Məhkəmə qərarları › İş №2(060)-5218/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5218/2020

16.09.2020 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5218/2020 16.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh və vəkili Vəkil iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin imicinə xələl gətirən, işgüzar nüfuzuna zərər vuran, onu nüfuzdan salan həqiqətə uyğun olmayan məlumatları müxtəlif ünvanlara yazılı şəkildə göndərməklə yaydığı üçün müvafiq dövlət orqanlarına məktub vasitəsi ilə təkzib etməyin bir vəzifə olaraq cavabdehin üzərinə qoyulmasl və məcbur olunması, Cavabdeh İddiaçı ASC-nin işgüzar nüfuzuna vurduğu zərərin əvəzi olaraq 20 min manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi 3-cü şəxs kimi cəlb edilməklə, cavabdeh (iddiaçı) sifarişçi İddiaçı ASC-nin qaldırdığı iddianın əsassız hesab edilməsi, cavabdeh (iddiaçı) sifarişçi İddiaçı ASC-dən iddiaçılar podratçılar - Cavabdeh və digər fəhlələrin xeyrinə 21.420 (iyir bir min dörd yüz iyirmi) manat tutulması, cavabdeh (iddiaçı) sifarişçi İddiaçı ASC vergi ödəmələrdən yayınmaq məqsədilə 35 nəfər işçi ilə əmək müqaviləsi bağlamadan işə götürdüyünə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan qanun pozuntularında nəzərdə tutulan məsuliyyətə cəlb olunması, 35 nəfərdən artıq işçinin müqaviləsiz işə götürməsi faktı üzrə cavabdehin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 162-1.1-ci və 162-1.2-ci maddələri, eləcə də, görülən işin dəyərinin sifarişçidən alınıb onlara tam ödənilməməsi, mənimsənilməsinə görə hərəkətlərində Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlləri olduğuna görə cinayət işi başlanmasından ötrü bu barədə Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinin tələblərinə əsasən prokurora məlumat verilməsi üçün xüsusi qərardad çıxarılmaqla qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 Cavabdeh Sumqayıt şəhərində kirayədə yaşadığını, bu səbəbdən hazırki iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etdiklərini bildirdi və işə Sumqayıt şəhər məhkəməsində baxılmasının davam etdirilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil hazırki mülki işə Sumqayıt şəhər məhkəməsində baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyatı üzrə Cəlilabad rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarına əlavə olunmuş Cavabdeh məxsus şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, məhkəmə işi iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verir. Məhkəmə onu da qeyd edir ki, mülki-prosessual qanunvericilikdə cavabdehin kirayədə yaşadığı yer üzrə məhkəməyə müraciət edilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən qarşılıqlı iddia aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh Səxavət oğluna qarşı işgüzar nüfuzun müdafiəsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı ASC-yə qarşı sifarişçidən podratçıya borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş aidiyyəti üzrə Cəlilabad rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim həmin Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı ASC-yə qarşı sifarişçidən podratçıya borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş baxılması üçün Cəlilabad rayon Məhkəməsinə göndərilsin. Qərardaddan qərardadın təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar