Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-503/2025 09.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, H.Əliyev küçəsi, ev 413A/3 xx.xx.2020-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Gəlni, eyni zamanda cavabdeh olan Cavabdeh xx.xx.2014-cü il tarixdə oğlu X4 ilə nikaha daxil olmuşdur. 2020-ci ildə mən yuxarıda qeyd olunan evi aldı və oğlu ilə gəlini nəvələri ilə birlikdə mübahisəli evə köçürdü. İllərdir gəlini iddiaçı ilə yaşamasına rəğmən iddiaçıya və həyat yoldaşına hörmət etmir, hər gün dava-dalaş salaraq evdə yaşamalarına mane olur. İddiaçı öz mülkiyyəti olan evdə rahat və dinc yaşamaq istəyir. Ona görə də cavabdehi artıq mənzilindən çıxarmalıdır. Hazırda oğlu da cavabdehə qarşı nikahın pozulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları- xx.xx.2015-cı il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X8 ilə birlikdə iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, H.Əliyev küçəsi, 413A/3 saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, H.Əliyev küçəsi, ev 413A/3 İddiaçı adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 120 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır.
9. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Sədayə Nahib qızı ilə nikahlarını 02 oktyabr 2014-cü il tarixdə bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 1981 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir.
10. İş materiallarında olan Sumqayıt 2 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 21 sentyabr 2021-ci il tarixində verilmiş 3-16-5/8-Q-69-2722/2024 saylı arayışın surətindən görünür ki, X7 27 iyun 2015-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası X4, anası Cavabdehdır.
11. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Corat Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-6-6/2-142/2024 saylı sorğuya cavab məktubundan görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olmuş 513/2B/2024 №-li, xx.xx.2024-cü il tarixli sorğuya əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 413/3A ünvanına baxış keçirildi. Corat qəsəbəsi, ev 413/3A ünvanında yaşayan İddiaçı və onun ailə üzvlərinin verdiyi məlumata əsasən gəlinləri Cavabdeh Nahid qızı 2020-ci ilin avqust ayından, 2024-cü ilin avqust ayına kimi qeydiyyatsız bu ünvanda yaşamışdır. 2024-cü ilin avqust ayından hal-hazırki vaxta kimi 2 uşağı - X9 və X8 ilə birgə bu ünvanda yaşamırlar. Hal-hazırda Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 413/3A ünvanında İddiaçı, X5, X4 yaşayırlar.
12. İş materiallarında olan MŞS/MT030/2024-01970 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində poçt xərci ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, H.Əliyev küçəsi, ev 413A/3 İddiaçınnu xüsusi mülkiyyətindədir, iddiaçının oğlu cavabdehlə ailə qurmuş, cavabdeh həmin mənzilə köçmüş və onlar birlikdə orada yaşamışlar, sonradan onlar ayrılmışlar. Hazırda iddiaçı cavabdehin mənzildən çıxarılmasını tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. Həmin Məcəllənin 157.2, 157.4-cü maddələrinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
18. Həmin Məcəllənin 228.1, 228.5-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
19. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olmaqla, cavabdehin həmin mənzildən istifadə hüququnun olmaması hazırki işin mübahisəsiz halını təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilində cavabdehin buna hər hansı hüququ olmadan yaşaması faktı iddiaçının qanunla qorunan mülkiyyət hüququnun pozulmasıdır. Belə ki, cavabdehin mübahisəli evə dair hər hansı bir hüququ mövcud deyildir. Çünki onun həmin evdə qalması üçün hər hansı hüquqi əsas (əşya hüququ, yaxud hansısa müqavilədən irəli gələn tələb hüququ, məhkəmə qətnaməsi ilə müəyyən edilən hüquq) aşkar edilməmiş, habelə cavabdeh də bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh iddiaçının oğlu ilə nikaha daxil olduqdan sonra iddiaçıya məxsus mənzildə yaşamağa başlaması həmin cavabdehin həmin mənzildən istifadə hüququnun yaranması üçün əsas hesab olunmur. Çünki qanunvericiliyin tələbinə görə, cavabdeh heç vaxt «digər qohum» kimi iddiaçının ailə üzvü olmamışdır.
20. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
21. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində «digər qohumlar» dedikdə qanun yaşayış sahəsi mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan bacı, qardaş, baba, nənə, nəvə, tərbiyəçi, ögey oğul və qızlarını nəzərdə tutmuşdur. 22.Göründüyü kimi, cavabdeh iddiaçının gəlini olmaqla, ailə üzvləri sırasına aid olmamış, eləcə də yuxarıda sadalanan şəxslərin kateqoriyasına da aid deyil. Bu səbəbdən də cavabdehin həmin əsasla iddiaçının ailə üzvü, yaxud da «digər qohum»u qismində mübahisəli yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququ da əvvəldən heç yaranmamışdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
24. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2015-cı il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X3 yaşayış yeri anaları Cavabdeh yanında müəyyən edildiyindən iddia tələbi onlara münasibətdə də təmin edilməlidir.
25. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları- xx.xx.2015-cı il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X8 ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, H.Əliyev küçəsi, 413A/3 saylı evdən çıxarılmalıdırlar.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları- xx.xx.2015-cı il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X8 ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, H.Əliyev küçəsi, 413A/3 saylı evdən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva