Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4962/2024 23.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydinin müəyyən edilməsi və doğum haqqında akt qeydinin bərpa edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun-Ərizəçi xx xxxx 1982-ci il tarixdə Ermənistan SSR, Vardenis rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və akt qeydinin bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə ərizəyə dəqiqləşmə verərək edərək, ərizəçi-Ərizəçi xx xxxx 1982-ci il tarixdə Ermənistan SSR, Vardenis rayonunda doğulması faktının müəyyən edilməsi, doğum haqqında akt qeydiyyatının ata qrafasında-X3, ana qrafasında- X1 və milliyyəti azərbaycanlı qeyd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx xxxx 1982-ci il tarixdə Ermənistan SSR, Vardenis rayonunda anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Bildirmək istəyir ki, ona məxsus olan AA******* seriyalı şəxsiyyət vəsiqəsində doğulduğu yer və tarix olaraq olaraq Ermənistan SSR, Vardenis rayonu, xx.xx.1982-ci il olaraq qeyd edilmişdir. Həmçinin ona məxsus olan digər sənədlərdə də eyni məlumatlar qeyd edilmişdir. Qeyd edir ki, doğum haqqında şəhadətnaməni Ermənistan SSR-dən qaçqın düşən zaman itirmişdir. Bunun üçün doğum haqqında şəhadətnamənin təkrarının əldə edilməsi üçün iş üzrə maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin ona ünvanlanmış məktub ilə ərizəsinin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki: “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydlərin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.” Qeyd olunan səbəblərə görə cavabdeh orqan tərəfindən ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Bildirmək istəyir ki, doğum faktının müəyyən edilməsi Türkiyə Respublikası vətəndaşı ilə nikaha daxil olmağı səbəbindən zəruridir. Belə ki, Türkiyə Respublikasının müvafiq dövlət orqanı tərəfindən həmin sənəd ondan tələb edilir. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmədə ərizənin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsi qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, sübutlara məçmu halda qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan V-İK №634274 saylı, xx.xx.2024-cü il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə Ermənistan, Vardenis rayonu, Zərkənd kəndində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydlərin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.” Qeyd olunan səbəblərə görə cavabdeh orqan tərəfindən ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıdakılara əsasən Azərbayçan Respublikası MPM-nin 307-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydinin müəyyən edilməsi və doğum haqqında akt qeydiyyatının bərpa edilməsi” barədə ərizəsi təmin edilsin. Ərizəçi xx.xx.1982-ci il tarixdə Ermənistan SSR, Vardenis rayonu, Zərkənd kəndində doğum faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Hacıyeva”, adı “Əfsanə", ata adı "Mürsəl", doğum tarixi “xx xxxx 1982-ci il", milliyyəti “azərbaycanlı", doğum yeri “Ermənistan SSR, Vardenis rayonu, Zərkənd kəndi”, ata qrafasında “atası X3", ana qrafasında “anası X2 " kimi qeydiyyat aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4962/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4962/2024
23.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver