Məhkəmə qərarları › İş №2(060)-4931/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4931/2023

20.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4931/2023 20.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X16 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 maraqlı şəxs Sumqayıt “Asan xidmət” mərkəzi notariat ofisinə qarşı “mirasın qəbul edilməsi vaxtının uzadılması”na dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X7 ərizə ilə məhkəməyə müraciət edərək, 25 mart 2011-ci il tarixdə vəfat etmiş X1ndan miras qalmış Sumqayıt şəhəri, Sarı-qaya bağlar masivində yerləşən 2046 saylı torpaq sahəsindən ibarət miras torpaq sahəsinə dair mirası qəbuletmə vaxtının uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivində yerləşən 2046 saylı torpaq sahəsi şəxsi mülkiyyət hüququ əsasında X1na məxsus olmuşdur. X1 notariatda təsdiq edilmiş xx.xx.2010-cu il tarixli vəsiyyətnamə ildə bütün əmlaklarını ona vəsiyyət etmişdir. Mənzilin mülkiyyətçisi olan X1 xx.xx.2011-ci il tarixdə vəfat vetmişdir. X2 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X1 vəfat edəndə onun Sumqayıt şəhəri, Sarı-qaya bağlar masivində yerləşən 2046 saylı torpaq sahəsi onun mülkiyyətində qalmışdır. O, nənəsi vəfat edən gündən həmin mirası qəbul etmiş, ona bu günə qədər də sahiblik edir və bütün digər vərəsələr də bu torpaq sahəsini onun mülkiyyəti hesab edirlər, çünki nənəsinin sağlığında bu torpağı ona vəsiyyət etdiyini bilirdilər. Buna baxmayaraq, onun həmin vəsiyyətnamə ilə notariat kontoruna müraciət edərək adına vərəsəlik haqda şəhadətnamə almamışdır. Elə bilmişdi ki, istənilən vaxtı bunu edə bilər. 10 iyul 2023-cü il tarixdə o, notariat kontoruna müraciət edərək nənəsindən vəsiyyətnamə ilə ona qalmış torpaq sahəsini öz adına rəmiləşdirmək üçün müraciət etmişdir. Lakin notariat kontorunda bildirdilər ki, mirası qəbul etmə müddətini keçirmiş, ona görə də bu müddətin uzadılması üçün məhkəməyə müraciət etməlidir. Ona görə də məhkəməyə hazırkı ərizə ilə müraciət edir. Hazırda şərh edilmiş hallara görə mirası rəsmi olaraq qəbul etmə müddəti keçmişdir. Amma o, miras açılan gündən bu torpaq sahəsini miras kimi qəbul edib, ona faktiki sahiblik etmişdir. Qanuna görə miras açıldığı gündən vərəsənin mülkiyyəti olur. Bu torpaq sahəsi də hazırda vərəsə kimi onun mülkiyyətidir. Lakin vaxtında vərəsəlik haqda şəhadətnamə ala bilmədiyi üçün hazırda həmin mülkiyyət hüquqlarını qeydə aldıra bilmir. Ona görə belə hesab edir ki, məhkəmə mirası qanuni (notariat orqanına müraciət etməklə) olaraq qəbul etmə müddətinin uzadılması barədə qətnamə qəbul edərək miras əmlaka hüquqlarının qeydə alınması üçün şərait yaratmalı və mülkiyyət hüquqlarının qeydə alınmasında köməklik etməlidir. Ona görə də bu müddəti keçirmə məhkəmə tərəfindən üzürlü hesab edilməlidir. Ərizəçi məhkəmədə eyni məzmunlu izahat verərək, ərizənin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Sumqayıt “ASAN XİDMƏT” mərkəzi notariat ofisinə müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxs Sumqayıt “ASAN XİDMƏT” mərkəzi notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. İşdə olan xx.xx.2010-cu il tarixli “vəsiyyətnamə”nin surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Ş.Qurbanov küçəsi, ev 75-də qeydiyyatda olan X8 həmin vəsiyyətnamə ilə sərəncam verir. Ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 1A, mənzil 39-da qeydiyyatda olan nəvəsi Ərizəçi vəsiyyət edir. İşə əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, 2046 saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X5 adına qeydə alınmışdır. İşdə olan AZ-İ №466585 saylı, xx.xx.2011-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 25 mart 2011-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzi notariat ofisinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən (vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir) əsasən, mirasın qəbul edildiyi müddəti buraxdığı üçün müddətin bərpası üçün məhkəməyə müraciət edə bilər. İş materiallarında olan AZ-İİİ №756065 saylı, xx.xx.2016-cı il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə anadan olmuş, ata qrafasında X9, ana qrafasında X11 qeyd edilmişdir. İnsan Hüquqlarının və X10 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X10 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-cü maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Mülki Məçəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə isə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən hesab edir ki, X5 25 mart 2011-ci ildə vəfat etməsi ilə ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivində yerləşən 2046 saylı torpaq sahəsinə dair miras açılmışdır. Lakin Ərizəçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mirası qəbul etməmiş, nəticədə bunun üçün müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə ərizəçinin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikmə səbəbini üzrlü sayır və buna görə də hesab edir ki, bu müddət uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi X3 mərhum xx.xx.2011-ci il tarixdə ölmüş X4 miras qalmış Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivində yerləşən 2046 saylı torpaq sahəsinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü hesab edilərək müddətin uzadılması bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar