Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5215/2023 04.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1930-cu il təvəllüdlü X5nun və əmisi xx.xx.1938-ci il təvəllüdlü X6 Zəngilan rayonunun Vəliqulubəyli kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1930-cu il təvəllüdlü X5nun Zəngilan rayonunun Vəliqulubəyli kəndində doğulması faktının təsdiq edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X9, ana qrafasında X7 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə X5nun atasının adını səhvən X2 qeyd etmişdir. Odur ki, bu halı nəzərə alaraq X5nun atasının adını X3 qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1930-cu il təvəllüdlü X13 atası, xx.xx.1938ci il təvəllüdlü X12 isə əmisidir. Hər ikisi Zəngilan rayonunun Vəliqulubəyli kəndində anadan olmuşdur. X5 14 aprel 1985-ci ildə, əmisi X12 isə 24 sentyabr 2022-ci ildə ölmüşdür. Vərəsəliyin qəbulu ilə bağlı notariat ofisinə müraciət edərkən qohumluq dərəcələrinin müəyyən edilməsindən ötrü hər iki şəxsin doğum haqqında şəhadətnamələrinin tələb olduğu bildirilmişdir. Bununla əlaqədar olaraq ilk öncə X5nun doğum haqqında akt qeydinin axtarışının aparılması üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinə müraciət etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivi tərəfindən xx.xx.2022-ci il tarixli, DA-02010-2022 saylı imtina məktubu verilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, Bakı 3 saylı “ASAN Xidmət” Mərkəzindən daxil olan 11 oktyabr 2022-ci ıl tarixli ərizəyə cavab olaraq bildiririk ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1930-cu ilə dair Zəngilan rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən X8 doğum haqqında akt qeydinin axtarışının aparılması imkanımız xaricindədir. Daha sonra Maraqlı şəxsnə Zəngilan rayonunun Vəliqulubəyli kəndində doğulmuş ölən atası xx.xx.1930-cu il təvəllüdlü X8 və ölən əmisi xx.xx.1938-ci il təvəllüdlü X6 doğum haqqında akt qeydlərinin bərpa olunması ilə bağlı müraciət etmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli, 316- 5/8-B-65/2023 saylı imtina məktubu verilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, Sizin Zəngilan rayonunun Vəliqulubəyli kəndində doğulmuş vətəndaşlar xx.xx.1930-cu il təvəllüdlü X8 və xx.xx.1938-ci il təvəllüdlü X6 doğum haqqında akt qeydlərinin bərpa olunmasına dair müraciətinizə cavab olaraq Maraqlı şəxs bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci, 162.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-18-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə ərazidə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edilir. Bu cür hallarda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Hazırki halda ərizənizə əlavə olunan və Şöbədə toplanaraq araşdırılan sənədlər bu cür qeydlərin həqiqətən olduğunu təsdiq etmədiyi və Şöbənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi səlahiyyəti olmadığı üçün ərizələrinizin təmin olunması imkan xaricindədir. Göstərilənlərə əsasən məhkəmə müraciət edilməsi tövsiyə olunmuşdur. Bu səbəbdən məcbur qalıb məhkəməyə müraciət edir. Məhkəmədə ərizəçi məhkəməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, Ərizəçi onun arvadının qardaşıdır. Arvadının adı Məlahətdir, arvadının ata adı İlyas Məmmədovdur. Ərizəçinin atası Vəliqulubəyli kəndində yaşamışdır, 1984-1985-ci illərdə ölmüşdür, həmin zaman arvadı ilə evli olmuşdur. Arvadının atasının təvəllüdünü bilmir, o ölən zaman 54-60 yaşı olmuşdur. Ərizəçinin ata babasının adı da İlyasdır, ata nənəsinin adı Zeynəbdir. Ərizəçinin ata babası İlyasın atasının adı Hüseyn olmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadə verərək bildirdi ki, Ərizəçi onun ana tərəfdən əmisi nəvəsidir. Bayramın atasının adı İlyasdır, onu sağlığında İlyası görmüşdür. Bayramın atası İlyas 1984-1985-ci illərdə ölmüşdür. İlyas əslən Zəngilan rayonunun Vəliqulubəyli kəndindəndir və orada yaşamışdır. Bayramın atasının ata adı İlyasdır. Bayramın atasının ana adı Zeynəbdir. Bayramın atasının anası Zeynəb Bayramın atası İlyasdan sonra ölmüşdür. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixində Maraqlı şəxs tərəfindən məhkəməyə ərizə daxil olmuşdur. Həmin ərizənin mətnindən görünür ki, məhkəmə iclasına iştirakları olmadan baxılmasını xahiş etmiş, iddia tələbinin təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin verdiyi xx.xx.2022-ci il tarixli, № DA-02010-2022 saylı imtina məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1930-cu ilə dair Zəngilan rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən X8 doğum haqqında akt qeydinin axtarışının aparılması imkanları xaricindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən vətəndaş Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, № 3-16-5/8-B-65/2023 sayl məktubun mahiyyətindən görünür ki, Zəngilan rayonunun Vəliqulubəyli kəndində doğulmuş vətəndaşlar xx.xx.1930cu il təvəllüdlü X13 və xx.xx.1938-ci il təvəllüdlü X6 doğum haqqında akt qeydlərinin bərpa olunmasına dair müraciətə cavab olaraq Maraqlı şəxs bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci, 162.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-18-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə ərazidə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edilir. Bu cür hallarda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Hazırki halda ərizənizə əlavə olunan və Şöbədə toplanaraq araşdırılan sənədlər bu cür qeydlərin həqiqətən olduğunu təsdiq etmədiyi və Şöbənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi səlahiyyəti olmadığı üçün ərizələrin təmin olunması imkan xaricindədir. Göstərilənlərə əsasən məhkəmə müraciət edilməsi tövsiyə olunmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi X5, anası X4r. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1985-ci ildə ürək qan damar çatışmazlığı səbəbindən ölmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi 1985-ci ildə ölən X5nun doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, X8 doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1930-cu il, doğulduğu yer Zəngilan rayonu, Vəliqulubəyli kəndində, ata qrafasında X11, ana qrafasında X7 qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X8 xx.xx.1930-cu il tarixdə Zəngilan rayonunun Vəliqulubəyli kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə X1, adı və atasının adı “X13”, doğum tarixi “xx.xx.1930-cu il”, doğulduğu yer “Zəngilan rayonu, Vəliqulubəyli kəndi”, ata qrafasında “X11”, ana qrafasında “X7” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5215/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5215/2023
04.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver