Məhkəmə qərarları › İş №2(060)-4983/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4983/2023

20.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4983/2023 20.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs 1 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı «doğum akt qeydinin müəyyən edilməsi və doğum haqqında akt qeydiyyatının bərpa edilməsi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun - Ərizəçi xx.xx.1956-cı il tarixdə Ermənistan SSR, Qafan rayonu, Qerd kəndində doğumunun qeydə alınma faktının müəyyən edilməsi və akt qeydi doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və akt qeydinin bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1956cı il tarixdə Ermənistan SSR, Qafan rayonu, Qerd kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum aktı qeydinin bərpa edilərək ona yeni “doğum haqqında şəhadətnamə” verilərkən, ata qrafasında “X1”, ana qrafasında “X2” kimi qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1956-cı il tarixdə Ermənistan SSR, Qafan rayonu, Qerd kəndində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Bildirmək istəyir ki, ona məxsus olan AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsində doğulduğu yer və tarix olaraq xx.xx.1956-cı il, Ermənistan, Qafan rayonu, Qerd kəndi olaraq qeyd edilmişdir. Həmçinin ona məxsus digər sənədlərdə də eyni məlumatlar qeyd edilmişdir. Qeyd edir ki, doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir. Bunun üçün doğum haqqında şəhadətnamənin təkrarının əldə edilməsi üçün cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdehin 12 iyul 2023-cü il tarixli məktubu ilə ərizəsinin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydlərin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1956-cı il tarixdə Ermənistan SSR, Qafan rayonu, Qerd kəndində doğumunun qeydə alınma faktı müəyyən edilməli və akt qeydi bərpa olunmalıdır. Ərizəçi məhkəmədə eyni məzmunlu izahat verərək ərizənin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs 1 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Ermənistan, Qafan rayonu, Qerd kəndində anadan olmuşdur. İşdə olan hərbi bilet və nikahın bağlanması haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Ermənistan, Qafan rayonu, Qerd kəndində anadan olmuşdur. İşə əlavə olan 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-2944/2023 saylı məktubundan görünür ki, Sumqayıt şəhər qeydiyyat şöbəsinin arxivində saxlanılan ilkin və doğum bərpa akt qeydləri eləcə də, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamə doğum haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Ərizəçi ona məxsus doğum haqqında şəhadətnamənin naməlum şəraitdə itdiyini və hazırda onun surətini əldə etməyin mümkün olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin doğum akt qeydi bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1956-cı ildə Ermənistan SSR, Qafan rayonu, Qerd kəndində doğulması faktı müəyyən edilsin. Ərizəçi xx.xx.1956-cı ildə Ermənistan SSR, Qafan rayonu, Qerd kəndində doğulması akt qeydinin bərpa edilsin və yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X1, ana qrafasında X2 göstərilsin. Qətnamə yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar