Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4900/2025 10.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı Cavabdeh1nə qarşı işə bərpa tələbinə dair mülki işə 1* oktyabr 2*25-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, *7.*4.2*25ci il tarixli 48 saylı əmrin etibarsız hesab edilərək ləvğ edilməsi, həmin tarixdən işə bərpa edilməyi və *7.*4.2*25-ci il tarixdən başlayaraq yekun məhkəmə qətnaməsi qəbul edilən tarixə qədər məcburi proqula görə əmək haqqının ödənilməsi və mediasiya təşkilatına ödənilmiş 5* manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, *1.*9.199*-cu il tarixdə 3 nömrəli Musiqi Məktəbində musiqi nəzəriyyə müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. *7.*4.2*25-ci ilə kimi həmin məktəbdə fasiləsiz işləmişdir. 2*12-ci ildən işdən azad olunana kimi *7.*4.2*25-ci ilə kimi məktəbin nəzəriyyə şöbəsinin müdiri 2*16-cı ildən 2*2*-ci ilə kimi ödənişli şöbənin müdiri vəzifəsində işləmişdir. İşlədiyi dövrdə heç bir töhmət almamış, müəllim kollektivi, şagird və valideynlərlə arasında heç bir narazılıq olmamışdır. Həmişə işinə məsuliyyətlə yanaşmış, daim ixtisası üzrə öz üzərində işləmişdir. 2*15-ci ilin mart ayında keçirilən attestasiyada ən yüksək qiymət almışdır. İşlədiyi dövrdə fəxri fərmanlarla təltif olunmuş, 2*18-ci ildə isə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən “X14 Müəllimi” fəxri adına layiq görülmüşdür. Bundan əlavə 2**8-ci ildən hazırki günə kimi 43 saylı Sumqayıt 3-cü Seçki dairəsinin 12 saylı seçki məntəqəsində katib və məktəbin ictimai işlərində fəal iştirak etmişdir. 18 mart 2*25-ci il tarixdə keçirilən attestasiyanın nəticəsi ilə razı deyildir. Verilən sualları düzgün cavablandırmışdır. Həmin qərarla onun tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Halbuki o öz ixtisasını, proqramını gözəl bilir və tutduğu vəzifəni həmişə layiqincə yerinə yetirmişdir. Attestasiya keçirilməsi barədə onlara xəbərdarlıq edilərkən rəhbərlik və Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov onları əmin etmişdi ki, attestasiyanın nəticəsi işdən azad edilməyə səbəb olmayacaq və bu yanlız müəllimlərin savadını yoxlamaq məqsədi daşıyır. Əlavə olaraq bildirir ki, attestasiya zamanı ona 26 sualdan 23-ü musiqi ədəbiyyatı fənnindən, 3 sual isə solfecco fənindən olmuşdur. İradını bildirmişdir ki, ona solfeccodan sual verilsin. Onlar isə iddiaçıya bildirdilər ki, sizi heç kim işdən çıxartmayacaq, təkmilləşdirmə kursuna yazılırsınız. Sonradan onun işdən azad olunmağı barədə əmr vermişlər və yenədə onu kursdan sonra işinə bərpa edəcəklərinə əmin etmişdirlər. Hazırda isəona verilən sözdən yayınmışlar. Ona görədə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh1 direktoru Nümayəndə məhkəməyə *6.1*.2*25-ci il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi şahidlərə qarşılıq olaraq onlar da şahidlər təqdim etmək istəsələr də, məhkəmə onlara tədqiqatın başa çatdığını bildirdi və onlar əlavə sübutlarını məhkəməyə təqdim edə bilməmişdirlər. İddiaçının iddiasının əsassızlığı barədə bir neçə məqamı vurğulamaq istəyir. İlk növbədə iddiaçının məhkəməyə şahid qismində gətirdiyi şəxslərin iddiaçının əmrlə tanış olması barədə ifadələri ziddiyyətlidir. Belə ki, biri bu barədə ona zəng gələndə yanında olduğunu, digəri əmək kitabçasını götürərkən maşında olduğunu bildirir. İddiaçı isə qeyd edir ki, bu barədə onun telefonunda mesajlar var. Hətta ifadələr üst-üstə düşmüş olsaydı belə, iddiaçı qeyd etdiyi kimi 19 iyun 2*25-ci il tarixdə əmrlə tanış olubsa, necə olur ki, barəsində məlumatlı olmadığı əmr barəsində 1 ay əvvəlcədən mediasiya təşkilatına müraciət edir? Bundan əlavə o iclas zalında bildir ki, direktor kimi fəaliyyətinə 26.*5.2*25-ci il tarixdə başlamışdır. Attestasiyanın birinci mərhələsində 52 müəllim işdən azad edilmişdir. İşə gəldikdə otaqda çoxsaylı əmək kitabçalarının qaldığını görmüşdür. O fəaliyyət göstərmədiyi dövrdə kimin əmək kitabçasının təhvil verildiyi, hansıların isə hələ də məktəbdə qaldığı barədə dəqiq məlumatlı deyil. İddiaçını tanımır. Bu səbəbdən iclasda da demişdir ki, ola bilər ki, əmək kitabçası iddiaçı tərəfindən 19.*6.2*25-ci il tarixdə təhvil alınmışdır. Lakin təhvil-təslim jurnalına baxanda görünür ki, *7.*4.2*25-ci il tarixdə artıq iddiaçı bütün sənədləri almış və prosesdən məlumatlı olmuşdur. İddiaçının öz imzası olan sənədlə fakt təsdiq olunursa, ziddiyətli şahid ifadələri sübut qismində qəbul edilməməlidir. İddiaçı əmrlə jurnalda göstərilən tarixdə (*7.*4.2*25) tanış olması barədə həmin vaxt məktəbin direktoru vəzifəsini icra edən X9 ilə yazışmaları da mövcuddur. İddiaçı həmin gün məktəbdə olmuş, Aydan xanım bu barədə ona məlumat verdikdə direktorun otağına yaxınlaşmış və müvafiq jurnala əmrlə tanış olması barədə imza etmişdir. Bu faktı təsdiqləyəcək çoxsaylı şahidlərimiz var. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işə götürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Onlarda da bu qaydaya əməl etmişdirlər. Yəni onlar hər hansı pozuntuya yol verərək iddiaçını əmrlə tanış etməsəydilər belə, onun işinə xitam veriləsi barədə müvafiq əmri özünün elektron kabinetindən əldə etmə imkanı heç kim tərəfindən məhdulaşdırıla bilməzdi. Hər bir halda onlar *7.*4.2*25-ci il tarixdə iddiaçını əmrlə tanış etmişdirlər və iddiaçı bu faktı öz imzasıyla təsdiq etmişdir. İddiaçının əmri və əmək kitabçasını təhvil alması və imza etməsi barədə jurnaldan çıxarışı ərizəsinə qoşma edirmiş. Zərurət yaranarsa jurnalı iclas zalına da gətirə bilərmişdir. Məmləkət xanım özünün bildirdiyi kimi ixtisas artırma kursuna cəlb olunmuşdur, oktyabr ayında nazirlik tərəfindən keçirilməsi nəzərdə tutulmuş imtahandan müvəffəqiyyət əldə edərsə işə bərpa olunmağa haqq qazanacaqdır. Cari vəziyyətdə bütün prosessual hərəkətlər yerində və vaxtında icra olunmuş olsa belə, attestasiya nəticələri qeyri-məqbul olan bir müəllimin tədris prosesində iştirak etməsi nə dərəcədə ədalətlidir? Bütün qeyd olunanlara əsaslanaraq məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçı işdən çıxarılması barədə əmri mübahisələndirmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bu səbəbdən məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 3*.*9.2*25-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, onun məhkəmə icraatında “işə bərpa tələbinə” dair mülkiiş vardır. X1, X3 və X6 şahid qismində dindirilməsini məhkəmədən xahiş etmişdir. *2.1*.2*25-ci il tarixdə məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, keçən dəfə Nümayəndə qeyd etmişdir ki, *7.*4.2*25-ci ildə işdən çıxarılması ilə bağlı əmr imzalanmışdır. Ona əmr göstərilməmişdir. Həmin vaxtı onlara deyilmişdir ki, işdən çıxarılmayacaqlar. Heç onu iclasa çağırmamışdırlar. Şahidlər onun qeyd etdiklərin təsdiq edəcəklər. O kursa getmişdir. Orda məntiq və psixologiya salınıb onlara həmin fənnlər keçilməmişdir. O onlara sual verir ki, niyə ona soffecaya aid sual verilməmişdir, dedilər ki vaxtınız bitmişdir. 23 sual musiqi ədəbiyyatından verilib 16-17 sual cavablandırılmışdır. Onun tanıdığı müəllimlərə məlumat verilmişdir ki, gəlib əmrlərini götürsünlər. Şahidlər təsdiq edə bilərlər. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, o *7.*4.2*25-ci il tarixdə götürməsini bilməmişdir. O may ayından işləyir əmr həmin gün çıxmış və elan edilmişdir. Təyinatı may ayında olmuşdur. O da şahid gətirə bilər ki, iddiaçı əmrdən xəbərdar olmuşdur. O may ayının 26-da təyin olunmuşdur . Aprel ayında xitam verilmişdir. 1 aydan artıq işə gəlmir, maaş almırdı. Başa düşmüşdür ki, işdən çıxarılmışdır. O burda həmin rəyi görməmişdir. Onun imtahan təşkilatından xəbəri yoxdur. Attestasiya komissiyasının rəyinə əsasən verilmişdir. Qanunla qeyd olunur ki, çıxardıla bilər, lakin alternativ yox idi. 2/3-ə nisbətdə kəsilən müəllimlər kurslara cəlb olunmuşdur və təkrar imtahanları keçirilmişdir və onlar o müəllimləri nəzərə almışdırlar. Bu məktəb tərəfindən tətbiq olunmamışdır. Həmin müəllimlər Nazirlik tərəfindən ixtisasartırmaya göndərilmişdir. *2.1*.2*25-ci il tarixdə məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında bildirmişdir ki, Məmləkətlə bir yerdə işləmişdir. O Məmləkətlə 19.*6.2*25-ci il tarixdə telefonda danışan demişdir ki, gedib Sevinc müəllimədən götürməmişdir. O özüdə heç əmri götürməmişdir. 22 il həmin məktəbdə fortepiano müəlliməsi işləmişdir. Ona telefonda məlumat verilmişdir. *2.1*.2*25-ci il tarixdə məhkəmə iclasında şahid qismində iştirak edən X2 izahatında bildirmişdir ki, 3* ildir Məmləkət ilə bir yerdə işləmişdir. Çox yaxşı insan və pedaqoq kimi tanımışdır. Nə o, nə də Məmləkət işdən çıxarılacaqlarını bilməmişdir. O Məmləkət müəlliməyə qonaq getmişdir. Katibə Nigar onlara gəlib sənədləri götürməyi barədə zəng etmişdir. Onlara demişdilər ki, çıxarılmayacaqlar lakin sonradan ona dedilər ki, xitam verilmişdir. Lakin Məmləkət müəllimə 2+ qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş: *7 aprel 2*25-ci il tarixli Cavabdeh1 48 nömrəli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, Cavabdeh1 nəzəriyyə müəllimi İddiaçı *7.*4.2*25-ci il tarixindən AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və qanunvericiliyə uyğun olaraq İddiaçı son haqq-hesabının ödənilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş ИТ-İ seriyalı, 2167*32 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı orta ixtisas təhsilli, peşəsi isə pedaqoqdur. *1.*9.199*-cı il tarixdə S.Rüstəmov adına uşaq musiqi məktəbinə nəzəriyyə ixtisası üzrə işə qəbul edilmişdir. *7.*4.2*25-ci il tarixdə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş 13.*6.2*25-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 5* manat məbləğində mediasiya və 1* manat məbləğində kargüzarlıq xərci ödəmişdir. İş materiallarına əlavə olunmuş AR Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına əlavə attestasiya vərəqəsindən görünür ki, İddiaçı Sumqayıt Musiqi Texnikumunda 199*-ci ildə musiqi nəzəriyyə ixtisasını bitirmişdir. Ümumi əmək stajı 34 ildir. Attestasiya keçirilən zaman Cavabdeh1 nəzəriyyə şöbəsinin müəllimi olmuşdur. Ümumi 27 sual verilmiş, onlardan 1* suala cavab verilmişdir. Səslərin miqdarı lehinə 2, əleyhinə 3 səs olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbayvcan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Sumqayıt regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən verilmiş fəxri fərmandan görünür ki, Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin nəzəriyyə şöbəsinin müdiri İddiaçı X14 müəllimi fəxri adına layiq görülmüşdür. İş materiallarına əlavə olunmuş Azərbayvcan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Sumqayıt regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən verilmiş fəxri fərmandan görünür ki, İddiaçı 2*12-2*13-cü tədris ilində əldə etdiyi nailiyyətlərə görə təltif edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbayvcan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Sumqayıt regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən verilmiş fəxri fərmandan görünür ki, İddiaçı 2*17-2*18-ci tədris ilində əldə etdiyi nailiyyətlərə görə təltif edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 43 saylı Sumqayıt ikinci seçki dairəsinin dairə seçki komissiyası tərəfindən verilmiş *2.*6.2*25-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2**8-ci ildən indiyə qədər 43 saylı Sumqayıt ikinci seçki dairəsinin məntəqə seçki komissiyasında həlledici səs hüquqlu üzv kimi fəaliyyət göstərmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı *1.*9.199*-*7.*4.2*25-ci illərdə Cavabdeh1ndə Musiqi nəzəriyyəsi müəllimi vəzifəsində işləmiş, attestasiyadan keçə bilməmiş, *7.*4.2*25-ci il tarixli 48 saylı əmrlə həmin tarixdən ƏM-nin 7*-ci maddəsini “c” bəndinə əsasən işdən azad edilməyi əmr edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddənin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. 35-ci maddənin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35-ci maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 11-ci maddəyə əsasən işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək, işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək, əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək, əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək hüquqları vardır. 46.1-ci maddəyə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 3**.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə və sair hallar qeyd etməsi onun tərəfindən verilmiş iddia tələbinin əsaslı olmaqla, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr qanuni olmamasına əsas verir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı *1.*9.199*-*7.*4.2*25-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sumqayıt Şəhəri Qara Qarayev adına 1 nömrəli Uşaq musiqi Məktəbində nəzəriyyə müəlliməsi vəzifəsində işləmiş, attestasiyadan keçə bilməmiş, *7.*4.2*25-ci il tarixli 48 saylı əmrlə həmin tarixdən ƏM-nin 7*-ci maddəsini “c” bəndinə əsasən işdən azad edilməsi əmr edilmişdir. Belə ki, məhkəmə sorğusu əsasında Mədəniyyət Nazirliyindən daxil olmuş diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirərkən iddiaçıya qərəzin olması müəyyən edilmiş, verilmiş sualların 1*-u iddiaçı tərəfindən cavablandırılması qeyd olunmuş, iddiaçı tərəfindən isə verilmiş 23 sual musiqi ədəbiyyatından olmuş, həmin sualların 16-17 sual cavablandırılmışdır. buna baxmayaraq, komissiya üzvləri tərəfindən iddiaçıya qərəz nümayiş etdirilərək lehinə səslərin sayı 2, əlehinə səslərin sayı 3 olmuşdur. Məhkəmənin qənaətinə görə iddiaçı sualları yetəri qədər cavablandırılmış, lakin qiymətləndirilmənin keçirilməsi və bunun nəticəsində qəbul edilmiş əmrin əsassız olmaqla, ləğv edilməsi üçün əsaslar müəyyən edilmişdir. Bütün qeyd olunanlarla bərabər, cavabdeh tərəfindən müddətin tətbiq olunması ilə bağlı ərizə verilməsinə baxmayaraq, iddiaçının əmrin surətinin nə vaxt alınması işin araşdırılan halları ilə müəyyən edilməmiş, cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında təqzib edərək izahatında “özünün may ayının 26-da təyin olunmasını, aprel ayında işinə xitam verilmiş iddiaçıya münasibətdə əmək münasibətinə xitam verildiyini, 1 aydan artıq işə gəlməməsini, maaş almadığını görüb başa düşmüşdür ki, işdən çıxarılmışdır. O burda həmin rəyi görməmişdir”. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işdən çıxarılmağı ilə bağlı əmrin mübahisələndirilməsi ilə bağlı mediasiya müraciəti üçün müddətin ötürülməsi barədə ərizə əsassızdır.Belə ki, cavabdehin nümayəndəsi işdən çıxarılması barədə əmrin surətinin iddiaçının nə vaxt alınması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmiş, əksinə 26 may tarixində direktor vəzifəsinə təyin olunduqdan sonra iddiaçının məlumatlandırılması ilə tapşırığın verilməsi barədə özü izahat vermişdir. İş materiallarına əlavə olunmuş 13.*6.2*25-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əlavə edilmişdir.Qeyd olunan hal iddiaçı tərəfindən məhkəməyə dəvət olunmuş şahid ifadələri ilə öz təsdiqini tapmışdır.İddiaçı əmrin surətini imza edib götürməsinə baxmayaraq, nə vaxt imza etməsini təsdiq edən sübut iş materiallarında yoxdur. Məhkəmə bu qənatə gəlir ki, cavabdeh tərəfin müddətin tətbiqi ilə bağlı ərizənin əsassız olması yuxarıda qeyd olunan, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir. Əmək Məcəlləsinin 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Həmin məcəllənin 65.3-cü maddəsinə əsasən, işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin məcəllənin 65.4-cü maddəsinə əsasən,attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Həmin məcəllənin 65.5-ci maddəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Həmin Məcəllənn 79-1-ci maddəsinə əsasən,işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənn 3**-1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 3**-2-ci maddəsinə əsasən işəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.Həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 375-ci maddəsinə əsasən,hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq dilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə işin faktiki hallarını qiymətləndirib yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı onun hüquq və mənafeylərinə zidd olmuşdur. Belə ki, ilk növbədə məhkəmə vurğulayır ki, Əmək Məcəlləsinin 7*-ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Bu halda həmin məcəllənin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 5* (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh1ndən tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə əmrin qəbul edilməsi əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 “Əmək müqaviləsinə xitam verilməsi barədə” *7.*4.2*25-ci il tarixli, 48 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh1ndə işə bərpa edilsin və məcburi proqula görə əmək haqqı ödənilsin. Cavabdeh1ndən 5* (əlli) manat manat mediasiya xərci alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4900/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4900/2025
10.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver