Məhkəmə qərarları › İş №2(060)-5193/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5193/2022

20.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5193/2022 20.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və sonuncunun övladları – xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X3 mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35H, mənzil 66-dan çıxarılıb mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35H, mənzil 66 onun xüsusi mülkiyyətindədir. Cavabdeh 3 ilə yaxındır ki, uşaqları ilə birlikdə həmin mənzildə yaşayır. Cavabdeh mənzilə qeydiyyata düşmüşdür. Cavabdeh əvvəllər iddiaçının övladı X9 ilə nikahda olmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onların aralarında olan nikah pozulmuşdur. Cavabdeh onun mənzilində yaşamasına baxmayaraq onu və mənzildə qeydiyyatda olan ailə üzvlərini mənzilə buraxmır və mənzildə yaşamaqlarına imkan vermir. Cavabdeh qərəzli hərəkətləri ilə onun mülkiyyətindən istifadə etməyə imkan vermir. O, dəfələrlə cavabdehdən mənzili boşaltmasını tələb etmişdir. Lakin, cavabdeh onun sözlərinə əhəmiyyət vermir. Öz mənzili ola-ola o, başqa yerlərdə kirayədə yaşamağa məcbur olmuşdur. Cavabdeh bu hərəkətləri ilə onun mülkiyyət və mənzildən istifadə hüquqlarını kobud şəkildə pozur. Odur ki, cavabdeh uşaqları ilə birlikdə mənzildən çıxarılmalıdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin və uşaqlarının sözügedən mənzildən qeydiyyatdan çıxarılması qət edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş və hazırda şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etmədiyini, cavabdehin iddiaçının övladı X1 həyat yoldaşı olduğunu, sonuncunun və ailə üzvlərinin mənzildə yaşamaq hüquqlarının olduğunu bildirərək tələbin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, mübahisəli yaşayış sahəsi cavabdehin iddiaçının oğlu ilə birgə nikah dövründə əldə etdikləri mənzilin satışından götürülmüş vəsait hesabına alınmışdır. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası DİN-nin ******* №-li, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 35H saylı evin 66 saylı mənzilində qeydiyyatdadır. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2021-ci ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 471 nömrəsi ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 35H saylı evin 66 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. -Texniki Pasportdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 35H saylı evin 66 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdur. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4961/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X9 ilə Cavabdeh arasında 27 aprel 2007-ci il tarixdə bağlanmış 598 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra 11 iyun 2008-ci il təvəllüdlü X8 və 12 may 2009-cu il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalması və xx.xx.2021-ci il tarixdən başlayaraq X4 11 iyun 2008-ci il təvəllüdlü X8 və 12 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. - Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1007/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh və onun azyaşlı övladları 11 iyun 2008-ci il təvəllüdlü X8 və 12 may 2009-cu il təvəllüdlü X2 İddiaçı məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanda yerləşən 35H saylı evin 66 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 35H saylı evin 66 saylı mənzili xx.xx.2018-ci il tarixdən İddiaçı məxsusdur. Cavabdeh iddiaçının keçmiş gəlinidir. İddiaçının övladı X9 ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Cavabdeh mübahisəli yaşayış sahəsində xx.xx.2018-ci il tarixdən sonra məskunlaşmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər xx.xx.2018-ci il tarixində (iddiaçının adına mübahisə predmeti olan yaşayış sahəsinə dair çıxarış verildiyi, cavabdehin məskunlaşdığı tarixdən) yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin Qərardan görünür ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən qayınatanın gəlin qarşısında aliment öhdəlikləri daşıması nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçının ailə üzvü və digər qohumu olmadığından, onun mübahisəli yaşayış sahəsindən istifadə hüququ mövcud deyildir. Odur ki, cavabdeh mübahisəli evdə heç bir hüquqi əsas olmadan yaşadığından iddia əsaslıdır. Göründüyü kimi, mübahisə predmeti olan yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətidir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsində cavabdeh övladları ilə birlikdə yaşayır. Eyni zamanda, məhkəmə araşdırması zamanı cavabdehin mübahisə predmeti olan yaşayış sahəsinə dair sahiblik və ya istifadə hüququnun olması halı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzil üzərindəki hüquqları mülkiyyət hüquqlarının müdafiəsi kontekstindən qorunmalıdır. Ona ğörə də mübahisəli əmlak mülkiyyətçisinin sahibliyinə qaytarılmalıdır. Məhkəmə, eyni zamanda cavabdehin nümayəndəsinin mübahisəli yaşayış sahəsinin cavabdehin iddiaçının oğlu ilə birgə nikah dövründə əldə etdikləri mənzilin satışından götürülmüş vəsait hesabına alınması dəlilini, onu təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən, eləcə də bu hal işin faktiki halları ilə təsdiqini tapmadığından əsassız hesab edir. Beləliklə, məhkəmə, hesab edir ki, Cavabdeh və sonuncunun övladları – xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X7 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35H, mənzil 66-dan çıxarılmalı, mənzil iddiaçıya təhvil verilməldir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh və sonuncunun övladları – xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2009cu il təvəllüdlü X7 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35H, mənzil 66-dan çıxarılsın və mənzil İddiaçı təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar