Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5122/2020 13.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı Sumqayıt şəhər icra Hakimiyyətinin Mənzil Kommunal X2 nümayəndəsi X3, Üçüncü şəxs X6 iştirakı ilə İddiaçı Sumqayıt şəhər icra Hakimiyyətinin Mənzil Kommunal X2 Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sumqayıt şəhər icra Hakimiyyətinin Mənzil Kommunal X5 Cavabdeh, üçüncü şəxs X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müaciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 41ci məhəllə, yataqxana 4, 86 saylı otağa istifadə hüququna xitam verilməklə pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 4, 86 saylı otağa istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Sumqayıt şəhər icra Hakimiyyətinin Mənzil Kommunal X2 nümayəndəsi X10 iddia tələbini müdafiə edərək bildirdi ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 4, otaq 86, 2003-cü ildə “Sintez Kauçuk” X7 tərəfindən X8 verilmişdir. Mənzildə özü, həyat yoldaşı və qızı qeydiyyatda olub. Hal-hazırda həyat yoldaşı vəfat etdiyi üçün mənzildə tək yaşayır. Sözügedən yataqxana Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 153 saylı sərəncamı ilə xx.xx.2010-cu ildə MKTİB-nin balansına verilmişdir. X1 qeydiyyatda olmuş və 2010-cu ildə ailə quraraq Türkiyə Respublikasına getmişdir. Həmin vaxtdan bu günə qədər onun anası ilə heç bir əlaqəsi olmamış və hansı şəhərdə yaşayıb-yaşamaması barədə məlumatı yoxdur. Artıq 10 ildir ki, Cavabdeh sözügedən mənzildə yaşamır, onun əvəzinə V.Ağayeva kommunal xidmətləri ödəyir. Lakin, o xəstə olduğuna görə ona bacısı qulluq edir. İşləmir və maddi vəziyyəti ağırdır. Hal-hazırda kommunal xidmətləri ödəyə bilmir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını və Cavabdeh Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 4, 86 saylı otağa istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 bildirdi ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 4, 86 saylı otağı 17 ildən çoxdur ki, onun istifadəsindədir. Cavabdeh onun qızıdır. O, 2010-cu ildə ailə quraraq mənzili tərk etmiş, Türkiyə Respublikasına getmişdir. Lakin o hal-hazırki vaxtadək həmin ünvandan qeydiyyatdan çıxmamışdır. Bu isə onun əlavə kommunal xərclər ödəməsinə səbəb olur. Hazırda yoldaşı da vəfat etmişdir. Maddi vəziyyəti ağırdır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdeh məlum olan axırıncı yaşayış yeri üzrə ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də, bildiriş onun həmin ünvanda yaşamaması barədə qeyd yazılaraq, məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarına əlavə edilmiş xx.xx.2010-ci il tarixli əmrin surətindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2010-cu il tarixli 153 saylı sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2010-cu il tarixli 263s nömrəli qərarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərkimya” İstehsalat Birliyinin zavodlarının balansında olan 26 yataqxana və 9 yaşayış – cəmi 35 bina Birliyin balansına verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 12 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2020-ci il tarixli, 572 nömrəli arayışından görünür ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 4, 86 saylı otaq X8 verilmişdir. Otaqda Cavabdeh da qeydiyyatdadır. İşdə olan “Sintez Kauçuk” X7 tərəfindən xx.xx.1992-ci il tarixli 33 saylı protokol qərarına əsasən Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 4, 86 saylı otaq xx.xx.2003-cü ildə X6 istifadəsinə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 12 saylı Mənzil Kommunal Sahəsinin sahə ustası V.Məmmədova, qonşular: M.Məhərrəmova, X.Məhərrəmova və M.Qənbərova tərəfindən tərtib edilmiş aktdan görünür ki, həmin şəxslər Cavabdeh 2012-ci ildən Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 4, otaq 86 ünvanında yaşamadığını öz imzaları ilə təsdiqləmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Ağayeva X4 şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 4, otaq 86 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 4, 86 saylı otaq iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin balansındadır. Cavabdeh 2012-ci il tarixdən üçüncü şəxs X6 istifadəsində olan mənzili daimi əsaslarla tərk edib başqa ünvana köçmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının balansında olan mənzilə istifadə hüququnun qalması hal-hazırda orada yaşayan X6 mənzillə bağlı hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 4, 86 saylı otağa istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 4, 86 saylı otağa istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5122/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5122/2020
13.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver