Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4977/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə yaşayış-istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanına dair yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda ünvan 1 ünvanında yaşayır. Qeyd edir ki, qeyd olunan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Hazırki iş üzrə Cavabdeh onun oğludur. Cavabdeh sözügedən mənzildə pasport qeydiyyatında olsa da uzun illərdir ki, yaşamır. Belə ki, bir ana kimi bu sözləri yazmaq ağır olsa da bildirməlidir ki, uzun illərdir ki, oğlu tüfeyli həyat tərzi sürür. Məhz buna görə də bir neçə il əvvəl ailəsi dağıldı. Hazırda harada yaşaması eləcə də nə işlə məşğul olması barədə heç bir məlumatı yoxdur. Eşitdiyinə görə pis vərdişləri yaranmışdır. Qeyd olunan hallara qonşular da şahiddir. Məhz qonşuların iştirakı ilə müvafiq aktın tərtib edilməsi üçün məhəllə komitəsinə müraciət etsə də yalnız məhkəmənin müvafiq sorğusu ilə həmin aktı verə biləcəklərini bildirmişdirlər. Eyni zamanda diqqətlərinə çatdırmaq istəyir ki, 2023-cü il tarixdə cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmiş, qeyd edilən idarə tərəfindən ona göndərilmiş 19 iyun 2023-cü il tarixli məktub ilə məsələnin həlli ilə bağlı inzibati məhkəmə icraatı qaydasında baxılması üçün müraciət etməyi bildirilmişdir. Bu səbəbdən də tərəfindən Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırılmış, lakin məhkəmə iclas zalında hakim tərəfindən qeydiyyatdan çıxarmaq istədiyi şəxsin ailə üzvü olduğu üçün mülki məhkəmə icraatı qaydasında iddia qaldırmağı bildirilmiş və proses zamanı ondan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə yazmağı tələb edilmiş və sənədləri geri qaytarılmışdır. Təkrar qeyd edir ki, inzibati qaydada məhkəməyə müraciət etməyi məhz keçən ilin iyun-iyul aylarına, yəni, 1 il əvvələ təsadüf edir. Bu da cavabdehin ən azı 1 ildən çox müddətdir ki, mənzildə yaşamadığını sübut edir, amma bildirir ki, cavabdeh artıq bir neçə ildir ki, sözügedən evdə yaşamır, ev ilə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Həmçinin təkrar olaraq qeyd edir ki, cavabdeh artıq bir neçə ildir ki, sözügedən mənzildə yaşamır, bu isə onun həmin mənzildə yaşamağa ehtiyacının olmadığına eləcə də başqa yaşayış yerinin olmasına dəlalət edir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh ünvan 1 ünvanına dair mənzilə istifadə hüququna xitam verilməli və həmin mənzildən pasport qeydiyyatından çıxarılmalıdır. Məhkəmədə İddiaçı iddianı müdafiə edib, eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №1302294 saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, yaxınlığı 10-cu küçə ev 9D-də qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1912\2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, iddiaçı Abdurəhmanova (Zeynalova) Mələkxanım Bəxtiyar qızı ilə cavabdeh X7 arasında Sumqayıt nikah evində 18 noyabr 2014-cü il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 337 nömrəli qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 28 yanvar 2016-cı il təvəllüdlü X8 anası X1 yanında qalması, cavabdeh X5 10 fevral 2020-ci il tarixdən başlayaraq 28 yanvar 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin l və ll hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin l hissəsinə əsasən, Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyana və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, «…yaşayış sahəsindən istifadəyə xitam verilməsi məsələsi məhz yaşayış sahəsindən istifadə qaydasına aid olunan məsələlərdən biridir… Eyni zamanda, ailə üzvləri yaşadığı halda, onlardan birində mənzilə mülkiyyət hüququ, digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır… Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin». Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Yuxarıda qeyd olunan hallara qiymət verən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin fərdi yaşayış evindən istifadə hüqunun itirilmiş hesab edilməsini tələb etsə də, hazırkı bazar qiymətinə uyğun kompensasiya verilməsini təklif etmir. Cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi üçün hazırki bazar qiymətinə uyğun olaraq kompensasiya ödənilməlidir. Həmçinin cavabdeh ailə üzvi olmaqla həmin evdə qeydiyyatdadır. Odur ki, belə bir vəziyyətdə həmin cavabdehin mübahisəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehin mənzil hüququnu pozmuş olacaqdır. Ona görə də İddiaçı oğlunun Cavabdeh qarşı “mənzilə yaşayış-istifadə hüququna xitam verilməsi tələbinə dair” dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə yaşayış-istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4977/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4977/2024
14.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver