Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5076/2020 15.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və qızı xx.xx.2008ci il təvəllüdlü X2 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/6 saylı evin 49 saylı mənzilinə olan yaşayış-istifadə hüquqlarının itirilmiş hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X6 iddia tələbini müdafiə edərək bildirdi ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/6 saylı evin 49 saylı mənzili xx.xx.1994-cü il tarixdən onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun doğma oğludur. Hal-hazırda mübahisəli mənzildə yaşamır. Sumqayıt şəhərində kirayədə yaşayır. Cavabdehin qeydiyyatda qalması səbəbindən, mənzillə bağlı hüquqlarını həyata keçirməyə çətinlik çəkir və əlavə kommunal xidmətlər ödəməyə məcbur olur. Əlavə olaraq bildirdi ki, Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxmağa razıdır. Yuxarıda qeyd etdiklərinə əsasən o, iddia tələbinin təmin olunmasını və Cavabdeh və qızı xx.xx.2008-ci il təvəllüdlü X2 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/6 saylı evin 49 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məlum olan axırıncı yaşayış yeri üzrə ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/6 saylı evin 49 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabında qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyatı haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışına əsasən, Cavabdeh və xx.xx.2008-ci il təvəllüdlü X1 şəhəri, 4-cü mikrorayon, 15/6 saylı evin 49 saylı mənzilində qeydiyyatdadırlar. Cavabdeh notarial qayda təsdiq olunmuş ərizəsinin məzmunundan görünür ki, Z.X4 Əskərovnaya məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/6 saylı evin 49 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsinə razıdır. Göründüyü kimi, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/6 saylı evin 49 saylı mənzili iddiaçı X3 mülkiyyətindədir. İddiaçının oğlu Cavabdeh həmin mənzildə qeydiyyatdadır. Hazırda Z.X4 Əskərovnaya məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/6 saylı evin 49 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsinə razıdır. Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5). Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/6 saylı evin 49 saylı mənzilindən qeydiyyatdan çıxmağa razı olduğunu bildirmiş, bununla da iddianı tam şəkildə qəbul etdiyini ifadə etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu hərəkəti qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, məhkəmə cavabdeh tərəfindən iddianın etiraf edilməsini təsdiq edir və hesab edir ki, Cavabdeh Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/6 saylı evin 49 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkmə iddia ərizəsinin məzmunu ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh və qızı xx.xx.2008-ci il təvəllüdlü X2 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/6 saylı evin 49 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh və qızı xx.xx.2008-ci il təvəllüdlü X2 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/6 saylı evin 49 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5076/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5076/2020
15.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver