Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4996/2020 30.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edirlməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edirlməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və yetkinlik yaşına çatmayan övladları xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 Sumqayıt şəhəri, 11 mkr., 22 saylı evin, 39 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, ünvan 1 ünvanında yerləşən 39 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. DƏDRX-nin Sumqayıt şəhər Ərazi idarəsindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa əsasən sözügedən mənzil xx.xx.2009-cu ildən tam payda onun mülkiyyətindədir. Cavabdehlər mənzilin əvvəlki mülkiyyətçisi və onun ailə üzvləridir. Onlar mənzilin alqı-satqısı prosesində iştirak etmişlər və qanunla müəyyən edilmiş qaydada mənzilin satılmasına etiraz etməmələri barədə razılıq ərizələri vermişlər. Bundan əlavə mənzildə yetkinlik yaşına çatmayan şəxslər X8, X10, X6 və X9 da qeydiyyatdadırlar. Lakin indiyədək keçən müddət ərzində cavabdehlər öz öhdəliklərini yerinə yetirməmiş, hələ də də həmin mənzildə qeydiyyatdadırlar. Hazırda cavabdehlərin harada yaşadıqlarını bilmədiyi üçün mübahisənin məhkəmədən kənar qaydada həlli mümkün deyildir. Hesab edir ki, cavabdehlərin həmin mənzilə yaşayışistifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki, cavabdehlərin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə, öz növbəsində onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir, o, cavabdehlərə görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onların faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 11 mkr., 22 saylı evin, 39 nömrəli mənzili İddiaçının adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ******* nömrəli, xx.xx.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları xx.xx.2004-cü il təvəllüdlü X8, xx.xx.2005ci il təvəllüdlü X10, xx.xx.2004-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X1 şəhəri, 11 mkr., 22 saylı evin, 39 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri, 11 mkr., 22 saylı evin, 39 nömrəli mənzili qanuni yolla əldə etmiş və mənzilin mülkiyyətçisidir. Buna baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları xx.xx.2004-cü il təvəllüdlü X8, xx.xx.2005-ci il təvəllüdlü X10, xx.xx.2004-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X1 şəhəri, 11 mkr., 22 saylı evin, 39 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 Sumqayıt şəhəri, 11 mkr., 22 saylı evin, 39 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-4996/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4996/2020
30.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver