Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4925/2021 24.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Qənbərli Əsəd Eldar oğlunun katibliyi ilə, İddiaçı xxxx KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, kredit faizlərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xxxx KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, kredit faizlərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 23.05.2014-cü il tarixli 30/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 20.08.2018-ci il tarixli 30-2/14Su saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 20.582.40 AZN, faiz borcu üzrə 1.531.31 AZN, cəmi 22.113,71 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 4344 nömrəli, 0,1 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 20.08.2018-ci il tarixli 30-2/14SU saylı əlavə kredit müqaviləsi üzrə 22.113,71 AZN borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx“ KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 4344 nömrəli, 0,1 ha torpaq sahəsinin (bağ sahəsi) ilkin satış qiymətinin 48.000 (qırx səkkiz min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 4344 nömrəli, 0,1 ha torpaq sahəsinə (bağ sahəsi) tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri üçün ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı xxxx KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, kredit faizlərinin ödənilməsi, ipoteka predmetinə tuttmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4925/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4925/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver