Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4963/2024 30.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı KHANİEV RAMİZ-in Cavabdeh-ya qarşı "alğı-satqı müqaviləsinin bağlanması tələbinə dair" mülki işə ünvan 1qayıt Şəhər Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı KHANİEV RAMİZ Cavabdeh-ya qarşı "alğı-satqı müqaviləsinin bağlanması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh "xxxx" MTK arasında ünvan 1qayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən, 230 saylı evin, 80 saylı mənzilinə görə alqı-satqı müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, X10 ilə xx.xx.1995-ci ildə nikaha girmişdir. Nikaha girəndən sonra Tura (Dövlətova) Xanıyeva soyadını qəbul etmişdir. Həyat yoldaşı T.Xanıyeva 29 iyul 2017-ci ildə vəfat etmişdir. Mərhum həyat yoldaşı 01 aprel 2014-cü il tarixində "xxxx" MTK ilə ünvan 1qayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 230 saylı binanın 80 saylı mənzilinə görə xx.xx.2014-cü ildə “alqı-satqı” müqaviləsi bağlamışdır. Həmin müqaviləyə görə mərhum həyat yoldaşı ümumi sahəsi 120 kv.m olan 3 otaqlı mənzilin dəyərini kooperativə tam ödəmişdir (xx.xx.2023-cü il tarixli “maliyyə arayışı”). Mərhumun vəfatından sonra ünvan 1qayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 230 saylı binanın 80-ci mənzilini vərəsəlik qaydasında öz mülkiyyətinə keçirmək üçün 3 saylı ünvan 1qayıt Notariat Ofisinə müraciət etmişdir. ünvan 1qayıt şəhəri, 3 saylı Notariat X2 adına mülkiyyət hüququnu təsdiq edən sənəd verilməsi üçün xx.xx.2023-cü ildə 1973 saylı məktubla 2 saylı Ərazi İdarəsinə müraciət etmişdir. 2 saylı ünvan 1qayıt Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubla ünvan 1qayıt şəhəri, 9-cu mikrorayon, ev 230, mənzil 80 üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki pasport verilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi "xxxx" MTK-nin ümumi iclasının xx.xx.2023-cü il tarixli, 45 saylı protokolunda uyğunsuzluğun olması göstərilmişdir. Tərəflər arasında 80 saylı mənzilin “alqı-satqı” müqaviləsi xx.xx.2014-cü ildə bağlanmışdır. Mənzilin dəyəri tam ödənilmişdir. Lakin "xxxx" MTK mərhum həyat yoldaşı ilə bağlanmış müqavilənin onun vəfatından sonra güya xx.xx.2023cü ildə bağlandığını, ümumi yığıncağının xx.xx.2023-cü ildə keçirildiyini bildirərək, mərhumun iştirak etdiyi xx.xx.2014-cü ildə keçirilən ümumi yığıncağın 45 saylı protokolunu verməkdən imtina edir. Nəticədə həmin mənzilə görə hüquqmüəyyənedici sənəd əldə edə bilmir. Bir daha bildirir ki, mərhum həyat yoldaşı "xxxx" MTK arasında bağlanmış müqaviləyə uyğun olaraq mənzilin tam dəyərini 2014-cü ildə cavabdehə ödəmişdir. Hesab edir ki, iddiaçı ilə cavabdeh "xxxx" MTK arasında ünvan 1qayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən, 230 saylı evin, 80 saylı mənzilinə görə “alqı-satqı” müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməlidir. İddiaçı KHANİEV RAMİZ xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, ölkə xaricinə işi ilə əlaqədar olaraq getdiyini, bu səbəbdən də məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, iddianı müdafiə etdiyini vurğuluyaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, X11 ilə Cavabdeh arasında bağlanılmış 01 aprel 2014-cü il tarixli müqaviləyə əsasən, “Kooperativ” ünvan 1qayıt şəhəri, 9-cu mikrorayonda “Payçı”-nın vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 80 saylı mənzilini təklif edir. Kooperativ yuxarıda qeyd olunan ünvanda yaşayış binasının inşasını öz üzərinə götürür. Kooperativ inşa ediləcək binanın 1-A, giriş 13, mərtəbə 80 saylı mənzili “payçı”-ya təhvil verməyini öhdəsinə götürür. Göstərilən mənzilin ümumi dəyəri 60480 manat məbləğində müəyyən olunmuşdur. Mənzil 3 otaqdan ibarət olmaqla, hesablaşma sahəsi 112 m2 təşkil edir. Alıcı hər ay 2370 manat məbləğində pul ödəyir. Son ödəniş tarixi 01 avqust 2014-cü il tarixdir. Cavabdeh tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən, X12 həqiqətən, Sahib Qarayev küçəsində yerləşən 13 (+mansart) mərtəbəli 230 nömrəli binanın 13-cü mərtəbəsində, ümumi sahəsi 120 m2 olan 3 (üç) otaqlı, 80 saylı mənzilin dəyərini tam ödəmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı ünvan 1qayıt Ərazi İdarəsi tərəfindən mərhum X7 vərəsəsi X3 etibarnamə üzrə nümayəndəsi X8 ünvanlanmış 26 oktyabr 2023-cü il tarixli, 3-21-3-31/2-3716/2023 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, təqdim olunmuş sənədlərin araşdırması zamanı "xxxx" Mənzil Tikinti Kooperativinin ümumi iclasının xx.xx.2023-cü il tarixli, 45 nömrəli protokolunda uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, protokola əsasən X12 xx.xx.2017-ci il tarixdə vəfat etməsinə baxmayaraq, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən üzvlüyə qəbul olunmuşdur. Yuxarıda qeyd edilənlərin nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsinin məqsədəmüvafiq hesab edilməsi vurğulanmışdır. 01 aprel 2014-cü il, 16 avqust 2014-cü il və 22 sentyabr 2014-cü il tarixli "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş arayışlardan görünür ki, ünvan 1qayıt şəhəri, 9-cu mikrorayon, 24 və 31 saylı yaşayış binalarının arasında yerləşən 14 mərtəbəli yaşayış binası "xxxx" MTK-yə məxsusdur. X4 80 nömrəli, 3 otaqlı mənzil üçün müvafiq olaraq 51.000, 1.500 və 700 manat məbləğində ödənişlər etmişdir. 12 iyun 2014-cü il, 07 noyabr 2014-cü il və 10 oktyabr 2014-cü il tarixli "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş arayışlardan görünür ki, ünvan 1qayıt şəhəri, 9-cu mikrorayon, 24 və 31 saylı yaşayış binalarının arasında yerləşən 14 mərtəbəli yaşayış binası "xxxx" MTK-yə məxsusdur. X4 80 nömrəli, 3 otaqlı mənzil üçün müvafiq olaraq 1.300, 5.480 və 500 manat məbləğində ödənişlər etmişdir. "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2023-cü il tarixli, 45 nömrəli protokolundan görünür ki, vətəndaş X7 üzv qəbul edilməsi, ünvan 1qayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 230 nömrəli kooperativ binanın birinci giriş 13-cü mərtəbə ümumi sahəsi, 120 m2 olan, 80 saylı mənzilin ayrılması qərara alınmışdır. İ-EР seriyalı, 266570 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X10 arasında 24 iyun 1995-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına Xanıyeva soyadı verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 1qayıt Şəhəri 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli, 1973 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 2 saylı Ərazi İdarəsinin rəisinə ünvanlanmış məlumatdan görünür ki, RF vətəndaşı, m/y ünvan 1qayıt şəhəri, 9-cu mikrorayon, ev 84, mənzil 17 olan X5 xx.xx.2017-ci ildə ölmüş arvadı – X9 məxsus miras əmlakın qəbulu üçün notariat ofisinə ərizə ilə müraciət etmişdir. X5 "xxxx" MTK-nin inşa etdiyi binada yerləşən ünvan 1qayıt şəhəri, 9-cu mikrorayon, 1A girişində yerləşən 80 saylı mənzilin X9 məxsus olmasına dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. ünvan 1qayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 891553 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 29 iyul 2017-ci il tarixdə ünvan 1qayıt şəhərində ağ ciyər ödemi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin 09-cu ayının 05-ci günündə 1400 nömrə ilə qeyd edilmişdir. MYİ seriyalı, 0****** nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, KHANİEV RAMİZ Rusiya Federasiyasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasında xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüünvan 1unun qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün ünvan 1qayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüünvan 1u ödənilmişdir. İddiaçı tərəfindən cavabdehin nümayəndəsinə ünvanlanmış pretenziya məktubundan görünür ki, mərhum həyat yoldaşı "xxxx" MTK arasında bağlanmış müqaviləyə uyğun olaraq mənzilin tam dəyərini 2014-cü ildə ödəmişdir. Ona görə də ünvan 1qayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən, 230 saylı evin, 80 saylı mənzilinə görə onunla “alqı-satqı” müqaviləsi bağlanılması xahiş edilmişdir. Əks-təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 646.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcələnin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, ünvan 1qayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 230 nömrəli kooperativ binanın birinci giriş 13-cü mərtəbə ümumi sahəsi, 120 m2 olan, 80 saylı mənzilin Cavabdeh tərəfindən iddiaçının mərhum həyat yoldaşı X1, mübahisəli mənzil üzrə müvafiq müqavilə ilə müəyyənləşdirilmiş pay haqqı tamamilə ödənilmiş, MTK-ya heç bir borcu qalmamışdır. Hazırki iş üzrə iddiaçı xx.xx.2017-ci il tarixdə vəfat etmiş X7 vərəsəsidir və notariat orqanına müraciət etməklə miras əmlakı qəbul etmişdir. Buna baxmayaraq, iddiaçı bugünə kimi müvafiq mənzilə dair sahiblik hüququnu reallaşdıra bilmir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, sahiblik hüququnun pozulmasını iddia etməklə, alğı-satqı müqaviləsinin bağlanmasını tələb edir. Belə ki, mərhum X12 ilə Cavabdeh arasında 01 aprel 2014-cü il tarixli müqavilə bağlanıldığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ. qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. AR Konstitusiyası Məhkəməsi Plenumunun “AR Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edirlər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundantəmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh-nın üzərinə ünvan 1qayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 230 nömrəli kooperativ binanın birinci giriş 13-cü mərtəbə ümumi sahəsi, 120 m2 olan, 80 saylı mənzilinə görə iddiaçı KHANİEV RAMİZ ilə alğı-satqı müqaviləsinin bağlanması öhdəliyi qoyulsun. Ödənilmiş dövlət rüünvan 1u iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ünvan 1qayıt Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) ünvan 1qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdənsonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4963/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4963/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver