təsir göstərir və ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ərizəçinin xx.xx.1947-ci il təvəllüdlü mərhum qardaşı X7 ilə münasibətdə qohumluq faktı kimi X4 onun qardaşı olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 307-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1947-ci il təvəllüdlü mərhum qardaşı X7 ilə münasibətdə qohumluq faktı kimi X4 onun qardaşı olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar