Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5007/2021 11.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «yaşayış-istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh və onun azyaşlı övladı 15.08.2019-cu il təvəllüdlü Rzayev Roman Piri oğlunun Sumqayıt şəhəri, 18-ci məhəllə, 7/27A saylı evin, 28 saylı mənzilinə yaşayış hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 18-ci məhəllə, 7/27A saylı evin, 28 saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 04.12.2020-ci il tarixli, çıxarışa əsasən onun şəxsi mülkiyyətindədir. Həmin mənzili 19.11.2020-ci il tarixli AN-T ******* saylı alqı-satqı müqaviləsi əsasında Rzayeva Kəmalə Rəhman qızından almışdır. Alqı-satqı müqaviləsinin 13-cu bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 19.12.2020-ci il tarixdən qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Rzayeva Kəmalə Rəhman qızı onun mənzilindən qeydiyyatdan çıxsa da, onun oğlu Cavabdeh və onun az yaşlı övladı Rzayev Roman Piri oğlu bu günə qədər müxtəlif bəhanələrlə qeydiyyatdan çıxmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirir ki, cavabdehin mənzildə qeydiyyatda qalması səbəbindən mənzillə bağlı hüquqlarını həyata keçirməkdə çətinlik çəkir, əlavə kommunal xidmətlər ödəməyə məcbur olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edir. Cavabdeh qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19.11.2020-ci il tarixli, AN-0891528 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Rzayeva Kəmalə Rəhman qızı Sumqayıt şəhəri, 18-ci məhəllə, 7/27A saylı evin, 28 saylı mənzilini İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 18-ci məhəllə, 7/27A saylı evin, 28 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ******* nömrəli, 21.05.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh və Rzayev Roman Piri oğlu Sumqayıt şəhəri, 18-ci məhəllə, 7/27A saylı evin, 28 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri, 18-ci məhəllə, 7/27A saylı evin, 28 saylı mənzilini rəsmi alqı-satqı müqaviləsi əsasında əldə etmiş, buna baxmayaraq, Cavabdeh və onun azyaşlı övladı 15.08.2019-cu il təvəllüdlü Rzayev Roman Piri oğlu həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh və onun azyaşlı övladı 15.08.2019-cu il təvəllüdlü Rzayev Roman Piri oğlunun Sumqayıt şəhəri, 18-ci məhəllə, 7/27A saylı evin, 28 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-5007/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5007/2021
11.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver