Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5108/2020 09.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «mənzildən pasport qeydiyyatından çıxarılma» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «mənzildən pasport qeydiyyatından çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Sumqayıt şəhəri, 13-cü mkr, 1 saylı evin 34 saylı mənzilindən pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsini icraata qəbul etməkdən imtina olunmalıdır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» xx xxxxx 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, habelə qeyd edilən Qanunun tətbiqi haqqında Əsasnamənin 10-cu bəndinə görə şəxsi yaşayış yeri üzrə qeydiyyatdan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı çıxarır. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli, 244 saylı Fərmanın 2.2-ci bəndinə əsasən qeyd edilən Qanunun 9-cu maddəsində nəzərdə tutulan «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirirlər. Göründüyü kimi, şəxsi qeydiyyatdan çıxarmaq səlahiyyəti müvafiq icra hakimiyyəti orqanına aid olmaqla, məhkəmə belə bir səlahiyyətə malik deyil. Odur ki, iddiaçı cavabdehlərin qeydiyyatdan çıxarılması üçün müvafiq X1 və Şəxsiyyət Vəsiqələri şöbəsinə müraciət etməlidir. Əgər şöbə cavabdehləri qeydiyyatdan çıxarmaqdan imtina edərsə, iddiaçı isə bu imtinanı qanunsuz sayarsa, bu halda o, həmin orqanın hərəkətini mübahisələndirməklə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati qaydada və (və ya) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yol verilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «mənzildən pasport qeydiyyatından çıxarılma» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində X2 şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5108/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5108/2020
09.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver