Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5144/2021 24.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmentinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmentinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2014-cü il 25 noyabr tarixli kredit müqaviləsi üzrə banka 37.213,81 ABŞ dolları əsas, 47.296,43 ABŞ dolları faiz, 5.714,51 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 90.224,75 ABŞ dolları borcu məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 2 saylı evin 32 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 2 saylı evin 32 saylı mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən, 2 saylı evin 32 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2014-cü il 25 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “12 saylı” filialından illik 25%-lə 60 ay müddətinə 40.700 ABŞ dolları məbləğində kredit götürmüşdür. 08 aprel 2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 25 noyabr 2021-ci il tarixədək müəyyən edilir. Borcun təminatı olaraq X1 mülkiyyətindəki Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən, 2 saylı evin 32 saylı mənzili 2014-cü il 25 noyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariat qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 25 noyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il mayın 05-dək Cavabdeh1 2014-cü il 25 noyabr tarixli kredit müqaviləsi üzrə banka 37.213,81 ABŞ dolları əsas, 47.296,43 ABŞ dolları faiz, 5.714,51 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 90.224,75 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. 26.07.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, eyni zamanda ipoteka predmeti olan evin qiyməti müqavilədə göstəriləndən xeyli miqdardan yüksək məbləğdədir. Buna görə də hesab edir ki, həmin evin yenidən qiymətləndirilməsinə ehtiyac vardır, odur ki, məhkəmə tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmalıdır. 20.09.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 göstərdi ki, ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsi nəticəsində verilmiş ekspert rəyi ilə razı deyildir, həmçinin hesab edir ki, borc məbləği düzgün hesablanmamışdır, onun tərəfindən ödənilmiş ödənişlərin hamısı iddiaçı tərəfindən nəzərə alınmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarına əlavə edilmiş: "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 noyabr 2014-cü il tarixli 24-G- 1-0-842-14 saylı kredit müqaviləsindən görünür ki, kreditor borcalana 60 ay müddətinə illik 25 faiz ödənilməsi şərti ilə 40.700 ABŞ dolları məbləğində kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. 25 noyabr 2014-cü il tarixli 24-G-1-0-842-14 saylı kredit müqaviləsinə 08.04.2015-ci il tarixli Əlavədən görünür ki, kreditin bağlanma müddəti 84 ay, 25.11.2021-ci il tarix müəyyən edilmişdir. 05.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 37.213,81 ABŞ dolları əsas, 47.296,43 ABŞ dolları faiz, 5.714,51 ABŞ dolları cərimə borcu vardır. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edlimişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739, 462-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 5.714,51 ABŞ dolları məbləğində dəbbə pulu azaldılaraq 300 ABŞ dolları məbləğində müəyyən edilməlidir. "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 25 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsi və 08.04.2015-ci il tarixli Əlavədən görünür ki, 25 noyabr 2014-cü il tarixli 24-G-1-0-842-14 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 2 saylı evin 32 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 2 saylı evin 32 saylı mənzilinə dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 101 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində, 26.11.2014-cü il tarixdə qeydə alınmışdır. 11.09.2021-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. 19 saylı MİS-nin arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Sumqayıt şəhəri, 18-ci mikrorayon, 2 saylı evin 32 saylı mənzilində qeydiyyatdadırlar. Məhkəmə Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. "xxxx" MMC-nin ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 2 saylı evin 32 saylı mənzilinin satış (likvid) dəyəri 100.000 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat və bildirişin DƏDRX-də qeydə alınması üçün 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 37.213,81 ABŞ dolları əsas, 47.296,43 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 84.810,24 ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) borc İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 2 saylı evin 32 saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 100.000 manat müəyyən edilməli, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməli, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 alınaraq İddiaçı ASC-nə ödənilməli, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 çıxarılmalı və mənzil boşaldılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi və ipoteka predmetinin alıcıya təhvil verilməsi dair tələbini əsassız hesab edir. Məhkəmənin qənaətincə qeyd olunan məsələ qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası zamanı «İcra haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həll edilən bir məsələ olduğundan həmin hissədə iddia təmin edilməməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun mnat 4,20 manat (6%) iddiaçıya aid edilməli, 65,80 manat (94%) Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 06 manat iddiaçıdan, 94 manat Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilsin. Cavabdeh1 37.213,81 ABŞ dolları əsas, 47.296,43 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 84.810,24 (səksən dörd min səkkiz yüz on ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 65,80 (altmış beş manat səksən qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 2 saylı evin 32 saylı mənzilinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın, ipoteka predmetinin ilkin satış qiyməti 100.000 (bir yüz min) manat müəyyən edilsin, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilsin, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 alınaraq İddiaçı ASC-nə ödənilsin, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 çıxarılsınlar və mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 06 (altı) manat İddiaçı ASC-dən, 94 (doxsan dörd) manat Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, H/h: AZ66AİİB**********3905478109, Kapital Bank ASC-in Nərimanov filialı, Kod: 200093, VÖEN: **********, S.W.İ.F.T. AİİBAZ2X, M/h: AZ37NABZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5144/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5144/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver