Məhkəmə qərarları › İş №2(060)-517/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-517/2024

15.03.2024 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-517/2024 15.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyeva Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbinə dair iddiası üzrə mülki işə 15 mart 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı 27 sentyabr 2019-cu il tarixli Payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, bina 4, 11 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-ya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında 27 sentyabr 2019-cu il tarixdə ********* saylı Payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, bina 4, mənzil 11, sahəsi 66.6 kv.m olan, 2 otaqlı mənzil satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank Cavabdeh 65 530 (altmış beş min beş yüz otuz) manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Həmin kredit müqavilənin 7.3-cü bəndiııə əssasən Cavabdeh aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 27-i tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin payçı və kredit müqaviləsinə əsasən ödəniş üzrə MTK-ya və banka borcu 15372 manat (on beş min üç yüz yetmiş iki) manat təşkil edir və payçı bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Kristal Abşeron MTK ilə Azərbaycan Beynəlxalq Bankı” ASC arasında X4 Saziş vardır və həmin öhdəliyə uyğun olaraq MTKnın daşınmaz əmlakları və əmanəti girovundadır. Bundan başqa bankın cavabdehin aldığı mənzilə görə verdiyi kredit məbləği də həmin bankın depozit hesabında saxlanılmaqla girovdadır. ABB ASC ilə Kristal Abşeron MTK arasında bağlanmış müqaviləyə əsasən borcalan bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği MTK-nin ABB ASC-də yerləşdirilmiş əmanətinə yönləndirilmişdir. Cavabdeh, Cavabdeh kredit vəsaitindən istifadə etmiş lakin, yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 65530 manat kredit götürmüşdür. İddiaçı və cavabdehlər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcədə təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTK -dan aldığı mənzili geri qaytarır, MTK isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini ( bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1 bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1, eləcə də kredit müqaviləsinin 7.3 , 13.2, 13.9-cu maddələrinin şərtlərinin kobud şəkildə pozmuşdur. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən miiqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda Borc verən Borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, bina 4, mənzil 11, sahəsi 66.6 kv.m olan, 2 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyri-şərtsiz olaraq həmin sahəni boşaldır. İddiaçı MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, bina 4, mənzil 11 , sahəsi 66.6 kv.m olan, 2 otaqlı mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. İddiaçı MTK Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. X5 tərəfindən Cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi , bina 4, mənzil 11 , sahəsi 66.6 kv.m olan, 2 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda MTK maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanılmış payçı müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Yuxarıdakılara əsasən payçı müqavilələri ləğv edilməli, mənzillər dərhal boşaldılmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu ildə payçı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, bina 4, mənzil 11, sahəsi 66.6 kv.m olan 2 otaqlı mənzil satılmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulan öhdəliklərini yerinə yetirməmişdir. Öz öhdəlikləri ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, borcunu ödəməyə imkanının olmadığını bildirmişdir. Qeyd edir ki, hazır ki, müqavilə üzrə MTK-nın külli miqdarda əmlakları bankın girovundadır. Bundan başqa üçüncü şəxslə bağlı bildirir ki, mübahisəli mənzillə bağlı X3 ilə hər hansı müqavilə bağlanmamışdır. MTK-nın müqaviləsi Cavabdeh ilə bağlanmışdır və hazırki tələb də ona qarşı yönəlmişdir. Gələcəkdə S.Kərəmova mənzilin dəyərini bütünlüklə ödədiyi təqdirdə onunla MTK arasında müvafiq müqavilə bağlanıla bilər. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iddia tələbinə dair izahat verərək bildirdi ki, mübahisəli mənzil alınan zaman ilkin alıcının evə dair ödənişlərində 10 aylıq gecikməsi olmuşdur. Evin daxili kredit olduğu üçün mənzilin onun adına keçirilməyəcəyi ona bildirilmişdir. O, mənzil üçün 6356 manat ilkin ödəniş etmişdir. Ödənişləri həmişə bank vasitəsi ilə edirdi. Qeyd edir ki, mənzilə 2020-ci ilin may ayında köçüb. Hesab edir ki, borc Mahirin adına olduğu halda iddiaçı onunla müqavilə bağlamamalı idi. Bundan başqa müəyyən üzrlü səbəblərdən aylıq ödənişlərini vaxtında edə bilməmişdir. Lakin hazırda banka olan ödənişdən əlavə ayda 200 manat da olsa MTK-ya olan borcunu ödəməyə çalışır. Üçüncü şəxs qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahat verərək bildirmişdir ki, mübahisəli mənzil 2019-cu ildə Xəyyam adlı başqa bir şəxs tərəfindən onun adına alınıb. Həmin şəxs həbs edilib. Bu səbəbdən Xəyyamın anası sözügedən evi Səbinə Kərəmovaya satıb. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC İddiaçı MTK-ya və Cavabdeh xx.xx.2023-cü il tarixli mənzil kreditinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərərək bildirmişdir ki, 5 (beş) iş günü müddətində Banka olan ödəniş cədvəli üzrə 1540 (bir min beş yüz qırx) manat məbləğində borcu ödəməsə, ABB borcu tələb etməklə xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh zamini "Kristal Abşeron ” MTK-ya müraciət edəcək, o isə öz növbəsində Alqı-satqı müqaviləsinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Sumqayıt şəh, 6-cı mkr, Səməd Vurğun küçəsi, bina 4, 2-ci mərtəbə, 66.6 kv.m, 2 otaq, 11 N-li mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. İş materiallarında olan 27 sentyabr 2019-cu il tarixdə ********* saylı Payçı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçındən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, bina 4, mənzil 11, sahəsi 66.6 kv.m olan, 2 otaqlı mənzil almışdır. İşdə olan "Kristal Abşeron” MTK ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 167-K.A saylı zaminlik müqaviləsindən görünür ki, Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 167 saylı Kredit müqaviləsindən irəli gələn bütün pul tələbləridir. Həmin kredit müqaviləsinə əsasən illik 10 faiz ödənilməsi şərti ilə 240 ay müddətinə 65530 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı MTK ilə "xxxx" ASC arasında bağlanmış 25 may 2021-ci il tarixli X4 Sazişdən görünür ki, bu sazişin predmetini MTK tərəfindən inşa olunan mənzillərin satış həcminin artırılması məqsədi ilə Bank tərəfindən maliyyələşdirmənin təmin edilməsi ilə bağlı Bankla MTK-nın qarşılıqlı əməkdaşlıq etməsinə dair şərtlər təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə İddiaçı MTK tərəfindən Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı MTK tərəfindən "xxxx" ASC-nin Sumqayıt 8 saylı Şöbəsi vasitəsi ilə xx.xx.2023-cü il tarixədək ilk dörd ay ərzində hər ay 384.24 manat, 32 ay ərzində isə hər ay 384.22 manat ödəməklə X2 13832 manat borc verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixdə ********* saylı Payçı müqaviləsinə əsasən Cavabdeh Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, bina 4, mənzil 11, sahəsi 66.6 kv.m olan, 2 otaqlı mənzil almışdır. Cavabdeh bir müddət ödəniş etsə də, sonradan ödənişləri dayandırmış, nəticədə iddiaçıya borcu yaranmışdır. Hazırda iddiaçı tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsini, mübahisəli mənzilin boşaldılması və mənzilin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Tərəflər arasında bağlanmış payçı müqavilələrinin 4.2.7-ci maddəsinə əsasən payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında "MTK"xxxx"MTK" "xxxx" ASC və “Payçı” arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn "Payçı"nın öhdəliklərini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə arasında bağlanmış payçı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia həmin hissədə təmin edilməli, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli ********* saylı payçı müqaviləsi ləğv edilməlidir. Digər tərəfdən tərəflər arasında bağlanmış payçı müqavilələrinin 8.12-ci maddəsinə əsasən payçı tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrı-ayrılıqda 2 ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda Payçı qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, bina 4, mənzil 11, sahəsi 66.6 kv.m olan, 2 otaqlı mənzilin Cavabdeh tərəfindən boşaldılması və mənzilin iddiaçıya qaytarıması hissəsində də təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırki vəziyyətdə mübahisəli mənzilə dair üçüncü şəxs X3 ilə İddiaçı MTK arasında hər hansı alqı-satqı və ya payçı müqaviləsi bağlanmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, üçüncü şəxs S.Kərəmovanın izahatında bildirdikləri hazırki iddianın təmin edilməsinə maneə olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli ********* saylı payçı müqaviləsi ləğv edilsin. Cavabdeh Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, bina 4, sahəsi 66.6 kv.m olan, 2 otaqlı 11 saylı mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçınə qaytarılsın. Cavabdeh ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı MTK-ya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar