Məhkəmə qərarları › İş №2(060)-5095/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5095/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5095/2020 13.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi» barədə iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı «kredit borcunun ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, SULMB-4671 saylı kredit müqaviləsi üzrə 3181,22 manat əsas borcun, 184,6 manat faiz borcu, cəmi 3365,82 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh məxsus girov qoyulmuş qızıl-zinət əşyalarına (sep- 1 ədəd, çəkisi 16,1 qr, əyarı 500; qolbaq- 1 ədəd,çəkisi – 8,7 qr, əyarı - 583, üzük- 1 ədəd, çəkisi- 2,8 qr, əyarı 583, qarnitur- 2 ədəd, çəkisi – 51,5 qr, əyarı 583, cəmi 79,1qr) yönəldilməsi, həmin əşyaların hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, SULMB-4671 saylı kredit müqaviləsi üzrə cəmi 3365,82 manat borcun və 30 manat dövlət rüsumunun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, SULMB-4671 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdehə 18 ay müddətinə illik 30% ödəmək şərti ilə 3400 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2020-ci il tarixli, SULMB-4671 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit müqaviləsi üzrə ödənişləri tam və vaxtında ödəməyi öhdəsinə götürsə də öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu öhdəliklərini icra etməkdən qərəzli olaraq yayınmışdır. Nəticədə cavabdehin 3181,22 manat əsas borcu, 184,6 manat mələğində faiz borcu, cəmi 3365,82 manat borcu yaranmışdır. Kredit müqaviləsinin təminatı olaraq cavabdehə məxsus qızıl-zinət əşyaları xx.xx.2020-ci il tarixli SULMB-4671 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2020ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Sumqayıt” filialına saxlanca verilmiş və bunlardan ibarətdir: sep- 1 ədəd, çəkisi 16,1 qr, əyarı 500; qolbaq- 1 ədəd, çəkisi – 8,7qr, əyarı -583, üzük- 1 ədəd, çəkisi- 2,8qr, əyarı 583, qarnitur- 2 ədəd, çəkisi – 51,5qr, əyarı 583, cəmi 79,1 qr. Tərəflər arasında bağlanmış girov müqaviləsinə əsasən, borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə girov saxlayanın girov predmetinə ödəniş yönəltmək hüququ vardır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan işə baxılıb, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan tərəflər arasında bağlanılmış xx xxxxxx 2020ci il tarixli, SULMB-4671 saylı Kredit müqaviləsindən görünür ki, Bank Cavabdeh illik 30 % olmaqla, 18 ay müddətinə 3400 manat məbləğində kredit verməyi, borc alan həmin krediti qəbul etməyi, məqsədinə uyğun istifadə etməyi, ona hesablanmış faizləri, digər ödənişləri müqavilənin şərtlərinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə Banka əsas borcu 3181,22 manat, faiz borcu 184,6 manat, ümumilikdə borcu 3365,82 manat təşkil edir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 445, 448, 739-cu maddələrinə istinadən qiymət verərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, SULMB-4671 saylı saxlanc girovu haqqında müqavilədən görünür ki, Bank ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, SULMB-4671 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tərəflər arasında həmin girov müqaviləsi bağlanılmış, girov predmetini- qızıl-zinət əşyaları təşkil edir, girov qoyulan əşyaların dəyəri 5060,02 manat qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən 1 ədəd 500 əyarlı 16,1qram çəkidə sep, 1 ədəd 583 əyarlı 8,7qram çəkidə qolbaq, 1 ədəd 583 əyarlı 2,8qram çəkidə üzük, 2 ədəd 583 əyarlı 51,5qram çəkidə qarnitur girov qoymuşdur. Həmin qızıl-zinət əşyalarının ümumi dəyəri 5060,02 manat qiymətləndirilmiş və Bankın kassasına təhvil verilmişdir. Mülki Məcəllənin 269, 301, 295, 297, 298-ci maddələrinə əsasən məhkəmə tutmanın girov ilə yüklü edilmiş qızı-zinət əşyalarına yönəldilməsi barədə tələbi qanunun tələblərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3181,22 manat əsas borc, 184,6 manat faiz borcu, cəmi 3365,82 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı ASC-nin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh məxsus olan qızıl-zinət əşyalarına (1 ədəd 500 əyarlı 16,1qram çəkidə sep, 1 ədəd 583 əyarlı 8,7qram çəkidə qolbaq, 1 ədəd 583 əyarlı 2,8qram çəkidə üzük, 2 ədəd 583 əyarlı 51,5 qram çəkidə qarnitur) yönəldilməli, həmin qızıl-zinət əşyaları açıq hərracdan satılmalı, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış qızıl-zinət əşyalarının hesabına ödənilməli, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə iddianın «girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi» hissəsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan məsələ qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası zamanı «İcra haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həll edilən bir məsələ olduğundan həmin hissədə iddia təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3181,22 manat əsas borc, 184,6 manat faiz borcu, cəmi 3365,82 (üç min üç yüz altmış beş manat səksən iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh məxsus olan qızıl-zinət əşyalarına (1 ədəd 500 əyarlı 16,1qram çəkidə sep, 1 ədəd 583 əyarlı 8,7qram çəkidə qolbaq, 1 ədəd 583 əyarlı 2,8qram çəkidə üzük, 2 ədəd 583 əyarlı 51,5 qram çəkidə qarnitur) yönəldilsin. Həmin qızıl-zinət əşyaları açıq hərracdan satılsın. Hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış qızıl-zinət əşyalarının hesabına ödənilsin. İddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Suqmayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar