Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4925/2022 05.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdehin Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 16-da yerləşən 17 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 7-8-12ci məhəllə, ev 16, mənzil 17-də yerləşməklə sahəsi 43,2 kv.metr olan 2 otaqdan ibarətdir. Mənzilin sahibi iddiaçıdır, belə ki, Sumqayıt şəhər 4 saylı Notariat Ofisində rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli AN-1№0651151 saylı alqı-satqı müqaviləsinə əsasən mənzil üzərində mülkiyyət hüquqları AR DK ƏM DƏDRX Sumqayıt (2 saylı) ərazi idarəsində qeydə alınmış və iddiaçının adına çıxarış verilmişdir. Cavabdeh mənzilin keçmiş sakinidir. İddiaçı mənzili alan vaxt o mənzildə qeydiyyatda olmamış, lakin sonradan məhkəmə qətnaməsi ilə onun mənzilə qeydiyyatı bərpa edilmiş və cavabdeh məhkəmədə iddiaçıya və digər şəxslərə qarşı özəlləşdirmənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, mənzilə köçürülmə tələbinə dair iddia qaldırmışdır. Həmin məhkəmə mübahisəsi gedən ərəfədə cavabdeh mənzili iddiaçıya satmış X4 arasında barışıq sazişi bağlamış, həmin sazişə əsasən mənzilin keçmiş mülkiyyətçisindən istifadə hüququnun əvəzi olaraq 8000 manat məbləğində kompensasiya almış və bunun müqabilində cavabdeh məhkəmədə iddiaçıya və qeyrilərinə qarşı qaldırmış olduğu iddialarından da imtina etmişdir. AR Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2022ci il tarixli 2(105)-95/2022 saylı qərardadı ilə cavabdehin iddiadan imtinası qəbul edilmiş və iddiaçıya, digər şəxslərə qarşı özəlləşdirmənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, mənzilə köçürülmə tələbinə dair iddiaları üzrə icraata xitam verilmişdir. Cavabdeh mənzili aldığı vaxtdan sonra da bu mənzildə yaşamamış və mənzil mülkiyyətçisindən istifadə hüququnun əvəzi olaraq kompensasiyanı alsa da mənzildən qeydiyyatdan çıxmamışdır. Bu isə bir mülkiyyətçi kimi iddiaçının mənzil üzərində hüquqlarını həyata keçirməyə mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarıma maneə yaradır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 16 saylı evin 17 saylı mənzili üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan satıcı X4 ilə alıcı İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 16 saylı evin 17 saylı mənzilini alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəllərinə götürmüşdür. İş materiallarında olan Sumqayıt şəhəri 4 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, X4 Cavabdeh Sumqayıt şəhəri, 7-8- 12-ci məhəllə, 16 saylı evin 17 saylı mənzildən istifadə hüququna xitam verilməsi müqabilində Cavabdeh 8000 manat məbləğində təzminat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin ******* saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X10, X2, X3, X8, X9, X5 və Cavabdeh Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 16 saylı evin 17 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-95/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh iddiadan imtinasının qəbul edilməsi, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-1125\2019 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdehlər X1, İddiaçı, Sumqayıt şəhər 4 saylı notariat kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı özəlləşdirmənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mənzilə köçürülmə tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-1125/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər X1, İddiaçı, Sumqayıt şəhər 4 saylı notariat kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı özəlləşdirmənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-4061/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-1125/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2376/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Raisa Amranovna arasında Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 16 saylı evin 17 saylı mənzilinə dair alğı-satqı müqaviləsi bağlanmış, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ əmələ gəlmişdir. Cavabdeh isə həmin mənzilin keçmiş sakini olmuş və mənzil iddiaçıya satılan zaman mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilən Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 16 saylı evin 17 saylı mənzilində qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır və onların mübahisəli yaşayış sahəsinə qeydiyyatı formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 16 saylı evin 17 saylı mənzilində qeydiyyatı formal xarakter daşıdığından, onun həmin mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqları məhdudlaşdırıldığından, həmçinin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə olmadığından, cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 16 saylı evin 17 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4925/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4925/2022
05.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver