Məhkəmə qərarları › İş №2(060)-5088/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5088/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5088/2022 21.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, qardaşı Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə haqlarının ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 may 2016-cı il tarixli icarə müqaviləsinə əsasən 01 iyun 2018-ci il tarixdən 10 may 2020-ci tarixədək dövr üzrə icarə haqqları borcu olan 3500 manat məbləğ, iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olan 55 manat olmaqla, cəmi 3555 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 47C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi iddiaçıdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 10 may 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 47C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 42 kv.metrlik hissəsi aylıq icarə haqqı 150 manat olmaqla 10 may 2019-cu il tarixə qədər cavabdehə icarəyə verilmişdir. Həmin müqavilənin 3-cü bəndinin mənasına görə müqavilənin bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürmədikləri üçün icarə müddəti daha bir il müddətinə, yəni 10 may 2020-ci il tarixə qədər uzadılmışdır. Qeyri-yaşayış sahəsinin 42 kv.metrlik hissəsində cavabdeh təndir fəaliyyəti ilə məşğul olmuşdur. Lakin cavabdeh təndirdə işlərin zəif olduğu və digər müxtəlif bəhanələrlə icarə haqqlarını ödəməkdən yayınırdı. 10 may 2020-ci il tarixdə cavabdeh sözügedən qeyri-yaşayış sahəsini tərk etmişdir. Bundan sonra mübahisənin məhkəmədən kənar yolla həll edilməsi üçün cavabdehlə aparılan danışıqların heç bir faydası olmamışdır. Qeyri-yaşayış sahəsinin qeyd edilən hissəsində 01 iyun 2018-ci il tarixdən 10 may 2020-ci tarixə olan dövr üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməyən icarə haqqının məbləği 3500 manat təşkil edir və həmin 3500 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1991-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 47C ünvanında yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 47C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 42 kvm-lik hissəsi iddiaçı tərəfindən cavabdehə icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2019-cu ilədk müəyyən edilmişdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən müqavilənin müddətinin bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürmədikləri üçün icarə müddəti daha bir il müddətinə uzaldılmış hesab edilir. “Azəriqaz” İstehsalat Birliyinə göndərilmiş vəkil sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla qazpaylayıcı ilə sənaye qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi iddiaçının nümayəndəsinə göndərilmişdir. Qeyd edilən sənəddən görünür ki, cavabdehlə “Azəriqaz” İstehsalat Birliyi arasında xx.xx.2019-cü il tarixində Bakı şəhəri, Xətai rayonu, 36/60 da yerləşən qeyri-yaşayış sahəsinin qaz təchizatı ilə bağlı müqavilə bağlanmışdır. İddiaçı tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda Bakı şəhəri, Xətai rayonu, 36/60 ünvanının ünvan 3ir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inventar aktında iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ünvanı ünvanının ünvan 4n Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (700.1.). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (700.2.). Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (700.3.). Mülki Məcəllədə həmçinin göstərilir ki, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir (684.1.). Göründüyü kimi tərəflər arasında icarə müqaviləsi bağlanmış və iddiaçı müqavilədə nəzərdə tutulmuş Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 47C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 42 kv.metrlik hissəsini cavabdehin istifadəsinə vermişdir. Cavabdeh isə müqaviləyə əsasən öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və icarə haqqını lazımi qaydada ödəməmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və iddiaçıya xx.xx.2016-cı il tarixli icarə müqaviləsi üzrə 3500 manat məbləğində borcu qalmışdır. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının dəlillərini təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bununla bağlı izahat verməmişdir. MPM-də göstərilmişdir ki, İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (106.1.). Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (106.2.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, icarə haqqı ismində ödənilməyən 3500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 55 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən 3500 (üç min beş yüz) manat məbləğində borc və ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar