Məhkəmə qərarları › İş №2(060)-5/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5/2024

11.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5/2024 11.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və qanunsuz olaraq inşa edilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi tələbinə dair iddia ərizələri üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, “Samur-ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində qanunsuz olaraq inşa etdiyi tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, “Samur-ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O, həmin torpaq sahəsini xx.xx.2017-ci ildə alqı-satqı müqaviləsi ilə Sumqayıt şəhər Bələdiyyəsindən 1362 manat məbləğində pul ödəməklə almışdır. Bu barədə ƏMDK yanında DƏDRX tərəfindən ona xx.xx.2017-ci il tarixli, ******* saylı çıxarış da verilmişdir. O, həmin torpaq sahəsini xx.xx.2017-ci ildə fərdi yaşayış evi tikmək məqsədilə almışdır. Lakin maddi vəziyyəti yaxşı olmadığı üçün o, həmin torpaq sahəsində fərdi yaşayış evi tikməsini bir müddət ertələməli olmuşdur. Lakin torpaq sahəsinə mütəmadi olaraq baş çəkmişdir. 2020-ci ilin noyabr ayına kimi həmin torpaq sahəsində hər hansı bir qanunsuz əməlin şahidi olmamışdır. Lakin 2020-ci ilin noyabr ayında torpaq sahəsinə baş çəkdikdə orada torpaq sahəsinin hasarlandığını, hasarın daxilində isə bir ədəd təxminən 3x2 kv.m torpaq sahəsini əhatə edən fərdi bir mərtəbəli, bir otaqlı evin tikildiyini, həmin evdən bir neçə metr aralıda isə itin saxlanması üçün 1 kv.m sahədə dam düzəldiyini görmüşdür. Bu barədə o, dərhal maraqlanmış və ona məlum olmuşdur ki, ona məxsus torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunmuş və orada tikinti işləri aparılmışdır. O, dərhal bu barədə Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmişdir. Şikayəti əsasında araşdırma aparılmış və cinayət işi üzrə icraata xitam verilmişdir. Ona izah olunmuşdur ki, mülki qaydada məhkəməyə müraciət etsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsində qanunsuz olaraq inşa etdiyi tikililər onun öz vəsaiti hesabına sökülməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir. İddiaçının nümayəndəsi X1 əlavə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-15/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatətin təmin edilməsi, X1 əlavə cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən məhkəmə iclasının onun iştirakı olmadan aparılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 02 iyul 2021-ci il tarixdə məhkəmənin baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Sumqayıt şəhəri, “Samur-ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. O, həmin torpaq sahəsini xx.xx.2017-ci ildə alqı-satqı müqaviləsi ilə Sumqayıt şəhər Bələdiyyəsindən 1362 manat məbləğində pul ödəməklə almışdır. Bu barədə ƏMDK yanında DƏDRX tərəfindən ona xx.xx.2017-ci il tarixli, ******* saylı çıxarış da verilmişdir. O, həmin torpaq sahəsini xx.xx.2017-ci ildə fərdi yaşayış evi tikmək məqsədilə almışdır. Lakin maddi vəziyyəti yaxşı olmadığı üçün o, həmin torpaq sahəsində fərdi yaşayış evi tikməsini bir müddət ertələməli olmuşdur. Lakin torpaq sahəsinə mütəmadi olaraq baş çəkmişdir. 2020-ci ilin noyabr ayına kimi həmin torpaq sahəsində hər hansı bir qanunsuz əməlin şahidi olmamışdır. Lakin 2020-ci ilin noyabr ayında torpaq sahəsinə baş çəkdikdə orada torpaq sahəsinin hasarlandığını, hasarın daxilində isə bir ədəd təxminən 3x2 kv.m torpaq sahəsini əhatə edən fərdi bir mərtəbəli, bir otaqlı evin tikildiyini, həmin evdən bir neçə metr aralıda isə itin saxlanması üçün 1 kv.m sahədə dam düzəldildiyini görmüşdür. Bu barədə o, dərhal maraqlanmış və ona məlum olmuşdur ki, ona məxsus torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunmuş və orada tikinti işləri aparılmışdır. O, dərhal bu barədə Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmişdir. Şikayəti əsasında araşdırma aparılmış və cinayət işi üzrə icraata xitam verilmişdir. Ona izah olunmuşdur ki, mülki qaydada məhkəməyə müraciət etsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsində qanunsuz olaraq inşa etdiyi tikililər onun öz vəsaiti hesabına sökülməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 02 iyul 2021-ci il tarixdə məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbinə etiraz edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, yeni yaşayış massivi, 7-ci məhəllə, 390 ünvanında yerləşən torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 180 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 tərəfindən qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi, iş üzrə İddiaçı zərərkçəkmiş şəxs qismində işdə iştirakına xitam verilməsi qərara alınmışdır. İş materiallarında torpaq sahəsinin yerini və vəziyyətini əks etdirən foto-şəkillər vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş AN seriyalı, 220017 nömrəli, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, yeni yaşayış massivi, 7-ci məhəllə, 390 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən rəsmiləşdirilmişdir. İş materiallarında olan AN seriyalı, ******* nömrəli, 22 dekabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Sumqayıt Bələdiyyəsi Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, yeni yaşayış massivi, 7-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən alıcı İddiaçı mülkiyyətinə verir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3274/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər Sumqayıt Bələdiyyəsinə və İddiaçı qarşı Sumqayıt Bələdiyyəsi tərəfindən Yeni Yaşayış massivinin 7ci məhəlləsində yerləşən, sahəsi 600 kv.metr olan 390 saylı həyətyanı sahənin İddiaçı satılması barədə 22 dekabr 2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, sözügedən torpaq sahəsinə texniki baxış keçirilməsi üçün idarənin mütəxəssisi xx.xx.2022-ci il tarixinə təyin edilmiş baxışda iştirak etmək üçün həmin ünvanda olmuşdur. Lakin texniki baxışa şərait yaradılmadığı üçün lazımi ölçmə işlərinin aparılması mümkün olmamışdır. Zərurət yaranacağı təqdirdə bir daha mübahisəli torpaq sahəsinə yeni baxış keçirilməsi vaxtının təyin ediləcəyi təqdirdə 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsinin torpaq sahəsinə baxışda iştirakı və müvafiq münasibətin bildirilməsi təmin ediləcəkdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, indiki halda iddiaçının iddia tələbi məhz cavabdehə məxsus fərdi yaşayış evinin qanunsuz tikili kimi onun öz hesabına sökülməsindən ibarət olmuş, iddia tələbinin əsası kimi həmin tikilinin qanunsuz olması və onun mülkiyyət hüququnu pozması ilə əsaslandırmışdır. Bu halda, hazırkı mülki iş üzrə mübahisə predmeti olan tikilinin qanunsuz tikili olub-olmaması halı müəyyən edilməklə yanaşı, həmin tikilinin iddiaçının mülkiyyət hüquqlarına qəsd edib-etməməsi, onun üçün təhlükə törədibtörətməməsi, mülkiyyət hüquqlarının realizəsi üçün hər hansı maneə yaradıb-yaratmaması halı, onlar arasında səbəbli əlaqənin olması halı müəyyən edilməlidir. Yalnız bu halda iddiaçının mübahisə predmeti olan tikiliyə dair qeyd edilən iddia tələbinin irəli sürülməsinə dair subyektiv hüquqa malik olması halı ortaya çıxmış olur. İndiki halda mübahisə predmeti olan fərdi yaşayış evinin tikintisi, iş materiallarında olan foto şəkillərə əsasən müvafiq qaydalara əməl edilməməsi halı nəticəsində tikilmiş qanunsuz tikilinin (iddia ərizəsində qeyd olunan) müəyyən edilmiş olsa da, qeyd edilən halın ciddi pozuntu qismində çıxış etməklə, iddiaçının mülkiyyət hüququna qəsd etməsi, mülkiyyət hüquqlarının pozulmasına, mülkiyyət hüququ əsasında ona məxsus olan əmlakdan (fərdi yaşayış evindən) istifadə etməsinə, sahiblik və sərəncam səlahiyyətlərinin realizə edilməsinə maneçilik törətməsi, habelə hər hansı formada mülkiyyət hüquqlarının pozulmasına səbəb olması halı müəyyən edilməmişdir. Həmçinin, mübahisə predmeti olan tikilinin tikilməsi nəticəsində iddiaçıya məxsus olan sahənin cavabdeh tərəfindən zəbt olunub-olunmaması müəyyən edilməsi məqsədi ilə məhkəmə apaşdırması aparılmışdır. Bu məqsəd ilə dəfələrlə ekspertizlar təyin edilmiş, iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən sübutlar təmin edilməmiş (müvafiq iddiaçıya məxsus torpaq və tikili sahəsinin kordinatları, ölçüsü və sair), bunun nəticəsində məhkəmə araşdırması ekspertin vəsatəti təmin edilmədiyindən (məhkəmə iclasında MPMnin 97.5-ci maddəsinin tələbləri tərəflərin diqqətinə çatdırılmasına baxmayaraq) ekspert rəyinin verilməsindən imtina olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inşa etdiyi özbaşına tikilini bu vaxta kimi sökmədiyindən iddiaçıların hüquqlarının və qanuni-mənafelərinin pozuntusu halı müəyyən edilməmiş, iddiaçı tərəfindən də qeyd edilən halla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçının iddia tələbi qanunsuz tikili kimi sökülməsi ilə bağlı olmuş, mübahisə predmeti olan tikilinin tikilməsi nəticəsində cavabdeh inşa etdiyi özbaşına tikilini bu vaxta kimi sökmədiyindən iddiaçıların hüquqlarının və qanuni-mənafelərinin pozulması kimi hallara istinad edilmişdir. Bu baxımdan, hətta həmin hal müəyyən edilmiş olsa idi belə, qeyd edilən hal o halda iddia tələbinin əsası kimi çıxış edə bilərdi ki, pozuntu iddiaçının mülkiyyət hüquqlarını əhəmiyyətli dərəcədə pozmaqla (mülkiyyət hüququnun həyata keçirilməsinin mümkün olmaması, həyat və sağlamlıq üçün real təhlükəli hal olması, həmin pozuntunun başqa qaydada aradan qaldırılmasının qeyri-mümkün olması və bu kimi digər hallar) mülkiyyət hüququna qəsd kimi mövcud olmuş olsun. Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Torpaq Məcəllələsi Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 65. Torpaq sahəsinin planı tərtib edilməli, torpaq sahəsinin sərhədləri yerdə (naturada) müəyyən edilməlidir. Maddə 67, bənd 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mövcud vəziyyətdə mübahisəli zəbt olunmuş torpaq sahəsindən çıxarılma və qanunsuz olaraq inşa edilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi tələbinin təmin olunması iki halda mümkün ola bilər: 1) tikili razılaşdırılmış layihə sənədlərinə uyğun inşa edilməsin (həmin sənəddən kənara çıxmaqla inşa edilsin) və bu hal iddiaçının hüquqlarına və qanuni mənafelərinə toxunsun; 2) tikilinin mövcudluğu iddiaçının hüquqlarına və qanuni maraqlarına zidd olsun, onun özünün sağlamlığı və əmlakına real təhlükə yaratsın. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə həmçinin qeyd edir ki, hər hansı iddia tələbi ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Beləliklə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını nəzərə alan məhkəmə bu qənaətə gəlir ki, irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanunu 2021-ci ilin oktyabr ayının 1-dən qüvvəyə minmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, “Samur-ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində qanunsuz olaraq inşa etdiyi tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar