Məhkəmə qərarları › İş №2(060)-5081/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5081/2025

28.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5081/2025 28.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi olmaqla attestasiya qərarının etibarsızlığı, əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: işə bərpa) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi olmaqla attestasiya qərarının etibarsızlığı, əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Attestasiya Komissiyasının 18.*3.2*25-ci il tarixli attestasiya vərəqəsinin etibarsız edilməsi, X1 İdarəsinin Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin *9.*4.2*25-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi iş buraxdığı dövrün əməkhaqqı (*9.*4.2*25-ci il tarixdən qətnamə qanuni qüvvəyə mindiyi tarixədək) məbləğinin cavabdeh Sumqayıt şəhər Səid Rüstəmov adına 3 saylı Uşaq İncəsənət Məktəbindən tutularaq iddiaçıya ödənilməsi dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-ci Sumqayıt şəhərində doğulmuşdur. Orta təhsilini Sumqayıt şəhər 12 saylı tam orta məktəbdə 2**5-ci il tarixdə başa vurmuş, həmin ili Sumqayıt şəhər Soltan Hacıbəyov adına Musiqi Texnikomuna (hazırkı Musiqi Kolleci) daxil olmuşdur. 2**9-cu il tarixdə kolleci bitirmiş, 2*1*-ci il tarixdən Sumqayıt şəhər Seyid Rüstəmov adına 3 saylı Uşaq İncəsənət Məktəbində fortopiano müəllimi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. İşlədiyi dövr ərzində dövlət tədbirlərində fəal iştirakına görə İcra Hakimiyyəti tərəfindən bir neçə dəfə “təşəkkürnamə” almışdır. Bundan əlavə məktəbin daxili tədbirlərinin təşklində fəal iştirak etmiş və aparıcı rol almışdır. 18.*3.2*25-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Sumqayıt şəhər Seyid Rüstəmov adına 3 saylı Uşaq İncəsənət Məktəbinin fortopiano şöbəsində təşkil edilmiş sertifikasiya imtahanı zamanı ifasını icra edərkən həyəcanlanmış, ifasını yaxşı icra edə bilməmişdir. Belə ki, həmin gün yazın gəlişi ilə əlaqədar axırıncı çərşənbə qeyd edildiyindən ətrafda olan səs-küy ifasını diqqətli şəkildə ifa etməyinə mane olmuş və diqqəti yayındığından nəticə yaxşı olmamışdır. Bundan sonra ifasını təkrar icra etməyini xahiş etmiş və xahişi nəzərə alınaraq ifasını təkrar icra etmişdir. Təkrar ifa zamanı İncəsənət Universitetinin direktoru, Konservatoriyanın rektoru, Xoreoqrafiya Aakademiyasının rektoru və bir neçə səlahiyyətli şəxslər iştirak etmiş, ifası məmnuniyyətlə qarşılanaraq, nəticənin nıüsbət olduğu və imtahandan keçdiyi bildirilmişdir. Lakin imtahandan 1 həftə sonra öyrənmişdir ki, təkrar ifanın nəticələri ləğv olunaraq, birinci ifası nəzərə alınmış və imtahandan kəsilmiş hesab edilmişdir. Bundan sonra *9.*4.2*25-ci il tarixli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi əsas alınaraq əmək fəaliyyətinə xitam verilmişdir. Bununla əlaqdar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət edərək, imtahan nəticələrindən narazı olduğunu, hər iki imtahan nəticələrinin ləğv edilib yenidən imtahan təşkil edilməsini xahiş etsə də, heç bir nəticə verməmiş, nəticə ilə əlaqədar məhkəməyə müraciət hüququnun olduğu bildirilmişdir. Bununla bağlı 11.*6.2*25-ci il tarixdə mediasiya şurasına müraciət edərək mediator X7 *1.*7.2*25 il tarixdə təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, mediasiya sessiyasına gəlməmişdir. Qanunda nəzərdə tutulmuş məcburi mediasiya üçün 5* manat məbləğində mediasiya xərci onun tərəfindən ödənilmişdir. Bunun nəticəsi olaraq mediator tərəfindən MŞS/MT*3*/2*25-*1126 nömrəlili, *1.*7.2*25-ci il tarixli “ilkin mediasiya sessiyasmda iştirak edilməməsi barədə arayış” verilmişdir. Ona görə də məhkəməyə mtiraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd olunanlara əsasən, işdən çıxarılmağını tamamilə qanunsuz və əsassız hesab edir. Buna görə də hazırkı iddia ərizəsilə məhkəməyə müraciət edir.

b) iddiaya etiraz

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, ona iki dəfə attestasiya vərəqəsi təqdim edilmişdir. Hesab edir ki, ikinci nəticəsi etibarlı hesab edilməlidir. İddiaçı qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddia tələbi tam əsaslıdır. İmtahan günü bayram gününə təsadüf etdiyindən ətrafda yaranmış səs-küy iddiaçının əsərini ifa etməsinə və sualları cavablandırmasına mane olmuşdur. Bununla əlaqədar iddiaçı irad bildirmiş, ikinci dəfə onunla imtahan keçirilməsini xahiş etmiş, onun xahişi nəzərə alınmışdır. Həmin vaxt iddiaçı əsəri normal şəkildə ifa etmiş və ona 3 lehinə, 2 əleyhinə olmaqla səs verilmişdir. Buna baxmayaraq onun ikinci deyil, birinci imtahan zamanı ifası əsas götürülmüşdür. İkinci imtahanla bağlı videoçəkiliş olsa da, məhkəməyə disk təqdim edilməmişdir. Təqdim edilmiş disklər birinci imtahana aiddir. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Nümayəndə iddia tələbinə dair izahat verərək bildirdi ki, ilk dəfədir ki, bu cür halla rastlaşır. Belə ki, ümumiyyətlə, iki imtahanın keçirilməsi qanunsuzdur. Bir nəticə qəbul edilir və hər müəllimə bir dəfə şərait yaradılır. Onun iddia müddətinin tətbiqi barədə ərizəsini geri götürmə səbəbi elə keçirilən 2-ci imtahan olmuşdur. Attestasiya isə tam şəffaf şəkildə, əmək məcəlləsinin qaydalarına uyğun olaraq keçirilmişdir. Attestasiyada 3***-ə yaxın müəllim iştirak etmişdir. Hətta çox inandıqları, yaxşı müəllimlər də öz üzərlərində işləmədiklərinə görə kəsilmişlər. İmtahan mart ayının 18-də keçirilmişdir. Qurumdan bildirilən vaxtda da müəllimlərin işinə xitam verilmişdir. Qeyd edir ki, imtahan ifa və müsahibə şəklində keçirilir. Üzdən oxu, qamma və nəzəri suallar hamısı müəllimin ixtisasına uyğun olmuş, qərəzli suallar verilməmişdir. İmtahanın təşkilinə gəldikdə videoçəkilişdən də görünür ki, səs-küy var. Müəllimənin ifasına gəldikdə qüsurlar olsa da, bu qüsurlara ciddi qüsur demək olmazdı. Bununla yanaşı hesab edir ki, ifa zamanı iddiaçıya 5-ci barmaqla bağlı tutulan nöqsan qüsur kimi qəbul oluna bilməz, bu iddiaçının yox, onu öyrətmiş müəllimin səhvidir. İddiaçının cəlb edildiyi 2-ci imtahanın videosunun əldə edilməsinə məhkəmə tərəfindən cəhd edilsə də, qurum rəsmi olaraq belə bir görüntü təqdim etməmişdir. Olmuş olsa belə, iddiaçının ilk ifasının nəzərə alınması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını və ədalətli qərar çıxarılmasını xahiş etdi.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, iddiaçının imtahan zamanı cavabları normal olmuşdur. Lakin komissiyanın digər üzvlərini qane etməmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçının cavabları onu qane etdiyi üçün müsbət rəy vermişdir. O, səsvermədə şəxsi iradəsini ifadə etmiş və heç kim onu məcbur etməmişdir. İddiaçı ilə ikinci dəfə imtahan prosesi aparılmış, bu zaman nəticə daha yaxşı olmuşdur. İkinci dəfə 3 lehinə, 2 əleyhinə səs verilmişdir. İkinci imtahanla bağlı videogörüntü yəqin ki olmuşdur. O, ikinci attestasiya vərəqəsinə də qol çəkmişdir. Lakin məktəbə birinci vərəqə təqdim edilmişdir.

9. 16.1*.2*25-ci il tarixli məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin fortepiano ixtisası üzrə müəllimi X3 rəyini məhkəməyə təqdim edərək bildirmişdir ki, attestasiyada müəllimə verilən suallar tam proqram çərçivəsindədir. Müəllim qamma ilə ifasını başlayanda götürdüyü tempə görə etdiyi səhvlər kobudcasına dayandırılmışdır. Əsər ifası zamanı iddiaçı ritmik səhvlərə yol vermişdir. Üzdən oxu zamanı qoyulan əsəri zəif təhlil etmişdir. Ümumi verilən suallarda çətinlik olmamışdır. 1-ci sinifdən başlayaraq istifadə olunan mövzular olmuşdur. Yalnız müəllimin bacarıqları və verdiyi cavabları nəzərə alınsa 3 əleyhinə, 2 lehinə kəsilib təlimlərdə iştirak edərək biliklərini təkmilləşdirmə şansı verilə bilərdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, komissiya üzvlərində qərəz müşahidə etməmişdir. Lakin müəllim ilk ifaya başlayan zaman ona irad tutularaq dayandırılması onda həyəcan yarada bilərdi. Səs-küyə gəldikdə o hesab edir ki, onlar musiqiçidir və səhnə alırlar. Bu zaman tamaşaçılar arasında kimsə asqıra, öskürə və ya səs sala bilər ki, bu onların ifasına təsir etməməlidir. İddiaçıya verilən sol diyez minor, melodik növ qamması barədə sual yeddiillik musiqi məktəbinin proqramına uyğun deyil. Lakin iddiaçı həmin vaxt bunu komissiya üzvlərinə bildirməli idi. İddiaçıya təqdim edilmiş üzdən oxu əsəri isə gündəlik istifadə olunan əsərdir. 1*. 16.1*.2*25-ci il tarixli məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş Sumqayıt Musiqi Kollecinin fortepiano ixtisası üzrə müəllimi X8 rəyini məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı bir çox suallara cavab verə bilməmiş, sadə musiqi terminlərinə cavab verməkdə çətinlik çəkmişdir. Haydn və Bethovenin sonatalarının arasındakı fərqi bilməmişdir. İddiaçının çox həyəcanlı olduğu da hiss olunurdu və bəlkə də bu suallara cavab verə bilməməsinə təsir etmişdir. İddiaçının həyəcanı o anda başlamışdır ki, komissiya çıxışın lap əvvəlində onu saxlamış və hazırlaşdığı kimi sona qədər çalmağa imkan verməmişdir. Komissiya üzvləri dayandırıb qammanı daha ağır ifa etməyini demişlər. Komissiya üzvlərinin belə etmələrinin səbəbi ona aydın deyil. Əslində onlar iddiaçı tez çalırdısa belə, davam etməsinə mane olmamalı idilər. Bu müdaxilədən sonra iddiaçı özünü itirmiş, sanki artıq pis başladığını düşünmüşdür. Komissiya tərəfindən verilən sol diyez minor, melodik növ qamması barədə sual isə ümumiyyətlə yeddiillik musiqi məktəbinin proqramına uyğun deyildi və bundan sonra cavablarında tamamilə qarışıqlıq yaranmışdır. Mühitlə bağlı bildirir ki, imtahan şəraiti sakit olmalıdır, ancaq müəllim işini bilirsə, hər zaman ifanı düzgün edə bilər.

11. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə, sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

12. *34616 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 15.*9.2*1*-cu il tarixli, 15 nömrəli əmrlə Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinə fortepiano ixtisas üzrə işləməyə təyin edilmiş və *9.*4.2*25-ci il tarixli, 7* nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

13. Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin Attestasiya komissiyasının 18.*3.2*25-ci il tarixli attestasiya vərəqəsindən görünür ki, Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar: İştirakçı ilk öncə öz istəyinə uyğun olaraq “Si major” və “Sol diyez minor” qammalarını ifa etdi. Daha sonra Haydn “Sol major” sonatasını ifa etdi. İfa zamanı ciddi ritmik qüsurlar müşahidə edildi. Sonatanın birinci hissəsini natamam ifa etdi. Üzdən oxu üzrə T.Quliyev - Marş “Cəmilənin albomu” məcmuəsindən not təqdim edildi. Üzdən oxu bacarıqları çox zəifdir. Üzdən oxu üzrə verilən tapşırığı ifa edə bilmədi. Haydn və Bethoven sonatalarının fərqi nədir sualına cavab vermədi. Enharmonik bərabərlik hansı qammalardan başlayır sualına cavab verə bilmədi. Si majorun enharmonik barəbərliyi hansıdır sualına cavab verə bilmədi. Punktir ritm nə deməkdir suaılna cavab verə bilmədi. Applekatura nə deməkdir sualına cavab verdi. İfa etdiyiniz sonatada hansı ştrixləri göstərə bilərsiz sualına cavab verə bilmədi. Hansı ştrixləri ümumiyyətlə tanıyırsız sualına cavab verə bilmədi. Musiqi çalarları (nüyansları) hansılardır sualına cavab verə bilmədi. Forte və piano hansı işarələrdir sualına cavab verə bilmədi. Ritanuto, lento, largo nə deməkdir sualına düzgün cavab verdi. Tez templər hansılardır sualına qismən cavab verdi. Attestasiya komissiyasının vərəqəsi attestasiya komissiyasının sədri X4, attestasiya komissiyasının üzvləri X9, X5, X6 və Şahid tərəfindən imzalanmış, İddiaçı attestasiya vərəqəsi ilə tanış olmuş və imza etmişdir.

14. X1 İdarəsi Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin *9 aprel 2*25-ci il tarixli, 7* nömrəli əmrindən görünür ki, Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı *9 aprel 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı qanunvericiliyə uyğun olaraq son haqq-hesabının ödənilməsinin təmin edilməsi, əmrin surətinin aidiyyəti üzrə çatdırılmasının təmin edilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin Attestasiya komissıyasının 18.*3.2*25-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və 18.*3.2*25-cı il tarixli, *1 nömrəli protokoludur.

15. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə *1.*7.2*25-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası üçün 5* manat məbləğində mediasiya xərci və 1* manat kargüzarlıq xərci X15 tərəfindən ödənilmişdir.

16. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 14.11.2*25-ci il tarixli, 3-24/2- 372*/*8-*4/2*25 saylı məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Bağırova (Ağayeva) Sara Vaqif qızının cavabdeh Sumqayıt şəhər S.Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı “işə bərpa” tələbinə dair iddiası üzrə mülki iş ilə əlaqədar yaranmış zərurətlə əlaqədar iddiaçının 2*25-ci il 18 mart tarixində (1 gün) keçirilmiş attestasiyası zamanı çəkilmiş videogörüntü 2*25-ci il 9 oktyabr tarixli, 3-24/2-3279/*8-*4/2*25 nömrəli məktubla təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddənin 2-ci hissəsinə uyğun olaraq hər bir işçi üç ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin 1 (bir) ildə ikinci dəfə attestasiyadan keçirilməsinə yol verilmir.

b) tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 65.

1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.

7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyə edə bilər. Maddə 67.

1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.

2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Maddə 7*. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; Maddə 288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; Maddə 3**.

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2**1-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları: 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. 2.4. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. Bununla belə, attestasiya komissiyası müvafiq tövsiyələrinin səbəblərini göstərir. 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur. İşçinin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır. 3.1. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir. 3.2. Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir. 3.3. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 3* təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

c) məhkəmə baxışının hədləri

2*. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

21. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir.

22. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 15.*9.2*1*-cu il tarixli, 15 nömrəli əmrlə Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinə fortepiano ixtisas üzrə qəbul olmuş, 18.*3.2*25-ci il tarixdə keçirilən attestasiyada iştirak etmiş, nəticələrə əsasən tutduğu vəzifəyə uyğun olmaması barədə rəy verilmiş, bu əsasla *9.*4.2*25-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir.

23. Cavabdeh Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Nümayəndə 29.*8.2*25-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən iddia müddətini tətbiq etməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin sonradan cavabdeh bu mövqeyindən imtina etdiyi üçün onun əvvəlki mövqeyi hüquqi nəticə yaratmır. Məhkəmə işə tərəflərin sonuncu rəsmi mövqeləri çərçivəsində baxır.

24. İddia tələbinin “attestasiya komissiyasının qərarının etibarsız hesab edilməsi” hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir:

25. Məhkəmə ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyasının keçiriləcəyi barədə 2*24-cü ilin dekabrında mediada məlumat verilmiş, musiqi və incəsənət məktəbləri müəllimlərinin peşə bacarıqlarının qiymətləndirilməsi ilə bağlı dekabrın 1*-da Sumqayıt şəhərindəki “Kimyaçı” Mədəniyyət Sarayında məlumatlandırma sessiyası keçirilmiş, attestasiya prosesinə 2*25ci ilin *3 fevral tarixində başlanılması nəzərdə tutulmuşdur (https://medeniyyet.info.az/page/news/77159/.html).

26. İddiaçı 18.*3.2*25-ci ildə attestasiya prosesinə cəlb olunmuş, imtahana hazırlaşması üçün kifayət qədər, bir aydan daha çox zamanı olmuşdur ki, bu da işçilərin attestasiyasının keçirilməsi qaydalarına tam uyğundur.

27. İddiaçı ərizəsində ətrafda səs-küy olduğundan ifasını yaxşı icra edə bilmədiyinə, nəticəsinin yaxşı olmadığına, ikinci dəfə attestasiyaya cəlb edildiyinə, təkrar ifası və nəticəsinin yaxşı olduğuna istinad etdiyindən onun barəsində keçirilmiş attestasiyanın audio-video qeydiyyatını özündə əks etdirən görüntülər məhkəmə tərəfindən sorğu ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən əldə edilmiş, məhkəmə tərəfindən həmin görüntü nümayiş etdirilmiş və müəyyən edilmişdir ki, Attestasiya Komissiyasının qərarının etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur.

28. Belə ki, həmin audio-video yazıdan görünür ki, iddiaçı sualları aşağıdakı şəkildə cavablamışdır:

1. Komissiya üzvü – qammanı ifa edin: İddiaçı – Si major və Sol diyez minor qammalarını ifa etdi. İfa zamanı ritmik qüsurlar müşahidə edildi.

2. Komissiya üzvü – şagirdlərə qammaları öyrədərkən əllər və barmaq quruluşunu necə izah edirsiz,: İddiaçı – suala cavab verdi.

3. Komissiya üzvü – əsərinizi ifa edin: İddiaçı – Haydnın “Sol major” sonatasını ifa etdi. İfa zamanı ritmik qüsurlar müşahidə edildi. Sonatanın birinci hissəsini natamam ifa etdi və ikinci hissəni düzgün təqdim edə bilmədi. Bununla bağlı komissiya irad bildirdi.

4. Komissiya üzvü – üzdən oxu üzrə T.Quliyev - Marş “Cəmilənin albomu” məcmuəsindən not təqdim edildi. İddiaçı – təqdim edilən əsəri çox zəif ifa etdi.

5. Komissiya üzvü – əsərinizi təhlil edin: İddiaçı – təhlil edə bilmədi.

6. Komissiya üzvü – Haydn və Bethoven sonatalarının fərqi nədir? İddiaçı – cavab verə bilmədi.

7. Komissiya üzvü – Enharmonik bərabərlik hansı qammalardan başlayır? İddiaçı – cavab verə bilmədi.

8. Komissiya üzvü – Si majorun enharmonik barəbərliyi hansıdır? İddiaçı – cavab verə bilmədi.

9. Komissiya üzvü – Punktir ritm nə deməkdir? İddiaçı – cavab verə bilmədi. 1*. Komissiya üzvü – Applekatura nə deməkdir? İddiaçı – suala düzgün cavab verdi.

11. Komissiya üzvü – İfa etdiyiniz sonatada hansı ştrixləri göstərə bilərsiz? İddiaçı – cavab verə bilmədi.

12. Komissiya üzvü – Hansı ştrixləri ümumiyyətlə tanıyırsız? İddiaçı – cavab verə bilmədi.

13. Komissiya üzvü – Musiqi çalarları hansılardır? İddiaçı – cavab verə bilmədi.

14. Komissiya üzvü – Forte və piano hansı işarələrdir? İddiaçı – cavab verə bilmədi.

15. Komissiya üzvü – Ritanuto, lento, largo nə deməkdir? İddiaçı – suala düzgün cavab verdi.

16. Komissiya üzvü – Tez templər hansılardır? İddiaçı – suala qismən cavab verdi.

29. Məhkəmə attestasiya vərəqəsində iddiaçı barəsində attestasiyanın nəticələrini əks etdirən qeydlərlə attestasiyanın audio-video yazısını müqayisə edərkən müəyyən etmişdir ki, iddiaçının verilən sualları cavablandırmasının nəticələri attestasiya vərəqəsində düzgün qeyd edilmişdir. Belə ki, iddiaçının cavabladığı suallar attestasiya vərəqəsində “cavab verdi”, cavablandıra bilmədiyi suallar isə “cavab verə bilmədi” kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı attestasiya zamanı ona ünvanlanmış sualların mütləq əksəriyyətinə ya cavab verə bilməmiş, ya qismən cavab vermiş və ya səhv cavab vermişdir. 3*. Bundan başqa iddiaçı özü də iddia ərizəsində ifasını yaxşı icra edə bilmədiyini və nəticəsinin yaxşı olmadığını etiraf etmişdir.

31. Lakin iddiaçı onun həmin gün yenidən attestasiyaya cəlb olunduğunu, ifasının və nəticəsinin yaxşı olduğuna istinad etmişdir. Bu halların araşdırılması ilə bağlı attestasiyanı təşkil edən orqana rəsmi sorğu ünvanlanmış, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sorğuya rəsmi cavab vermiş və Əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin bir ildə ikinci dəfə attestasiyadan keçirilməsinə yol verilmədiyini bildirmişdir.

32. Məhkəmə bu arqumenti hüquqi cəhətdən tamamilə əsassız hesab edir və qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 97 saylı Qərarı və Əmək Məcəlləsinin 65-ci maddəsi attestasiya proseduru üçün ciddi çərçivə müəyyən edir. Qanunvericilikdə “yerində təkrar yoxlama” və ya “qeyri-rəsmi ikinci şans” anlayışı mövcud deyil. Attestasiya komissiyası inzibati orqan səlahiyyətlərinə malik qurum kimi yalnız qanunla ona verilmiş səlahiyyətlər çərçivəsində hərəkət edə bilər.

33. İddiaçı tərəfindən təqdim edilmiş fotoya gəldikdə həmin şəkil iddiaçının həqiqətən də 18.*3.2*25-ci il tarixdə attestasiyaya cəlb edildiyini təsdiq edir. Lakin həqiqətən də onun həmin gün cəlb olunduğu ikinci imtahan olduğunu, həmin imtahanda yüksək nəticə göstərdiyini və attestasiyadan uğurla keçdiyini deməyə əsas vermir.

34. İddiaçının iddia etdiyi “ikinci dinləmə” faktiki olaraq baş tutmuş olsa belə (hansı ki hazırda bunu təsdiq edən rəsmi sənəd mövcud deyil), bu hərəkət hüquqi qüvvəyə malik deyil. Komissiya üzvlərinin fərdi qaydada işçini təkrar dinləməsi rəsmi attestasiya aktı deyil, prosedurdan kənar bir davranışdır. Yəni, qanunsuz keçirilən “ikinci” imtahanın nəticəsi, hətta müsbət olsa belə, hüquqi nəticə doğura bilməz. Əmək qanunvericiliyi də işçinin ildə bir dəfədən çox attestasiyadan keçirilməsini imperativ şəkildə qadağan edir. İddiaçının tələbi faktiki olaraq qanunun imperativ normasını pozur ki, bu da yolverilməzdir.

35. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

36. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2**7-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə *6 mart 2**8-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.

37. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

38. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 1*6.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

39. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2*16-cı il 23 fevral tarixli Qərar). 4*. Göründüyü kimi sübutetmə yükünü daşımasına baxmayaraq, iddiaçı istinad etdiyi hallarla bağlı məhkəməyə sübut təqdim etməmiş, yəni sübutetmə vəzifəsinin öhdəsindən gəlməmişdir. Sübutetmə nəzəriyyəsinə görə sübut edilməyən fakt mövcud olmayan fakt hesab olunur.

41. Məhkəmə iddiaçının “həyəcanlanması” və ya “səs-küy olması” dəlillərinə münasibətdə qeyd edir ki, həmin hallar 15 il iş təcrübəsinə malik peşəkar pedaqoji fəaliyyətlə məşğul olan şəxs üçün üzürlü səbəb hesab edilə bilməz. İxtisaslı musiqi müəllimi istənilən mühitdə baza nəzəri biliklərini nümayiş etdirmək iqtidarında olmalıdır.

42. Beləliklə, məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.*5.2**1-ci il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilmişdir.

43. Məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq nəzəri suallar verilmiş, həmçinin fortepianoda ifa etməsi bildirilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar və əsərlərin ifa olunması komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. Məhkəmə iclasında keçirilmiş attestasiyanın videogörüntüsünə baxış keçirilərkən də attestasiya vərəqəsində qeyd olunanlar öz təsdiqini tapmışdır.

44. Odur ki, iddiaçının istinad etdiyi hallar attestasiyanın qanunsuz keçirilməsinə və iddiaçıya qarşı qərəzli münasibət göstərilməsinə əsas vermədiyindən məhkəmə hesab edir ki, attestasiya komissiyasının qərarının etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir.

45. Məhkəmə iddia tələbinin “əmrin ləğvi və işə bərpa” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, işdən göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Həmin normanın məzmununa əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilir. Hazırkı işdə attestasiya komissiyası məhz belə bir səlahiyyətli orqandır və onun qərarı qanuni olmaqla qüvvədədir. İddiaçı sözügedən attestasiya komissiyanın qərarı ilə tutduğu vəzifəyə uyğun hesab edilməmiş və nəticə etibarilə məhz bu əsasla da onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sözügedən attestasiya komissiyasının qərarı məhkəmə tərəfindən etibarsız hesab edilmədiyindən həmin qərar əsasında işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi də qanunvericiliyin tələblərinə uyğundur.

46. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, bu tələb törəmə tələb olmaqla, bilavasitə işə bərpa tələbinin təmin edilib-edilməməsindən asılıdır. İddiaçının işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.

47. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi olmaqla attestasiya qərarının etibarsızlığı, əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi rədd edilməlidir.

48. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. “Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu”nun 9.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 5*. İddiaçı məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olunmuş, lakin tərəfindən 5* manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, ödənilmiş rüsum dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.

Nəticə hissəsi:

51. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-22*, 227, 233, 358, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdeh Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi olmaqla attestasiya qərarının etibarsızlığı, əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. 15.*7.2*25-ci il tarixli, 1837*29237 saylı qəbz əsasında ödənilmiş 5* manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Dövlət rüsumunun geri qaytarılması hissəsində qətnamənin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X2 İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar