Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4939/2024 17.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X15 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxs olmaqla doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, X8 xx.xx.1935-ci il tarixdə ünvan 2ində anadan olmuşdur. X2, anası isə X6r. Ailədə dörd bacı-qardaş olmuşlar. X19 17 oktyabr 1985-ci il tarixdə ailə həyatı qurmuşdur. Soyadı “Quliyeva” kimi dəyişmişdir. X11 onun dogma bacısıdır. xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Mərhumun son yaşayış yeri və qeydiyyat ünvanı isə ünvan 1oğum yeri ünvan 2idir. Lakin bacısının doğum haqqında şəhadətnaməsi itmişdir. Bacısının doğumu haqqında akt qeydinin alınması üçün Maraqlı şəxsnə müraciət etsə də müraciətin aşağıdakı məzmunda cavab verilmişdir: xx.xx.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, xx.xx.1935-ci il tarixdə Ağsu Rayonu Bico kəndində anadan olmuş Quliyeva (Mahmudova) Arifə Soltan qızının doğumu haqqında akt qeydi Ağsu Rayonu Qeydiyyat Şöbəsinin arxivində aşkar edilməmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən, məhkəmədən bacısı Quliyeva (Mahmudova) Arifə Soltan qızının xx.xx.1935-ci il tarixdə Azərbaycan Respublikası, Ağsu rayonu, Bico kəndində anadan olması faktını müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Mahmudova”, adı “Arifə”, ata adı “Soltan”, doğum tarixi “xx.xx.1935-ci il”, milliyəti “azərbaycanlı”, doğum yeri “Azərbaycan Respublikası, Ağsu rayonu, Bico kəndi”, ata qrafasında “atası X7”, milliyəti “azərbaycanlı”, ana qrafasında “anası X18”, milliyəti “azərbaycanlı” kimi qeydiyyat aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə ərizəsinə uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahidlər: X9 ifadəsində bildirdi ki, Mahmudova Arifənin uşaqları olmamış, bir həyat yoldaşı, bir də özü olmuşdur. Mahmudova Arifə onun bacısının baldızıdır. Ər və arvad hər ikisi xəstə olmuş və hər ikisi ünvan 2ində yaşamışlar. Atasının adı Soltan olmuş, anasının adı isə yadından çıxmışdır. X4 ifadəsində bildirdi ki, Mahmudova Arifə ilə kənddə yaxın qonşu olmuşlar. Daha sonra isə baldızının baldızı olmuşdur. Yaxşı insan olmuş və ər və arvad tək yaşamışlar. Uşaqları olmamışdır. Onları uşaqlıqdan, mətkəbə gedən zamandan tanımışdır. Babagül adında qardaşı olmuşdur. Atalarının adı Soltan olmuşdur. İş materiallarında olan: AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə Azərbaycan Respublikası, Ağsu rayonu, Bico kəndində anadan olmuşdur. ünvan 3 ünvanında qeydiyyatdadır. “Elektron Notariat” X1 vasitəsi ilə “vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən verilmiş çıxarışdan görünür ki, X11 xx.xx.1935-ci il tarixdə anadan olmuş, xx.xx.2022-ci il tarixdə ölmüş və son yaşayış yeri Ağsu rayonu, Bico ünvanı olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-11-149/2024 saylı Nümayəndə ünvanlanmış ərizəyə cavabdan görünür ki, xx.xx.1935-ci il tarixdə Ağsu rayonu, Bico kəndində anadan olmuş Quliyeva (Mahmudova) Arifə Soltan qızının doğumu haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar edilməmişdir. İİİ-ЖГ seriyalı, 474649 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X11 arasında 17 oktyabr 1985-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 21 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Quliyev”, arvada isə “Quliyeva” soyadı verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arixivi tərəfindən verilmiş 29 avqust 2014-cü il tarixli, 3-48-DA/2-540/2024 nömrəli Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış sorğuya cavabdan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”-nin 1935-ci ilə dair Ağsu rayonu, doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, X5 doğum haqqında akt qeydinin axtarışının aparılması imkanları xaricindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5.4-cü bəndinə əsasən, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək etmiş həkimin və doğumdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edildikdə yeni doğulmuş uşağın doğumu qeydə alınır. Məhkəmə Ərizəçi ərizəsinin əsaslı olmasını aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə Ərizəçi məhkəmə iclasında verdiyi izahatı, şahid ifadələrini, iş materiallarında olan sübutları Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirərək hesab edir ki, ərizəçinin bacısı Quliyeva (Mahmudova) Arifə Soltan qızının xx.xx.1935-ci ildə Azərbaycan Respublikası, Ağsu rayonu, Bico kəndində doğulması məhkəmədən kənar şəkildə müəyyən edilməsi mümkün olmadığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14-cü maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X5 xx.xx.1935-ci ildə Azərbaycan Respublikası, Ağsu rayonu, Bico kəndində doğulması, doğum haqqında şəhadətnaməsində soyadının “Mahmudova”, adının “Arifə”, ata adının “Soltan” qeyd edilməsi, doğum qeydinin ata qrafasında X3, ana qrafasında isə X10 qeyd edilməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4939/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4939/2024
17.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver