Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5158/2021 27.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçi Əhmədova (Eminova) Tamilə Mahmud qızının iştirakı ilə, Ərizəçi Əhmədova (Eminova) Tamilə Mahmud qızının maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə 27 iyul 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Əhmədova (Eminova) Tamilə Mahmud qızı maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum faktı müəyyən edilməklə , təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, onun 17 yanvar 1954-cü ildə Ermənistan Respublikası Quqark rayonunda doğulması faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında X14, ana qrafasında X4 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Əhmədova (Eminova) Tamilə Mahmud qızı məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, o, 17 yanvar 1954-cü il tarixdə Ermənistan Respublikası Quqark rayonunda anadan olmuşdur. X3 18 aprel 2000-ci il tarixdə "kəskin ürək damar çatışmamazlığı”ndan vəfat etmişdir. X2 06 dekabr 2008-ci il tarixdə "kəskin ürək damar çatışmamazlığı”ndan vəfat etmişdir. O, 23 oktyabr 1973-cü il tarixdə X7 ilə rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra ona “Əhmədova" soyadı verilmişdir. Həyat yoldaşı X7 1997-ci il tarixdə vəfat etmişdir. Lakin o, doğum haqqında şəhadətnaməsini itirmişdir. Ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsindən ona məktubla bildirilmişdir ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər AR Ədliyyə Nazirliyinin Sumqayıt şəhər qeydiyyat şöbəsinin arxivində olmadığına görə, yenidən doğum haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etmək lazımdır. Ərizəçi onu da bildirdi ki, doğum faktının təsdiq edilməsi, yəni doğum haqqında şəhadətnamə alması ona bacısından qalan mənzili vərəsəlik qaydasında ala bilməsi üçün lazımdır. Yuxarıda göstərdiklərinə əsasən, o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X5 bildirdi ki, Əhmədova (Eminova) Tamilə Mahmud qızı onun bibisi qızıdır. Tamilə Əhmədovanın 17 yanvar 1954-cü ildə Ermənistan Respublikası Quqark rayonunda doğulmasını təsdiq edə bilər. Belə ki, onun özü də Ermənistan Respublikasında doğulmuşdur. Lakin onlar başqa başqa kəndlərdə yaşamışdır. Sonradan məlum hadisələrlə bağlı Azərbaycana köçmüşlər. Tamilənin atası Mahmud, anası isə Əminədir. Bildiyinə görə Tamilə doğum haqqında şəhadətnaməsini itirib, ona görə də məhkəməyə müraciət edib. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZE seriyalı, 07976560 nömrəli şəxsiyyət vəsiqəsinin surətindın görünür ki, X9 17.01.1954-cü ildə Ermənistan Respublikası, Quqark rayonunda doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 27 aprel 2021-ci il tarixli, 05/Q-1026/15 saylı məktubu ilə X6 itmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu tədqirdə ölən şəxsin qanuni vərəsəsi onun doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, kifayət qədər əsas olmazsa, qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. AZ-İ nömrəli, 063338 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə görə, ərizəçinin X3 18 aprel 2000-ci il tarixdə Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 326 nömrə ilə qeyd olunmuşdur. AZ-İ nömrəli, 337145 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə görə, ərizəçinin X2 06.12.2008-ci il tarixdə Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 899 nömrə ilə qeyd olunmuşdur. İ-ЗЖ nömrəli, 324127 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə görə, X1 Mahmud Cangir oğlu ilə 23.10.1973-cü ildə Ermənistan Respublikası Quqark rayonu qeydiyyat şöbəsində bağlanmış rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 1 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Əhmədova soyadı verilmişdir. Beləliklə ərizəçi Əhmədova (Eminova) Tamilə Mahmud qızı 17 yanvar 1954-cü il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuşdur. Atası X21 oğlu, anası isə X8r. Bu fakt ərizəçinin iş materiallarında olan şəxsiyyət vəsiqəsi, şahid ifadəsi və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi, o cümlədən itirilmiş sənədin bərpası mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Əhmədova (Eminova) Tamilə Mahmud qızının 17 yanvar 1954-cü il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Əhmədova (Eminova) Tamilə Mahmud qızının 17 yanvar 1954-cü il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda doğulması faktı müəyyən olunsun. Əhmədova (Eminova) Tamilə Mahmud qızına doğum haqqında şəhadətnamə verilsin və doğum haqqında şəhadətnamənin ata qrafasında X14, ana qrafasında isə X11 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5158/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5158/2021
27.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver