Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5100/2020 09.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi Sumqayıt şəhər qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: Ərizəçi Əhmədov X1 şəhər qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun doğum faktı müəyyən edilməklə təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi məhkəməyə qədər doğum haqqında şəhadətnamənin təkrar əldə edilməsi ilə bağlı müvafiq səlahiyyətli quruma müraciət etməmiş, doğumun qeyd edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 153.1.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən hesab edirəm ki, ərizəni qəbul etməkdən imtina edilməli, ərizəçiyə təkrar doğum şəhadətnaməsinin əldə edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi, müvafiq səlahiyyətli qurum imtina etdiyi halda məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, qərara aldı : Ərizəçi Sumqayıt şəhər qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsini qəbul etməkdən imtina edilsin, ərizə və əlavə edilmiş sənədlər birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5100/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5100/2020
09.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver