Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5151/2021 22.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Yelo Bank" ASC-nin xeyrinə 20 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə banka 43.858,08 manat əsas, 390,71 manat faiz, 30,79 manat cərimə borcu olmaqla cəmi 44.279,58 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 19-cu məhəllə, bina 13/17 B-də (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Azərbaycan prospekti, 174B) yerləşən, 118.2 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin qeyri-yaşayış sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC- nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 19-cu məhəllə, bina 13/17 B-də (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Azərbaycan prospekti, 174B) yerləşən, 118.2 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh ilə İddiaçı ASC arasında balanmış 20 dekabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci il 20 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “Sumqayıt" filialından illik 20%-lə 60 ay müddətinə 60.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Sumqayıt şəhəri, 19-cu məhəllə, bina 13/17 B-də (Yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Azərbaycan prospekti, 174B) yerləşən, 118.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sashəsi 2018-ci il 20 dekabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariat qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2018-ci il 20 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0,1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci ii mayın 5-dək Cavabdeh 2018-ci il 20 dekabr tarixli kredit müqaviləsi üzrə banka 43,858,08 manat əsas, 390,71 manat faiz, 30,79 manat cərimə borcu olmaqla ümumilikdə 44.279,58 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanılmış 20 dekabr 2018-ci il tarixli, 4- BİZG-1-0-13-18 saylı Kredit müqaviləsinə əsasən kreditverən kreditalana 60 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 60000 AZN məbləğində kredit verməyi, kreditalan isə həmin kredit müqaviləsi üzrə borcu və ona əlavə olunmuş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. 05.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın banka olan əsas borcu 43858,08 manat, faiz borc 390,71 manat, cərimə 30,79 manat, cəmi borc 44279,58 manat təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanılmış 20 dekabr 2018-ci il tarixli, 4- BİZG-1-0-13-18 (İ) saylı ipoteka müqaviləsinə əsasən, 20 dekabr 2018-ci il tarixli Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus Sumqayıt şəhəri, 19-cu məhəllə, b.13/17B (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Azərbaycan prospekti, 174B) ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 90.000 manat məbləğində qiymətləndirilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, 19-cu məhəllə, b.13/17B (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Azərbaycan prospekti, 174B) ünvanına dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 8 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində, 24.12.2018-ci il tarixdə qeydə alınmışdır. 29.04.2021-ci il tarixli KBD-6872 saylı ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. Məhkəmə Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. "xxxx" MMC-nin ekspert rəyindən görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, 19-cu məhəllə, b.13/17B (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Azərbaycan prospekti, 174B satış (likvid) dəyəri 95.000 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat və bildirişin DƏDRX-də qeydə alınması üçün 10 manat dövlət rüsumu, 120 manat xidmət haqqı ödəmişdir. İş materiallarından həmçinin görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 20 dekabr 2018-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdeh Cavabdeh “Yelo Bank" ASC-nin xeyrinə 2018-ci il 20 dekabr tarixli kredit müqaviləsi üzrə 43.858,08 manat əsas, 390,71 manat faiz, 30,79 manat cərimə borcu, cəmi 44.279,58 manat borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq cəmi 160 manat tutulmalı, tələb Cavabdeh məxsus Sumqayıt şəhəri, 19-cu məhəllə, b 13/17B (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Azərbaycan prospekti, 174B) saylı qeyri yaşayış sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 95.000 manat müəyyən edilməli, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməli, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalıdır. İpoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin qeyriyaşayış sahəsindən Cavabdeh çıxarılmalı və qeyri-yaşayış sahəsi boşaldılmalıdır. İpoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh alınaraq “Yelo Bank" ASC-nə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə cavabdehin ipoteka predmeti olan əmlaka istifadə hüquqlarının itirilməsi və əmlakın Banka təhvil verilməsinə dair tələbini əsassız hesab edir. Məhkəmənin qənaətincə qeyd olunan məsələ qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası zamanı «İcra haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həll edilən bir məsələ olduğundan həmin hissədə iddia təmin edilməməlidir. Mülki iş üzrə aparılmış məhkəmə–əmtəəşünaslıq tədqiqatının dəyərinin əvəzi olaraq 200 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 20 dekabr 2018-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh Cavabdeh “Yelo Bank" ASC-nin xeyrinə 2018-ci il 20 dekabr tarixli kredit müqaviləsi üzrə 43.858,08 manat əsas, 390,71 manat faiz, 30,79 manat cərimə borcu, cəmi 44.279,58 (qırx dörd min iki yüz yetmiş doqquz manat əlli səkkiz qəpik) manat borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq cəmi 160 (bir yüz altmış) manat tutulsun. Tələb Cavabdeh məxsus Sumqayıt şəhəri, 19-cu məhəllə, bina 13/17B (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Azərbaycan prospekti, 174B) saylı qeyri yaşayış sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın, ipoteka predmetinin ilkin satış qiyməti 95.000 (doxsan beş min) manat müəyyən edilsin, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilsin. İddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. İpoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin qeyri-yaşayış sahəsindən Cavabdeh çıxarılsın və qeyri-yaşayış sahəsi boşaldılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh alınaraq “Yelo Bank" ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mülki iş üzrə aparılmış məhkəmə–əmtəəşünaslıq tədqiqatının dəyərinin əvəzi olaraq 200 (iki yüz) manat Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5151/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5151/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver