Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-511/2024 31.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt edilmiş torpağın boşaldılması tələbi” barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Sumqayıt Bələdiyyəsi Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt edilmiş torpağın boşaldılması tələbi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Novxanı bağları ərazisində, Sahil küçəsində yerləşən bələdiyyə mülkiyyətinə aid zəbt edilmiş torpağ sahəsinin boşaldılması, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş qeyri-yaşayış obyektinin (“Təndir” adlanan) cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin Cavabdeh hesabına əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ancaq məhkəmə araşdırmaları başa çatana qədər mübahisə predmeti üzrə yaranmış problemlər tərəflər arasında əldə olunmuş qarşılıqlı razılaşma əsasında aradan qalxdığından məhkəmə araşdırmalarına artıq ehtiyac qalmamışdır. Bu səbəbdən hesab edirlər ki, yaranmış mübahisə məhkəmədən kənar qaydada həll olunduğundan, iddia ərizəsinin geri qaytarılması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmədən xahiş etmişlər ki, Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması tələbinə dair“ iddia ərizəsinin geri qaytarılaraq Sumqayıt şəhər Məhkəməsinin icraatında olan müvafiq iş üzrə iddia baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən ərizə təmin edilməlidir. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndində müəyyən olunur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. X4 Qanunun 9.1.4-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt edilmiş torpağın boşaldılması tələbi”nə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-511/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-511/2024
31.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver