Məhkəmə qərarları › İş №2(060)-5069/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5069/2024

06.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5069/2024 06.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı tərəflər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsi və Sumqayıt Şəhər İcra Hakimiyyəti olmaqla hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X8 maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsi olmaqla hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt şəhəri, Sarağ bağlar massivi, B-3837 ünvanında yerləşən bağ torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-3160 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “X9” qeydinin ona, “X7” qeydinin isə anası X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3837 ünvanında yerləşən və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-3160 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında onun, atasının, anasının və qardaşının ümumi birgə mülkiyyəti kimi qeydiyyata alınmış torpaq sahəsinə dair reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsini xahiş etmişdir. Lakin “Daşınamaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin müraciətə verdiyi 14 may 2024-cü il tarixli, 3-21-3-31/2- 1715/2024 saylı cavabında JN-3160 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin ad və ata adlarında uyğunsuzluq aşkar olunduğu, şəhadətnamədə “X9,” şəxsiyyət vəsiqəsində isə “Ərizəçi”, eyni zamanda şəhadətnamədə “X7”, şəxsiyyət vəsiqəsində isə “X4” kimi qeyd edildiyi göstərilərək çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsindən imtina edilmişdir. Halbuki, yol verilmiş bu səhvlərə səbəb yaşayış yeri üzrə 1 saylı Mənzil-İstismar sahəsinin 2005-ci ildə verdiyi “ailə tərkibi haqqında” arayış olmuşdur ki, həmin arayışda o, səhvən “X9”, anası isə “X7” olaraq göstərilmişdir. Həmin arayış keçmiş Bağlar Təsərrüfatı İdarəsinə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim olunmuş və sənədləşmə də adı çəkilən təşkilatlar tərəfindən bu şəkildə həyata keçirilmişdir. Hal-hazırda o, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququna dair müvafiq hüquq müəyyənedici sənədi əldə etmək istəyir, lakin maraqlı şəxs sənədlərdə olan uyğunsuzluq səbəbindən hüququnun qeydiyyata alınmasından imtina edərək adlar arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. Göstərilənlərə əsasən sözügedən ərizə ilə məhkəməyə müraciət edərək JN-3160 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “X9” qeydinin ona, “X7” qeydinin isə anası X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmək məcburiyyətində qalmışdır. Ərizəçi X3 nümayəndəsi Nümayəndə sonradan ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, oğlu Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunmuş “X9” qeydinin Ərizəçi, “X10” qeydinin isə anası X1 məsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahişində həcmin azaldılmasını, yəni iddia ərizəsindən X1 aid olan hissəsin çıxarılmasını xahiş edir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4104/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən X4 tərəfindən ərizə ilə ayrılıqda müraciət olunmuş və ərizəyə baxılması digər hakimə həvalə olunmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti maraqlı tərəf qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən: Ərizəçi X3 nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ərizənin Ərizəçi ilə bağlı olan hissəsinə baxılmasını xahiş edir. Ərizənin digər hissəsi isə Sumqayıt Şəhər Məhkəməsinin digər hakimi olan Vəfa xanımın icraatındadır. Oğlunun adı Emin olmasına baxmayaraq, Elşən qeyd olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Sumqayıt 2 saylı Ərazi idarəsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin maraqlı şəxslər nümayəndələrinin iştirakını təmin etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şahid X2 izahatında bildirdi ki, Emin onun həm qrup yoldaşı, həm də dostudur. Ərizəçi hərbiçidir. 2006-cı il tarixdə Universitetə qəbul olunmuş, 2010-cu ildə bitirmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X15 izahatında bildirdi ki, Ərizəçi tanıyır, onun doğma xalası oğludur. Ailəlidir, iki qız övladı vardır. Özü də hərbiçidir, müharibə iştirakçısıdır və zabitdir. Mülki iş materiallarında olan: JN № 3160B Kod № 30800086 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə Nümayəndə və onun ailə üzvlərinə X10, X11 və X5 verilmişdir. Ona görə ki, Sumqayıt şəhəri, İH BT-nin məsələləri üzrə komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı və xx.xx.1999-cu il tarixli, 5503 nömrəli icra müqaviləsi ilə qərarın (sərəncamın) tarixi və nömrəsi 0.12 hektar ölçülü, Saray bağları ərazisində yerləşən və B-3387 nömrəli bağ sahəsi onun kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. Şəhadətnamə iki nüxsədən ibarət tərtib edilmiş və 3127 nömrə ilə kitabda qeydə alınmışdır. AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Azərbaycan Respublikası, Sumqayıt şəhərində xx.xx.1989-cu il tarixdə anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-1715/2024 nömrəli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə bildirişin məzmunundan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3837 ünvanında yerləşən, üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinə dair reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə baxılmışdır. Müraciət ilə əlaqədar bildirilmişdir ki, təqdim edilən sənədlərdə müəyyən uyğunsuzluqlar mövcuddur. Belə ki, şəhadətnamədə “X9”, şəxsiyyət vəsiqəsində isə “Ərizəçi” kimi, eyni zamanda şəhadətnamədə “X7”, şəxsiyyət vəsiqəsində isə “X4” kimi qeyd edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasında imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş MV seriyalı, 03169 nömrəli vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir (qərarın 6-cı bəndi). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquq müəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur (qərarın 6.1-ci bəndi). MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarından göründüyü kimi, ərizəçinin adı ona məxsus sənədlərdə “Ərizəçi” olmasına baxmayaraq, JN-3160B Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X9” kimi qeyd olunmuş və maraqlı tərəf “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədində adı göstərilən 4-cü mülkiyyətçinin adı ilə müraciətə əlavə edilən sənədlərdə göstərilən ad arasında uyğunsuzluq aşkar edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, sözügedən aktda ərizəçinin adı düzgün göstərilmədiyindən, həmin akt hüquqmüəyyənedici sənəd olduğundan, yeni sənədin verilməsindən dövlət orqanı tərəfindən imtina olunduğundan, həmin sənədlərin eyni şəxsə məxsus olmasının məhkəmədən kənar həllinin mümkün olmadığı işin araşdırılan hallarına əsasən öz təsdiqini tapdığından ərizə təmin edilməli, JN № 3160B Kod № 30800086 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. X13 Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN № 3160B Kod № 30800086 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar