Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4986/2020 13.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X6 iştirakı ilə İddiaçı cavabdeh General M.Əsədov adına Sumqayıt X1rşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Vəliyeva X11 Şəhər Məhkəməsinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə dair General M.Əsədov adına X4 İnternattipli Gimnaziya üzrə verilmiş xx.xx.2020-ci il tarixli 61 saylı əmrin etibarsız hesab edilməsi, onun öz işinə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1986-cı ildə anadan olmuş və orta təhsilini başa vurmaqla 2002-2006-cı illərdə X5 təhsil almış və xx.xx.2011-ci ildı isə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. O xx.xx.2008-ci ildə General M.Əsədov adına X4 İnternattipli Gimnaziyaya analıq məzuniyyəti yerinə X12 rəhbəri vəzifəsinə işə qəbul edilmiş, sonradan həmin vəzifədə çalışan işçi işinə qayıtmamış və o işləməkdə davam etmişdir. Lakin xx.xx.2020-ci il tarixində onun xəbəri olmadan AR Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən (müddətin bitməsi) onunla əmək müqaviləsinə xitam verilmişdir. O bunun səbəbi ilə maraqlandıqda isə ona bildirilmişdir ki, onunla müddətli əmək müqaviləsi bağlanmış və həmin müqavilənin müddəti başa çatdığı üçün işdən çıxarılmışdır. Ona nə həmin müqavilənin surəti, nə də işdən çıxma barədə əmrin surəti verilməmiş, ona son haqq-hesab da ödənilməmişdir. Həmin vaxt ondan öz xahişi ilə işdən çıxmağı barədə ərizə yazmağı tələb olunmuş, lakin o ərizə yazmadığı üçün onu bu maddə ilə işdən çıxarmışlar. Onunla yalnız bir dəfə, yalnız 2008-ci ildə işə götürülən vaxt müqavilə bağlanmış və sonradan həmin analıq məzuniyyətində olan işçi işdən çıxmış və onunla əmək münasibətləri davam etdirilmişdir. O 12 il bu müəssisədə işləmiş və işlədiyi bu müddətdə hər hansı bir inzibati pozuntuya da yol verməmişdir. Bundan başqa o 2 uşaq anasıdır, uşaqları 3 və 6 yaşlarındadır. O bankdan ipoteka krediti götürmüş, lakin onun işdən çıxarılmağı onun üçün olduqca çətin və əlverişsiz bir vəziyyətin yaranmasına, çətinliklərlə üz-üzə qalmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı müddətsiz əmək müqaviləsi ilə işləyən analıq məzuniyyətində olan Lalə İbrahimovanın yerinə işə götürülmüş və onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin dövr ərzində iddiaçı 2 dəfə analız məzuniyyətində olmuşdur. 2-ci analıq məzuniyyətində olduğu dövrdə Lalə İbrahimova işdən çıxma barədə ərizə təqdim etmiş və işdən çıxmışdır. Daha sonra Lalə İbrahimovanın yerinə Aidə Baxşəliyeva işə götürülmüş və onun müddətsiz əmmək müqaviləsi bağlanmışdır. İddiaçı analıq məzuniyyətindən qayıtdıqdan sonra əmək müqaviləsinin müddəti bitdiyinə görə xitam verilmiş və İddiaçı işdən çıxarılmışdır. Ona görə də iddianın təmin edilməməsinin xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X10 izahat verərək bildirdi ki, o, İddiaçı tanıyır və onunla ilə cavabdeh General M.Əsədov adına X4 İnternattipli Gimnaziyasında birgə çalışdığını bildirdi. İddiaçı analıq məzuniyyətində olan Lalə müəllimənin yerinə işə qəbul edilmişdir. Lalə müəllimə məzuniyyətdən qayıtdıqdan sonra İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. O, əmək kitabçasını götürüb imza etməkdən imtina etdiyindən akt tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən şahid Mahmudova Sevinc Bəhmın qızı izahat verərək bildirdi ki, o, İddiaçı tanıyır və onunla ilə cavabdeh General M.Əsədov adına X4 İnternattipli Gimnaziyasında birgə çalışmışdır. İddiaçı analıq məzuniyyətində olan Lalə müəllimənin yerinə işə qəbul edilmişdir. Lalə məzuniyyətdən qayıtdıqdan sonra İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. O, əmək kitabçasını götürüb imza etməkdən imtina etdiyindən akt tərtib olunmuşdur. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: - Azərbaycan Dövlət Pedaqoji Universitetinin verdiyi diplomdan görünür ki, İddiaçı həmin universitetdə bakalavr təhsili almışdır. - xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X3 ərizəsi ilə əmək müqaviləsi ləğv edilmişdir. -xx.xx.2015-ci il tarixli AR TN Sumqayıt şəhər Təhsil şöbəsinin verdiyi arayışdan görünür ki, təhsil şöbəsi X8 X13 Rəhbəri vəzifəsinə qəbul edilməsinə etiraz etmir. -xx.xx.2015-ci il tarixli 25 nömrəli əmrdən görünür ki, Baxşəliyeva Aidə Şirin qızı xx.xx.2015-ci il tarixdən internat məktəbə X13 Rəhbəri təyin edilməsi barədə əmək müqaviləsi bağlanması əmr edilmişdir. - xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Baxşəliyeva Aidə Şirin qızı xx.xx.2015-ci ildə müddətsiz əmək müqaviləsi bağlanmışdır. -xx.xx.2020-ci il tarixli 61 nömrəli əmrdən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən 73.2-ci maddəsinə əsasən xitam verilməsi əmr edilmişdir. -xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə ƏM 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. -xx.xx.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı əmək kitabçasını götürüb imza etməkdən imtina etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2008-ci ildə General M.Əsədov adına X4 İnternattipli Gimnaziyaya analıq məzuniyyətində olan müddətsiz əmək müqaviləsi əsasında işləyən Lalə İbrahimovanın yerinə X12 rəhbəri vəzifəsinə işə qəbul edilmiş və onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin dövr ərzində iddiaçı 2 dəfə analıq məzuniyyətində olmuşdur. 2-ci analıq məzuniyyətində olduğu dövrdə Lalə İbrahimova işdən çıxma barədə ərizə təqdim etmiş və işdən çıxmışdır. Daha sonra Lalə İbrahimovanın yerinə Aidə Baxşəliyeva işə götürülmüş və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. İddiaçı analıq məzuniyyətindən qayıtdıqdan sonra əmək müqaviləsinin müddəti bitdiyinə görə xitam verilmişdir. O, əmək kitabçasını götürüb imza etməkdən imtina etdiyindən akt tərtib olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsin əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən onun qanunsuz və əsassız olaraq işdən çıxarılması sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdrmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdeh General M.Əsədov adına Sumqayıt X1rşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-4986/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4986/2020
13.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver