Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5182/2024 28.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 89-dan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 89 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Həmin mənzili birgə nikah dövründə əldə etmişdirlər. Məhkəmə qərarı ilə həmin mənzil onların arasında 1/2 hissədə bölünmüşdür. Daha sonra isə hərrac vasitəsilə həmin mənzili almışdır. Cavabdeh pul vəsaitini xx.xx.2024-cü ildə alsa da, bu günə kimi həmin mənzildən çıxmamış və mənzili ona təhvil verməmişdir. Dəfələrlə cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Hətta Sumqayıt ŞPİ-nin 4-cü PB-nə də şikayət etmişdir. Lakin iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən çıxarılmalıdır.
Tərəflərin mövqeləri:
3. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh keçmiş həyat yoldaşıdır. Mənzili hərrac vasitəsilə almışdır. Həmin mənzil hal-hazırda ona məxsusdur. Lakin cavabdeh halhazırda evdən çıxmaq istəmir. Cavabdehdən 2017-ci ildə ayrılmışdır.
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə tərəfindən mübahisəli fərdi yaşayış evinin yerində müayinəsi həyata keçirilərkən yerli baxışda iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, mübahisəli mənzilin mansard hissəsində yaşayır. Mansard həmin mənzildən ayrıdır. Mansardla bağlı X5 ilə müqavilə bağlamışdır. Mənzilin aşağı mərtəbəsindən istifadə etmir. Orada qalmır. Kommunal xərcləri də həmin mənzildən ayrı olaraq hesablanır və hər ay ödənişləri edir. Mansardla mənzil arasında olan boşluq iddiaçı tərəfindən bağlanmalıdır.
6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
7. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 89 03 aprel 2024cü il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-191/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 254/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsi qismən Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 45V saylı evin 89 saylı mənzilinin açıq hərracda ilkin satış qiymətinin 75400 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi qət edilmişdir.
9. Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 29 fevral 2024-cü il tarixli, 16/01 saylı protokolundan görünür ki, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 45V saylı evin 89 saylı mənzilinin satış qiyməti 65900 manat müəyyən edilmişdir.
10. 06.03.2024-cü il tarixli Ödəniş tapşırığından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-191/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 05 saylı, xx.xx.2024-cü il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı tərəfindən əmlakın dəyərinin əvəzi olaraq 32950 manat pul vəsaiti Sumqayıt şəhəri üzrə İcra İdarəsinin hesabına köçürülmüşdür.
11. Azərbaycan Respublikası Respublika Xammal və X9 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 01/317 saylı məktubun surətindən görünür ki, 05 saylı, xx.xx.2024cü il tarixli sifariş məktubuna əsasən İddiaçı Vafiq qızının və Cavabdeh paylı mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 45V saylı evin 89 saylı mənzilini 65900 manat olmaqla qalib alıcı İddiaçı Vafiq qızı əldə etmişdir.
12. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Vafiq qızının nümayəndəsi X6 və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı Vafiq qızının nümayəndəsi X6 mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı Vafiq qızı 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
Məhkəmə baxışının hədləri:
13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Konstitusiyasının:
-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu:
-1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarı:
Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
18. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
19. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı keçmiş əridir.
20. Sumqayıt şəhər Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X7 arasında Sumqayıt şəhər Nikah evində 25 aprel 2005-ci il tarixdə bağlanmış, 404 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər bir uşaq üçün 117 manat, ümumilikdə 234 manat alimentin tutularaq X4 verilməsi, birgə nikah dövründə əldə olunmuş ünvan 2 ünvanında yerləşən 33 saylı mənzilin və ünvan 3əşən 89 saylı mənzilin üzərində ½ hissədə X3, ½ hissədə Cavabdeh bərabər paylarının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-677/2018 saylı, 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(060)-435/2017 saylı qətnaməsinin – ünvan 2 ünvanında yerləşən 33 saylı mənzil üzərində ½ hissədə X3, ½ hissədə Cavabdeh bərabər paylarının müəyyən edilməsi hissəsində ləğv edilməsi, bu hissədə qətnamə qəbul edilərək iddianın təmin edilməməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7489/2018 saylı 22 noyabr 2018-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-677/2018 saylı, 20 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Qeyd olunan qətnamə icra edilmiş ünvan 3əşən 89 saylı mənzil üzərində ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
22. Daha sonra İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılaraq, əldə olunmuş pul vəsaitinin bölünməsinə dair iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və Məhkəmənin 2(060)-254/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 4 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin mənzilin paylı mülkiyyətçiləri, yəni İddiaçı və Cavabdeh arasında ½ hissədə mütənasib bölünməsi, Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 45V saylı evin, 89 saylı mənzilinin açıq hərracda ilkin satış qiymətinin 75400 manat müəyyən edilməsi qət edilmişdir.
23. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-191/2023 saylı, 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-254/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsinin qismən-Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 45V saylı evin, 89 saylı mənzilinin açıq hərracda ilkin satış qiymətinin 75400 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi qət edilmişdir.
24. Həmin qətnamə icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında "xxxx" MMC-nin 16/01 saylı, 29 fevral 2024-cü il tarixli protokoluna əsasən əmlakın satış qiyməti 65900 manat, hərracın qalibi isə İddiaçı olmuşdur. İddiaçı tərəfindən sözügedən əmlakın dəyəri olaraq 32950 manat məbləğində pul vəsaiti ödənilmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı, xx.xx.2024-cü il tarixli çıxarışla həmin əmlak üzərində İddiaçı tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı hazırda iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
25. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.
26. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edərək hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə yaşaması və maneələr yaratması sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnir.
27. İddiaçının tələb hüququ, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia). Vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır.
28. Göstərilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən iddiaçının mübahisəli mənzilə dair qüvvədə olan çıxarışının mövcudluğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, cavabdehin əmlakdan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının, o cümlədən onunla iddiaçı arasında bağlanmış kirayə və sair müqavilənin olması müəyyən edilməmişdir. Cavabdehin hazırda iddiaçıya məxsus mənzildən istifadə etməsi iddiaçının, mülkiyyətçi olmasına baxmayaraq, əmlakdan istifadə etmək və ona sahib olmaq hüquqlarını məhdudlaşdırır. Mövcud vəziyyətdə cavabdehin bu hərəkətləri iddiaçını mülkiyyətindən faktiki olaraq məhrum etmiş olur və hüquqi nəticə etibarı ilə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozur.
29. Cavabdehin həmin mənzildən deyil, mənzilin üzərində yerləşən mansarddan istifadə etməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən qeyd olunan mənzilin yerində müayinəsi həyata keçirələrkən mənzilin açarının cavabdehdə olması, habelə iddiaçıya məxsus mənzilin qapısını açarla açaraq mənzilə daxil olması, beləliklə sözügedən mənzildən istifadə etməsi müəyyən edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən mənzilə baxış keçirilərkən müəyyən edilmişdir ki, mənzilin daxilində mansarda mərtəbəsinə qalxmaq üçün pilləkən mövcuddur. Mansard hissədə yaşayış üçün şərait olsa da mətbəx mövcud deyildir, mətbəx iddiaçının mülkiyyətində olan mənzildə yerləşir. Bu halda cavabdehin iddiaçıya məxsus mənzildən istifadə etməsini təsdiq edir. Cavabdeh mansardla iddiaçıya məxsus mənzil arasında olan boşluğun iddiaçı tərəfindən bağlanmalı olmasını, iddiaçının öz mənzilindən istifadəsinə maneə törətmədiyini bildirmişdir.
30. Məhkəmə hazırki mübahisənin Sumqayıt şəhəri, 1-ci mikrorayon, 45V saylı evdə yerləşən 89 saylı mənzillə əlaqədar olmasını nəzərə alaraq hesab edir ki, cavabdehin yuxarıda qeyd edilənlərə əsasən həmin mənzildən istifadəsi qanunsuz olduğundan, o, həmin mənzildən çıxarılmalıdır.
Nəticə:
31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V-də yerləşən 89 saylı mənzildən çıxarılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva