Məhkəmə qərarları › İş №2(060)-5161/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5161/2020

02.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5161/2020 02.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı Cavabdeh qarşı uşaqların ata evinə məskunlaşması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu övladları xx.xx.2007-ci il təvəllüdlü Abdullayev Fərid və xx.xx.2012-ci il təvəllüdlü Abdullayev Fəqan ilə birikdə qeydiyyatda olduqları və uzun müddət birgə yaşadıqları Salyan şəhəri, M.F.Axundov küçəsində yeləşən 33 nömrəli evə (təhlükəsiz və hər cür lazımi şərait yaradılmaqla) məskunlaşması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsini Sumqayıt Şəhər Məhkəməsinə versə də, iddia ərizəsində və ona əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X1 Nazirli yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 35 saylı X2 Komissiyasının xx.xx.2016-cı il tarixli, xxxxxxx0004 nömrəli məktubunda cavabdehin ünvan 1 ünvanında qeydiyyatda olduğu göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə aidiyyəti üzrə Salyan Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə onu da qeyd edir ki, müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. (39.1). Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi müstəsna aidiyyət qaydalarına görə, yəni mübahisəli evin (Salyan şəhəri, M.F.Axundov küçəsində yeləşən 33 nömrəli ev) yerlədiyi yerə görə də Salyan Rayon Məhkəməsinə aiddir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı uşaqların ata evinə məskunlaşması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cüəsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı uşaqların ata evinə məskunlaşması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar