Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5045/2020 17.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X7, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 Cavabdeh qarşı “nikahın etibarsız sayılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Cavabdeh qarşı “nikahın etibarsız sayılması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Sumqayıt “Asan Xidmət” Mərkəzində qeydiyyata alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı ilə Cavabdeh arasında rəsmi nikah xx xxxxxx 2019-cu il tarixdə Sumqayıt Asan Xidmət mərkəzində qeydiyyata alınmışdır. Hələ nikaha girməmişdən əvvəl qeydiyyat şöbəsi tərəfindən tərəflər hər ikisi məcburi tibbi müayinəyə göndərilmişdir. Tərəflər məcburi tibbi müayyinə göndərilən zaman həmin göndərişdə 5 adda xəstəliklə bağlı müayinədən keçib cavabını gətirməli idilər. Belə də olmuşdur. Tərəflər hər ikisi müayinədən keçib göndərişdə qeyd olunan 5 adda xəstəliklə bağlı müsbət nəticələr olduğu arayışı qeydiyyat şöbəsinə təqdim edib, nikaha daxil olmaq üçün ərizə vermişlər. Bundan sonra tərəflər xx xxxxxx 2019-cu il tarixində nikaha girmiş, toydan sonra birgə yaşamağa başlamışlar. Onu da qeyd etmək istəyir ki, hələ toydan əvvəl iddiaçı cavabdehlə tez-tez görüşməmiş, onun sağlamlığı barəsində həkimlərin verdiyi arayışdan başqa heç nə bilməmiş, cavabdehin özü də iddiaçıya sağlamlığı haqqında heç nə deməmişdir. Eyni zamanda cavabdehin iddiaçının iş fəaliyyəti ilə bağlı müdürü olduğuna görə yarana biləcək hər hansısa söhbətin qarşısını almaq üçün cavabdehlə bir işçi-müdür münasibətini saxlamışdır. Nəhayət, bir evdə ərarvad kimi yaşadıqları zaman evlililikdən 2-3 həftə keçəndən sonra cavabdehin bədənində xəstəliyin olduğunu görmüşdür. Cavabdehin dərisində çoxlu yaralar var və getdikcə daha da şiddətlənir. Yaralar qanayırdı və sonra qabıq tutub tökülür. Hər gün iddiaçı yataq ağlarını dəyişir və cavabdehin paltarlarını tez-tez yumaq məcburiyyətində qalır. İddiaçı cavabdehin anasından soruşanda 25 yaşından «psoriaz» (pullu dəmirov) xəstəliyini tutduğunu və həmin xəstəliyin xroniki olduğunu demişdir. Cavabdehə bu xəstəliyi barədə niyə ona heç nə deməmisən deyə soruşanda, Cavabdeh əsəbləşib iddiaçının üstünə qışqırır və «Yalan demə, mən sənə demişdim» demişdir. Halbuki, iddiaçıya bu barədə heç bir məlumat verilməmişdir. Cavabdehin bədənində bu cür şiddətli, durmadan qanayan yaraların olduğu adamla belə qısa zamanda xəstəliyi bildiyi halda heç vaxt ailə qurmazdı. Hələ cinsəl patalogiyası olan adamla toy gecəsi yengə göndərilən bacısını da teztələsik anası evdən göndərmişdi. Bəlkə də, cavabdehin anasının məqsədi yataq ağında ola biləcək bu xəstəliklə bağlı ola biləcək görüntülərin üzə çıxmaması məqsədini güdmüşdür. Həmin gecə iddiaçı Cavabdeh hər hansı preparatdan və ya iynədən istifadə etdiyini düşünür. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini əsassız hesab edərək göstərdi ki, tərəflər xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olsalar da, onların toyu 10 gün öncə, yəni xx.xx.2019-cu il tarixdə olmuşdur. Ona görə də, iddiaçı cavabdehin bədənində olanları toy gecəsində görməsinə baxmayaraq, könüllü olaraq cavabdehlə nikaha daxil olmuşdur. Cavabdehin bədənində olan xəstəlik isə dəri-zöhrəvi xəstəliyi deyil. Bunu Bakı Baş Səhiyyə İdarəsi Bakı şəhəri 1 nömrəli Dəri Zöhrəvi Dispanseri tərəfindən verilmiş arayış da təsdiq edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində Cavabdeh ilə X8 arasında akt qeydləri kitabında 3804 nömrəli qeyd aparılmaqla rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 26.1.8-ci maddəsinə əsasən bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi Bakı şəhəri 1 nömrəli Dəri Zöhrəvi Dispanseri tərəfindən verilmiş 1078 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, 1982-ci il təvəllüdlü X4 xx.xx.2020-ci il tarixdə dispanserdə müayinədən keçmiş, MPR (-) neqativ, D-z: L-40 yayılmış psoriaz diaqnozu qoyulmuş, dispanserdə qeydiyyata götürülmüş və xəstəlik keçici deyil. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13.7-ci maddəsinə əsasən nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. İşin araşdırılan halları və iş materiallarına əsasən müəyyən edilmişdir ki, cavabdeh X2 dəri xəstəliyi var, lakin həmin xəstəlik keçici deyildir. Həmçinin iş materiallarına əlavə edilmiş toy fotoşəklinin üzərində yazılmış tarixdən aydın olur ki, tərəflər arasında toy məclisi xx.xx.2019-cu il tarixdə baş tutmuş, lakin rəsmi nikah xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Bununla da iddiaçı həmin 10 gün müddət ərzində cavabdehdə belə bir xəstəliyin olmasından xəbəri olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, X1 Cavabdeh qarşı “nikahın etibarsız sayılması tələbinə” dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1 Cavabdeh qarşı “nikahın etibarsız sayılması tələbinə” dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-5045/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5045/2020
17.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver