Məhkəmə qərarları › İş №2(060)-5084/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5084/2021

27.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5084/2021 27.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1941-ci ildə doğulmuş, 19.11.2020-ci il tarixdə vəfat etmiş X8 onun bibisi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1960-cı il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuşdur. Qərbi Azərbaycandan məcburi köçkündür. Hal-hazırda Balakən rayonunun Qullar kəndində yaşayır. Onun atası 1936-cı ildə Ermənistan SSR Quqaşyan rayonu Əzizbəyov kəndində anadan olmuş X5 olmuşdur. Onun atasının 1941-ci ildə doğulmuş Mahmuyeva (İsgəndərova) İpək Əlləz qızı adında bir bacısı olmuşdur. Onların başqa bacı qardaşı olmamışdır. X20 1964-cü ildə Balakən rayonu Qullar kənd sakini X3 ilə qeyri-rəsmi nikahla evlənmiş və Qullar kəndinə köçmüşdür. Onların nikahı 16.01.1973-cü il tarixdə 06 sayla Balakən rayon VVAQ şöbəsində rəsmiləşdirilmişdir. Bibisinin 29.12.1972-ci ildə doğulmuş X6 adında bir qızı olmuşdur. O, 17 may 1992-ci il tarixdə avtoqəza nəticəsində vəfat etmişdir. Bibisinin əri X3 19 dekabr 1978-ci il tarixdə, bibisi X13 isə 19.11.2020-ci il tarixdə vəfat etmişdir. Bibisi İpək vəfatına qədər 25.05.2013-cü il tarixdə özünə məxsus bütün əmlakını ona vəsiyyət etmişdir. Bibisinin ölümündən sonra fərdi yaşayış evi, həyətyanı sahə və pay torpaq sahəsi ondan miras olaraq qalmışdır. Həmin miras əmlaka hal-hazırda o, sahiblik və idarə edir. Bibisi İpəkdən miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı Balakən rayon Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Orada ondan bibisi İpəyin doğum şəhadətnaməsi tələb olunmuşdur. Lakin bibisinə məxsus şəhadətnamə aşkar olunmadığından Notariat Kontorunda ona vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Belə ki, bibisi İpək Mahmuyeva ilə onun qohumluq münasibətlərində olma faktını təsdiq edən sənədlər Notariat Ofisinə təqdim olunmalıdır. İpək Mahmuyeva 1941-ci ildə Ermənistan SSRİ-də doğulduğundan onun doğumu barədə Azərbaycan Respublikasının müvafiq orqanlarında hər hansı bir qeydiyyat yoxdur. X1 onun bibisi olması faktının müəyyən edilməsi ərizəsində qeyd etdiyi səbəbdən onun üçün vacibdir və göstərilən tələblə məhkəməyə müraciət edir. Bibisi vəfat etdikdən sonra onun dəfn mərasimini o, təşkil etmişdir, dəfn xərclərini özü çəkmişdir. Məhkəmə iclasında ərizəçi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Balakən rayon Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmədə şahid X9 ifadə verərək bildirdi ki, o, Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuşdur, fərdi əməklə məşğuldur. ünvan 1 ünvanında yaşayır. Ərizəçi onun bibisi oğludur. Yavərlə qohum kimi ailəvi gəliş-gedişləri olmuşdur. X13 2020ci ildə vəfat etmişdir, onun qohumlarını tanımır. Mərhum İpəyin bacı-qardaşı yoxdur. Məhkəmədə şahid X17 ifadə verərək bildirdi ki, o, Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuşdur, fərdi əməklə məşğuldur. Yavərlə bir kənddəndir. Kənddə olan zaman mərhum İpəyi görmüşdür. Belə ki, o, yay fəslində qardaşıgilə qonaq gəlirdi. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Balakən rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi 14.04.2021-ci il tarixli, 338 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum bibisi X8 evində yaşayır. - Balakən rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi 09.03.2021-ci il tarixli, 214 nömrəli arayışdan görünür ki, X2 1973-cü ildən Qullar kəndində yaşamış, 19.11.2020-ci il tarixdə Qullar kəndində vəfat etmiş, Qullar kənd qəbiristanlığında dəfn edilmişdir. - Azərbaycan Respublikası Balakən rayonu İcra Hakimiyyəti Qullar kənd iznibati ərazi dairəsinin verdiyi 14.04.2021-ci il tarixli, 337 nömrəli arayışdan görünür ki, X2 vəfat etdiyi 19.11.2020-ci il tarixdə Balakən rayon Qullar kəndində daimi qeydiyyatda olmuş və Ərizəçi onun vərəsəsi olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanlanmış 11.12.2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi həmin orqana təqdim etdiyi sənədlərdə bibisi X8 doğum haqqında şəhadətnaməsi olmadığından onun ərizəçinin bibisi olması faktı öz əksini tapmır. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. - Balakən Regional “Asan xidmət” qeydiyyat şöbəsinin verdiyi 24 noyabr 2020-ci il tarixli 118995 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 19.11.2020-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin Ərizəçi ünvanlanmış 18.12.2020-ci il tarixli, 142 №-li məktubundan görünür ki, Balakən rayonu Dövlət Arxivində mühafizə olunan VVAQ Şöbəsinin 26 may 1935- 08 dekabr 1941-ci illərə aid (Qullar kəndi) doğum haqqında aktların qeyd kitabında X8 doğumu haqqında qeydiyyat aparılmamışdır. - Azərbaycan Respublikası Qaçqınlar Cəmiyyəti İctimai Birliyinin verdiyi 09.04.2021ci il tarixli, 075 №-li arayışdan görünür ki, Ərizəçi Ermənistan Respublikasının Amasiya rayonu, Əzizbəyov kəndindən gəlmiş və hazırda ünvan 5 ünvanında yaşayır. O, həqiqətən qaçqındır, məcburi köçkündür, evi və əmlakı məhv edilmişdir. - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. - Balakən rayon qeydiyyat şöbəsinin verdiyi 09.03.2021-ci il tarixli, 262 №-li arayışdan görünür ki, X4 19.12.1978-ci ildə Balakən rayon Qullar kəndində ölmüşdür. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 10.11.1936-cı ildə Ermənistan SSR, Quqasyan rayonu, Əzizbəyov kəndində anadan olmuşdur. - Azərbaycan Respublikası Balakən rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi 25.05.2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, X2 ona məxsus olan 0.15 ha həyətyanı sahəni, həmin həyətyanı sahədə tikilən evini, digər tikililəri qardaşı oğlu Ərizəçi vəsiyyət etmişdir. Həmçinin digər vərəsələrini isə vərəsəlik hüququndan məhrum etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xüsusi notariusu G.Ə.İsmayılova tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 22.04.2021-ci il tarixli, 501 №-li məktubundan görünür ki, 05.05.2021-ci il tarixli məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. - Balakən rayon qeydiyyat şöbəsinin verdiyi 03 iyul 2021-ci il tarixli 135610 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 17.05.1992-ci il tarixdə vəfat etmişdir. - Balakən rayon qeydiyyat şöbəsinin verdiyi 22.04.2021-ci il tarixli, 381 №-li arayışdan görünür ki, X3 ilə X10 arasında 16.01.1973-cü il il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 06 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Mahmuyeva soyadı verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 1941-ci ildə doğulmuş, 19.11.2020-ci il tarixdə vəfat etmiş X13 ərizəçinin bibisidir. X2 25.05.2013-cü il tarixdə ona məxsus olan 0.15 ha həyətyanı sahəni, həmin həyətyanı sahədə tikilən evini, digər tikililəri qardaşı oğlu Ərizəçi vəsiyyət etmişdir. Həmçinin digər vərəsələrini isə vərəsəlik hüququndan məhrum etmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Faktın təsdiqi ərizəçiyə miras payı almaq üçün lazımdır. İpək Mahmuyevanın əvvəlki növbə vərəsələrinin olması iş materialları ilə təsdiqini tapmır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2-ci bəndindən görünür ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin Qərarın 2.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, 1941-ci ildə Ermənistan Respublikasında anadan olmuş və 19.11.2020-ci il tarixdə Balakən rayonu, Qullar kəndində vəfat etmiş X8 Ərizəçi bibisi olması faktı məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla təsdiq olunduğundan, ərizəçinin həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 19.11.2020-ci il tarixdə vəfat etmiş X8 Ərizəçi bibisi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar