Məhkəmə qərarları › İş №2(060)-5094/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5094/2021

27.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5094/2021 27.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçi nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxslər 2 saylı Ərazi Vergilər İdarəsinə və "xxxx" Kiçik müəssisəsinə qarşı hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 27 iyul 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, hüquq müəyyənedici sənədlərin - "xxxx" Kiçik müəssisəsinin nizamnaməsi və təsis müqaviləsinin Ərizəçi həyat yoldaşı mərhum X16 aid olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o 17 aprel 1986-cı il tarixdə X20 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Həyat yoldaşı X20 14 sentyabr 2005-ci il tarixində vəfat etmişdir. Bu haqda 15 sentyabr 2005-ci il tarixində 2025 nömrə ilə ölüm haqqında akt qeydi tərtib edilmişdir. X2, X17 və X20 tərəfindən təsis edilmiş “Lətafət" Kiçik müəssisəsi 18 fevral 1998-ci il tarixində 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Ərizəçi həyat yoldaşı X13 vərəsəsi olduğundan o vəfat etdikdən sonra "xxxx" Kiçik müəssisəsi ilə bağlı onun hüquqlarını həyata keçirməyə çalışmışdır. "xxxx" Kiçik müəssisəsinin təsis sənədlərində həyat yoldaşı mərhum X13 adı X6 qeyd edilmişdir. X3 məxsus bütün sənədlərdə onun adı X7 qeyd edilmişdir. Bununla bağlı 2 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək “Lətafət" X12 Reyestr çıxarışında 3-cü təsisçi X14 adının səhv olmasını, düzəliş edilərək adının X20 yazılmasını xahiş etmiş, lakin buna cavab olaraq 2 saylı Ərazi Vergilər İdarəsindən bildirilmişdir ki, "xxxx" Kiçik müəssisəsinin nizamnaməsində və təsis müqaviləsində müəssisənin X1, X17 və X18r. Göründüyü kimi "xxxx" Kiçik müəssisəsinin nizamnaməsində və təsis müqaviləsində "X21"nun "X20” olmasını təsdiq edilə bilmədiyindən faktın müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Bu fakt başqa cür təsdiq edilə bilmədiyindən bu faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, bu fakt məhkəmə ilə müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxslər 2 saylı Ərazi Vergilər İdarəsinə və "xxxx" Kiçik müəssisəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZ seriyalı, 264941 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X20 25.09.1962-ci il tarixdə anadan olmuşdur. X10, anası X15r. İş materiallarında olan İV-JQ seriyalı, 292229 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X20 ilə X8 17 aprel 1986-cı ildə nikaha daxil olmuşlar, bu barədə nikahın akt qeydləri kitabında 421 saylı qeyd edilmişdir. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan ölüm haqqında 15.09.2005-ci il tarixli 1816 saylı arayışdan görünür ki, 25.09.1962-ci il təvəllüdlü X20 14.09.2005-ci il tarixdə etil spirtindən zəhərlənmə səbəbi ilə ölmüşdür. İş materiallarında olan PP AZE seriyalı P1770348 saylı pasportun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 25.09.1962-ci il təvəllüdlü X16 09.08.2005-ci il tarixdə pasport verilmişdir. İşdə olan AR Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən 31.05.2019-cu il tarixli Çıxarışdan görünür ki, "xxxx" Kiçik Müəssisəsi 18.02.1998-ci il tarixdə qeydə alınmışdır. X1 - 1 pay, X19 – 1 pay və X9r – 1 pay. İşdə olan AR Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən 18.03.2021-ci il tarixli Çıxarışdan görünür ki, "xxxx" Kiçik Müəssisəsi 18.02.1998-ci il tarixdə qeydə alınmışdır. X1 - 1 pay, X29 ğlu – 1 pay və X9r – 1 pay. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Ərizəçi xx.xx.1965-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, "xxxx" Kiçik Müəssisəsinin direktoru X2 ərizə ilə 2 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək "xxxx" X12 Reyestrindən çıxarışda X14 adını düzəldib X20 yazılmasını xahiş etmişdir. 2 saylı Ərazi Vergilər İdarəsi "xxxx" Kiçik Müəssisəsinə həmin müəssisənin nizamnaməsi və təsis müqaviləsində müəssisənin təsisçilərinin X2, X21 və X17 olduğunu bildirmişdir. İşdə olan "xxxx" Kiçik Müəssisəsinin 27.01.1992-ci il tarixli İV-JQ seriyalı 682275 saylı nizamnaməsindən görünür ki, müəssisənin təsisçiləri Əbdüləzimov A.X., Əliyev V.İ və Qasımov N.N adlı şəxslərdir. İş materiallarında olan "xxxx" Kiçik Müəssisəsinin 27.01.1992-ci il tarixli təsis müqaviləsindən görünür ki, həmin müəssisənin X1, X21 və X9r. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi X20 ilə nikaha daxil olmuş, V.Əliyev vəfat edənə kimi onların nikahlarına xitam verilməmişdir. X20 "xxxx" Kiçik Müəssisəsinin təsisçilərindən biri olmuşdur. Lakin "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsində və təsis müqaviləsində onun ata adı səhvən “İmaş” kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsinin və təsis müqaviləsinin X16 məxsus olması işdə olan sənədlərlə təsdiq olunur. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsinin və təsis müqaviləsinin Ərizəçi həyat yoldaşı mərhum X16 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. "xxxx" Kiçik Müəssisəsinin 27.01.1992-ci il tarixli İV-JQ seriyalı 682275 saylı nizamnaməsinin və 27.01.1992-ci il tarixli təsis müqaviləsinin Ərizəçi həyat yoldaşı mərhum X16 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar