Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5206/2021 17.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayon, 10 saylı evin 1 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 17-ci mkr, ev 10, mənzil 1 müvafiq texniki pasportla və qeydiyyat vəsiqəsi ilə onun adına qeydiyyata alınmışdır, onun mülkiyyətindədir. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2002-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. Qeyd edir ki, 2001-ci il tarixdən faktiki olaraq cavabdehlə ayrı yaşayır və o, həmin evdən 2001-ci il tarixdən istifadə etmir. cavabdeh onun evinə 2004-cü il tarixdə qeydiyyata düşmüşdür. Hansı ki, bir mülkiyyətçi kimi onun buna razılığı olmamışdır və həmin dövrdə onlar həm rəsmi, həm də faktiki olaraq ayrı yaşamış və heç bir əlaqələri olmamışdır. Cavabdehin onun evinə qeydiyyatda olması mülkiyyət üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Belə ki, əmlakı alqı-satqı etmək istədikdə cavabdeh də qeydiyyatda olduğundan onun razılığı tələb olunur. Halbuki cavabdeh, faktiki həmin evdə yaşamır, daimi yaşayış yerini uzun müddətdir ki, dəyişib və onun qeydiyyatı formal xarakter daşıyır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, həmin mənzili o, yalnız öz vəsaiti hesabına alıb, mənzilin əldə edilməsində cavabdehin heç bir rolu olmayıb. Odur ki, cavabdehə heç bir məbləğdə kompensasiya təklif etmir, kompensasiya ödəməyə maddi imkanı yoxdur. Eləcə də cavabdehin mənzildə yaşamasına razı deyil və bir mənzildə yaşamaları mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəməyə ərizə göndərərək iddiaya etiraz etdiyini, kirayədə yaşadığını, başqa yaşayış yeri olmadığını, yalnız kompensasiya ödənilməsi yolu ilə istifadə hüququna xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən verilən Qeydiyyat Vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri,17-ci mikrorayon, 10 nömrəli evin 1 saylı mənzil üzərində 03.01.2002-ci il tarixdə İddiaçı xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Asan-Sumqayıt tərəfindən verilmiş 21.05.2021-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayon, 10 saylı evin 1 saylı mənzilində qeydiyyatdadır. AZ-İ saylı 376723 saylı Nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah qeydi 13.12.2002-ci il tarixdə pozulmuşdur. Məhkəmə iclasında tədqiq olunan 2-2089/2004 saylı mülki iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2-2089/2004 saylı 30.11.2004-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürmə və istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayon, 10 saylı evin 1 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Məhkəmə qətnaməsi 13.01.2004-cü il tarixdə icraya yönəldilmişdir. Həmin qətnamənin məzmununda həmçinin görünür ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil birgə nikah dövründə əldə edilmiş ümumi birgə əmlakdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, mübahisə predmeti olan mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehin həmin mənzildə 2001-ci il tarixdən yaşamadığını, cavabdehin həmin ünvana qeydiyyatının formal olduğunu iddia edərək istifadə hüququnun itirilmiş hesab edilməsini tələb edir. İş üzrə toplanmış sübutlardan göründüyü kimi cavabdehin mübahisə predmeti olan mənzilə istifadə hüququnun tanınması və həmin mənzilin ümumi birgə mülkiyyət olmasına dair hallar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilməklə, məhkəmə hesab edir ki, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, araşdırılan mühbahisə üzrə Azərbaycan Respublikasının Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin (MM) 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə hesab edir ki, araşıdırlan mübahisə üzrə cavabdehin həmin mənzil üzərində istifadə hüququnun tanınması işin mübahisəsiz halıdır. MM-nin 228.2-ci maddəsinin tələbi baxımından bu halda mülkiyyətçi – iş üzrə iddiaçı kompensasiya vermək yolu ilə cavabdehin istifadə hüququna xitam verilməsini tələb edə bilər. Məhkəmə araşıdrması zamanı iddiaçı verdiyi izahatında istifahə hüququna kompensasiya vermək yolu xitam verilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə qeyd edir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi iddiaçının mülkiyyət hüququnu təşkil edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququ olaraq tanınmışdır. Bu baxımdan kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Məhkəmə həmçinin Mülki Məcəllənin 228.5-ci maddəsinin göstərişi baxımından işin hallarını araşdırmışdır. İşin faktiki hallarından göründüy kimi, cavabdehin daimi yaşayış yeri yoxdur (iddaçı tərəfindən cavabdehin daimi yaşayaş sahəsinə malik olması ilə bağlı heç bir sübut təqdim edilməmişdir), tərəflər arasında münasibətlər kəskindir, iddiaçı cavabdehin mənzilə yaşamasına maneə törətdir. Konstitusiya Məhkəməsinin qərarlarında göstərilən hüquqi mövqeyə əsasən keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və ya mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Beləliklə, məhkəmə işin hallarına şərh olunan hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5206/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5206/2021
17.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver