Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-498/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi, onun vəkili Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti maraqlı şəxs qismində cəlb etməklə «şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikası ərazisində daimi yaşama faktının müəyyən edilməsi tələbi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti maraqlı şəxs qismində cəlb etməklə «şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikası ərazisində daimi yaşama faktının müəyyən edilməsi tələbi» barədə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 08 may 1979-cu ildə Gürcüstan SSRnin Dmanisi rayonu, Amamlo kəndində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Respublikasının vətəndaşı olan anası X5 və digər ailə üzvləri ilə birlikdə daimi yaşamaq üçün Azərbaycan Respublikasına gəlmişlər. Həmin ildən daimi olaraq Azərbaycan Respublikasında yaşamaqla Gürcüstan Respublikasına qayıtmamışdır. 1999-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sumqayıt şəhər Mədəniyyət şöbəsinin “Gənclik” klubunun nəzdindəki “Ailədə sağlamlığın qorunması” ixtisası üzrə kursu bitirmişdir. 2001-ci ildə Azərbaycan Pespublikasının vətəndaşı Sumqayıt şəhər sakini Axundzadə Namiq Şirin oğlu ilə ailə həyatı qurmuşdur. Şəxsiyyət vəsiqəsi olmadığından nikah qeydiyyata götürülməmişdir. Faktiki nikahdan xx.xx.2003-cü il təvəllüdlü X9, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cü il təvəllüdlü Axundzadə Fatimə Namiq qızı adlı üç uşaqları olmuşdur. Böyük qızının İlahə Axundzadənin şəxsiyyətini təsdiq edən sənədi olmaqla Azərbaycan Respublikasının vətəndaşıdır. Sumqayıt şəhər 16 saylı tam orta məktəbin 9-cu sinfində oxuyan qızı Mədinə və 5-ci sinfində oxuyan balaca qızı Fatiməyə qeydiyyat şöbəsində doğum haqqında şəhadətnamə verilmədiyindən şəxsiyyətlərini təsdiq edən vəsiqə ala bilməmişlər. Uşaqlarının üçü də Sumqayıt 1 saylı doğum evində doğulmuşlar, bu barədə müvafiq sənədlər vardır. Həmin tibbi əvəzləmə kartları Qeydiyyat şöbələsinə doğum haqqında şəhadətnamə verilməsindən ötrü təqdim etmişlər, lakin ərizəçinin şəxsiyyət vəsiqəsinin olmamasına görə onlara doğum haqqında şəhadətnamələri verilməsindən imtina olunmuşdur. Uşaqların şəxsiyyətini təsdiq edən sənədin olmaması onların təhsil almalarına maneələr təsir göstərməklə və müalicə ilə əlaqədar tibb müəssisələrində qeydə alınmasına çətinliklər yaradır. Bu da hüquqlarından istifadə və sosial məsələlərin həll edilməsində onlara çətinliklər yaratmasına səbəb olmuşdur. Məktəbli uşaqlarına qulluq göstərdiyindən, təhsil və tərbiyələri ilə məşğul olduğuna görə vətəndaşlığa qəbul edilməyi ilə bağlı vaxtında müraciət edə bilməmişdir. Azərbaycan vətəndaşı olan ərizəçinin anası X5 xx.xx.2020-ci ildə vəfat etmişdir. Ərizəçi ilə 1995-ci ildə eyni vaxtda Gürcüstan Respublikasından gələn xx.xx.1970-ci il təvəllüdlü bacısı X10 da Azərbaycan Respublikasının vətəndaşı olmaqla burada yaşayır. Sumqayıt şəhər İcra Hakimiyyətinin 2 saylı mənzil istismar sahəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 030 saylı arayışından görünür ki, Ərizəçi ailə üzvləri: həyat yoldaşı Axundzadə Namiq Şirin oğlu, qaynanası X4, qızları X9, X6 və Axundzadə Fatimə Namiq qızı ilə birlikdə ünvan 1-də kirayənişin yaşayırlar. Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbinin təqdim etdiyi xx.xx.2021-ci il tarixli 229 və 230 saylı arayışlarından göründüyü kimi qızları X6 9 C və Axundzadə Fatimə Namiq qızı 5 C sinfində oxuyurlar. Ərizəçi ailə üzvləri ilə birlikdə əvvəllər həyat yoldaşı Axundzadə Namiq Şirin oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 9/34, mənzil 13/47-də yaşamışlar. Şəxsiyyət vəsiqəsi olmadığından mənzilə qeydiyyata düşə bilməmişdir. Maddi ehtiyacları üzündən mənzili xx.xx.2016-cı ildə satılmışdır. Azərbaycanda Respublikasında daimi yaşamağını ifadələri ilə təsdiq edən qohumları, qonşuları və tanışları vardır. 28 ildən artıq Azərbaycan Respublikasında daimi yaşamağını, ana dili olan Azərbaycan dilini mükəmməl bilməyini, həyət yoldaşının, böyük qızının və mərhum anasının Azərbaycan Respublikasının vətəndaşı olmaları nəzərə alaraq ərizəçinin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinə və Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Müraciətlərinə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən verilmiş xx.xx.2021-ci il tarixli K/A-1758 və xx.xx.2021-ci il tarixli K/A-1764 saylı cavab məktublarında göstərilir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq maqavilələrdə nəzərdə tutulmuş hallada keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-ci ilin yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək barada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasmda daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Vəkil sorğusu ilə Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinə edilmiş müraciətə verilmiş xx.xx.2023-cü il tarixli 120/2023 nömrəli cavab məktubunda göstərilir ki, Gürcüstan Dövlət Xidmətinin X1 və Miqrasiya Xidmətinin məlumatına əsasən Ərizəçi (xx.xx.1979-cu il təvəllüdlü) Gürcüstan vətəndaşı hesab edilmir. Göstərilənlərə əsasən Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan ərizəçi tərəfindən məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1995-ci ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında Ərizəçi, onun vəkili Vəkil ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
5. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X13 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan 06 yanvar 1981-ci il tarixdə verilmiş İİİ-TИ seriyalı 387476 nömrəli doğum haqqında şəhadətnamə bərpanın surətindən görünür ki, Ərizəçi oğlu xx.xx.1979-cu il tarixdə Gürcüstan SSR, Dmanisi rayonu Amamlo kəndində anadan olmuş, atası X11, anası X3r.
8. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sumqayıt şəhər Mədəniyyət şöbəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, № 2 saylı diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 1999-cu il tarixdə “Ailə sağlamlığının qorunması” ixtisası üzrə kursu bitirmişdir.
9. İş materiallarında olan Sumqayıt Şəhər VVADQ şöbəsi tərəfindən 17 yanvar 2003-cü il tarixində verilmiş AZ-İ № 294634 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, atası Axundzadə Namiq Şirin oğlu, anası Ərizəçidır.
10. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ № 078449 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə beyin ödemi xəstəliyindən ölmüşdür.
11. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli, 030 nömrəli arayışından görünür ki, Axundzadə Namiq Şirin oğlu, X4, Ərizəçi, X9, X6 və Axundzadə Fatimə Namiq qızı ünvan 1 ünvanında 2017-ci ildən kirayəşin kimi yaşayırlar.
12. İş materiallarında olan R/A-1758 nömrəli xx.xx.2021-ci il tarixli və K/A-1764 nömrəli xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin Ərizəçi müraciətinə olan cavab məktublarından görünür ki, xx.xx.2018-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətiniz araşdırılmış və Sizin Azərbaycan Respublikasının vətəndaşı olmadığınız nəticəsinə gəlinmişdir. Bu barədə X19 Xidmətinin xx.xx.2018-ci il tarixli ******* nömrəli arayışı təqdim olunmuşdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügedən Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Odur ki, 1995-ci ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz.
13. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 07 noyabr 2018-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, 08 may 1979-cu il təvəllüdlü Ərizəçi 27018/m nömrəli, 03 noyabr 2018-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir.
14. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.
15. İş materiallarında olan Gürcüstan Respublikasının Azərbaycandakı Səfirliyinin N120/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, 02 mart 2022-ci il tarixli və N196 saylı məktuba tərəflərindən cavab göndərilmişdir və təkrarən xx.xx.2023-cü il tarixli və N612 saylı məktuba cavab olaraq bildirilir ki, Gürcüstan Dövlət Xidmətinin X2 və Miqrasiya Xidmətinin məlumatına əsasən, Ərizəçi Gürcüstan vətəndaşı hesab edilmir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə məhkəmədə müəyyən olundu ki, Ərizəçi 1995-ci ildən Azərbaycan Respublikasında daimi yaşayır və heç bir dövlətin vətəndaşı deyildir. Hazırda ərizəçi həmin faktın təsdiq edilməsini məhkəmədən tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
18. Eyni Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir.
19. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.
20. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
21. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarının 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir.
22. Göründüyü kimi Ərizəçi 1995-ci ildən Azərbaycan Respublikasında daimi yaşayır, eyni zamanda heç bir dövlətin vətəndaşlığına mənsub deyildir.
23. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
24. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1995-ci ildən Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 30.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1995-ci ildən Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva