Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-504/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi və vəkili X8, Cavabdehlər Cavabdeh1 və X2 nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh3 qarşı «özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə» dair və iddiaçılar X2 və Cavabdeh1 cavabdehlər Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə” dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh3 qarşı «özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri X18 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 45 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində cavabdehlər tərəfindən aparılmış özbaşına tikililərin sökülməsi, cavabdehlərin və onların ailə üzvlərinin həmin torpaq sahəsindən və onun üzərində yerləşən 109,4 kv.m sahəsi olan fərdi yaşayış evinin xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş texniki pasportda göstərilmiş 4 (sahəsi 18.9 kv.m olan) nömrə ilə qeyd edilmiş “yaşayış otağı” və 6 (sahəsi 24,9 kv.m olan) nömrə ilə qeyd edilmiş “bağlı eyvan” ından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar X6 və Cavabdeh1 cavabdehlər Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********68-10301 reystr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-504/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçılar X2 və Cavabdeh1 cavabdehlər Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə” dair 2(060)-637/2021 saylı mülki iş və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh3 qarşı «özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə» dair 2(060)-504/2021 saylı iş bir icraatda birləşdirilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 109,4 kvadrat metr sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən **********568- 10301 reyestr nömrəli çıxarış verilmişdir. Həmin daşınmaz əmlak xx xxxxxx 2019-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında X1 vərəsəsi olan xx xxxx 2014-cü il tarixdə ölmüş oğlu Xankişiyev Akif Əlikişi oğlunun vərəsəsi kimi onun adına rəsmiləşdirilmişdir. Cavabdehlər Cavabdeh3 Əlibaba qızı əmisinin həyat yoldaşı, X6 və Cavabdeh2 əmisinin oğulları, Cavabdeh1 isə əmisinin qızıdır. Onlar baba yurdu adı ilə gəlib iddia edirlər ki, müvafiq daşınmaz əmlak onların da yurdu sayılır və s. Halbuki onlar mirası qəbul etməmiş və vərəsələr kimi qeydiyyata alınmamışlar (müvafiq daşınmaz əmlakla bağlı heç bir hüquqları yoxdur). Bu məqsədlə də cavabdeh ona məxsus torpaq sahəsini və onun üzərində yerləşən 109,4 kvadratmetr sahədən ibarət olan fərdi yaşayış evinin xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş texniki pasportda göstərilmiş 4 (sahəsi 18,9 kvadrat metr olan) nömrə ilə qeyd edilmiş “yaşayış otağını” və 6 (sahəsi 24,9 kvadrat metr olan) nömrə ilə qeyd edilmiş “bağlı eyvanı” özbaşına zəbt edərək, torpaq sahəsində qanunsuz tikintilər inşa etdiyindən o, öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Dəfələrlə şifahi olaraq onlardan evindən və torpağından çıxmalarını tələb etsə də, bu günə qədər də heç bir məhəl qoymamışlar. Cavabdehlərin daimi yaşadıqları və qeydiyyatda olduqları yer tamamilə başqa ünvandır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili X15 məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslı hesab edərək, iddianın təmin edilməsini və iddiaçılar X6 və Cavabdeh1 cavabdehlər Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə” dair iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və X2 nümayəndəsi və vəkili X16 məhkəmə iclasında göstərdi ki, Cavabdeh1 və X2 atası X4 xx xxxx 2013-cü ildə, babaları X5 isə xx xxxxxx 1998-ci ildə vəfat etmişlər. Onların ölüm faktını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Sumqayıt şəhəri, X18 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 45 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin Milli arxiv idarəsinin xx xxxxxx 2019-cu il tarixli, 655 saylı məktubu ilə iddiaçıların babası X1 xx xxxxxx 1959cu il tarixli sənədlə mülkiyətində olması öz təsdiqini tapmışdır. Sonradan onlara məlum olmuşdur ki, həmin əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********68-10301 reystr nömrəli çıxarışla İddiaçı tam mülkiyyətinə verilmişdir. İddiaçı babasına məxsus həmin əmlak İddiaçı tam mülkiyyətinə verilən zaman onların vərəsə kimi hüququ nəzərə alınmamış və xx xxxxxx 2019- cu il tarixli X19 müqaviləsi ilə X10, X11, X12, İddiaçı xeyrinə əmlak pay hüququndan imtina etmişlər. xx xxxxxx 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən babası X1 vərəsəsi kimi X10, X11, X12, İddiaçı müəyyən edilmiş, onların vərəsəlik hüququ müəyyən edilməmiş və bütün bu proseslərdən yeni xəbərləri olmuşdur. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin və digər sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir. Cavabdeh1 və X2 mərhum babalarının ölümündən sonra ona məxsus olan Sumqayıt şəhəri, X18 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 45 ünvanında yerləşən 0.06 kektar torpaq sahəsi, üzərində tikilmiş 109.4 kv m daşınmaz əmlak qalmışdır. Hazırda babası və atası vəfat etdiyindən qeyd olunan daşınmaz əmlaka digər vərəsələr kimi Cavabdeh1 və X2 da hüquqları nəzərə alınmalı idi. Qeyd olunanlara əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh3 qarşı «özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə» dair iddiasının rədd edilməsini və iddiaçılar X6 və Cavabdeh1 cavabdehlər Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə” dair iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh3 qarşı «özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə» dair iddia tələbi rədd, X6 və Cavabdeh1 cavabdehlər Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə” dair iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 109.4 ha olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci ildə ölmüş X1 vərəsəsi xx.xx.2014-cü il tarixdə ölmüş oğlu Xankişiyev Akif Əlikişi oğlunun vərəsələri arvadı - X7, qızı – X11, qızı – X12, oğlu – İddiaçı ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 109.4 ha olan fərdi yaşayış evindən və 0.06 ha torpaq sahəsindən hər birinə 1/4 hissədə pay almışlar. İş materiallarında olan xx.xx.2019-cu il tarixli X19 müqaviləsinin surətindən görünür ki, X7, X11 və X12 xx.xx.2019-cu il tarixli, 2V-1698 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras payını İddiaçı bağışlamışlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Xankişiyev Akif Əlikişi oğlu xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 109.4 ha olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan doğum haqqında çıxarışların notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 və Cavabdeh1 atası X4, anası isə Cavabdeh3dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 99-cu bəndinə görə vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd, mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd, mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd, mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutlardır. Həmin Məcəllənin 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, miras əmlakdan İddiaçı ilə yanaşı, digər vərəsələr X6 və Cavabdeh1da istifadə edir. İddiaçı iddia ərizəsində cavabdehlərin hətda miras əmlaka aid olan torpaq sahəsində tikililər inşa etdiklərini göstərmişdir. Belə olan halda mübahisəli miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəllənin 1300-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh3 qarşı «özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə» dair iddia tələbi rədd edilməli, X6 və Cavabdeh1 cavabdehlər Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə” dair iddia tələbi təmin edilərək, Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat ofisində xx xxxxxx 2019-cu il tarixdə, 2V-1698 № ilə reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında verilmiş Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli, **********68-10301 reyestr nömrəli çıxarış ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh3 qarşı «özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə» dair iddia tələbi rədd edilsin. X6 və Cavabdeh1 cavabdehlər Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə” dair iddia tələbi təmin edilsin. Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat ofisində xx xxxxxx 2019-cu il tarixdə, 2V-1698 № ilə reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və həmin şəhadətnamə əsasında verilmiş Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli, **********68-10301 reyestr nömrəli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-504/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-504/2021
23.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver