Məhkəmə qərarları › İş №2(060)-5163/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5163/2024

07.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5163/2024 07.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı dəymiş maddi mülkiyyət hüququ tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2013-ci il tarixli kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən payçı olduğu Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızılqum y/m, ev 7A, 104 saylı (yeni qaydalarla Sumqayıt şəhər 6-cı mikrorayon H.Salavev küçəsi ev 14 mənzil 44) 85,5 kv metr olan 2 otaqlı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq sənədlərin verilməsinin cavabdeh "xxxx" MTK-nın üzərinə öhdəlik qoyulması və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehden tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2013-ci il tarixdə "xxxx" MTK ilə Mənzil Tikintisi haqqında müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, “Kooperativ” inşa ediləcək binanın 2-ci girişində 9-cü mərtəbəsində yerləşən 104 saylı mənzili “Payçı”ya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2011ci il tarixdə həmin mənzilin pay haqqı tam şəkildə ödənilmişdir. Həmin mənzil üzərində mülkiyyət hüqunun dövlət qeydiyyatına alınması ilə bağlı "xxxx" MTK-ya ərizə ilə müraciyyət edərək, Sumqayıt şəhəri, 6-cı mkr., Qızılqum yaşayış massivində "xxxx" MTKnın inşa etdiyi binanın 2-ci girişində 9-cü mərtəbəsində yerləşən 104 saylı mənzilinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsindən çıxarışın alınması məqsədi ilə tələb olunan sənədlərin MTK-a tərəfindən iddiaçıya verilməsini təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ərizəyə cavab məktubunda bildirmişdir ki, komunal xidmət haqqında qanuna əsasən İddiaçı, xx.xx.2013-cü ildə "xxxx" MTK-nın ev 14-44 saylı mənzilin payçısıdır. Mənzilin ümumi sahəsi 85,5 m2-dir. xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilə kimi yaşamasına baxmayaraq, mənzilə aid MTK-ya kommunal xidmətləri pulunu ödəməmiş və 1069 manat borc yaranmışdır. Bu səbəbdən 44 saylı mənzilin çıxarışın alınması üçün sənədlər verilməmiş, göstərilən pul vəsaiti ödədikdən sonra sənədlər veriləcəyi bildirilmişdir. Yaşayış dövründə hər ay xidmət haqqı ödənilməlidir. Hazırda cavabdehin imtinası ilə razı olmadığına görə Məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPMnin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiklərini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Kooperativ Mənzil Tikintisi haqqında 28 dekabr 2013-cü il tarixli müqavilədən görünür ki, Kooperativ Sumqayıt şəhəri, 6-cı mikrorayon “Qızıl-Qum” yaşayış massivində Payçının vəsaiti hesabına inşaa ediləcək yaşayış binasının 104 saylı mənzilini təklif etmişdir. "xxxx" MTK Sumqayıt şəhəri, 6-cı mikrorayon “Qızıl-Qum” yaşayış massivində 104 saylı yaşayış binasının inşaasını, inşaa ediləcək binanın 2-ci giriş 9-cu mərtəbə 104 saylı mənzili Payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. - 06.01.2015-ci il tarixli "xxxx" MTK tərəfindən verilmiş qəbzin surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon “Qızıl-Qum” yaşayış massivində yerləşən bina "xxxx" MTK-ya məxsusdur və payçı İddiaçı həmin ünvanda 104 nömrəli iki otaqlı mənzil üçün 46000 manat ödəmişdir. - xx.xx.2022-ci il tarixli "xxxx" MTK tərəfinddən verilmiş arayışın surətindən görünür ki, İddiaçı "xxxx" MTK-nın 104 saylı mənzilin payçısıdır. Mənzilin ümumi sahəsi 85,5 m2dir. xx.xx.2013-cü ildən mənzili alıb, bu günə kimi yəni xx.xx.2022-ci ilə kimi yaşamasına baxmayaraq, mənzilə aid kommunal xidmətləri pulunu ödəməmişdir. "xxxx" MTK-ya olan mənzil komunal xidmətlərinin ümumi borcu 1069 manat təşkil edir. - Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2013-ci il tarixdə "xxxx" MTK ilə Mənzil Tikintisi haqqında müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, Kooperativ Sumqayıt şəhəri, 6-cı mikrorayon “Qızıl-Qum” yaşayış massivində Payçının vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 104 saylı mənzilini təklif etmişdir. "xxxx" MTK Sumqayıt şəhəri, 6-cı mikrorayon “Qızıl-Qum” yaşayış massivində 104 saylı yaşayış binasının inşaasını, inşa ediləcək binanın 2-ci giriş 9-cu mərtəbə 104 saylı mənzili Payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2011-ci il tarixdə həmin mənzilin pay haqqı tam şəkildə ödənilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsindən çıxarışın alınması məqsədi ilə tələb olunan sənədlərin MTK-a tərəfindən iddiaçıya verilməsini barədə müraciət etdikdə, MTK-ya kommunal xidmətləri pulunu ödəmədiyi səbəbi ilə ona sənədlərin təqdim olunmasından imtina olunmuşdur. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini müdafə edir. Cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən- Mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 112.2-ci maddəsinə əsasən- Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən- Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən- Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən- Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə əsasən mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Kooperativ Mənzil Tikintisi haqqında 28 dekabr 2013cü il tarixli müqaviləyə əsasən "xxxx" MTK öhdəliklərini tam həcmdə yerinə yeriməmişdir. Bu səbəbdən Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızılqum y/m, ev 7A, 104 saylı (yeni qaydalarla Sumqayıt şəhər 6-cı mikrorayon H.Salavev küçəsi ev 14 mənzil 44) 85,5 kv. metr olan 2 otaqlı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq sənədlər İddiaçı verilməsi barədə cavabdeh "xxxx" MTK-nın üzərinə öhdəlik qoyulmalıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsi) Hazırda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızılqum y/m, ev 7A, 104 saylı (yeni qaydalarla Sumqayıt şəhər 6-cı mikrorayon H.Salavev küçəsi ev 14 mənzil 44) sahəsi 85,5 kv. metr olan 2 otaqlı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq sənədlərin İddiaçı verilməsi barədə cavabdeh "xxxx" MTK-nın üzərinə öhdəlik qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar