Məhkəmə qərarları › İş №2(060)-5221/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5221/2021

03.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5221/2021 03.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi İsmayılov Azər İbrahim oğlu Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəyə əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 rəsmi olaraq Ağcabədi rayonunun Aran kəndində qeydiyyatdadır. Bundan başqa ərizəyə əlavə edilmiş imtina məktubundan da görünür ki, Ərizəçi1 doğum faktının müəyyən edilməsinə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə deyil, Maraqlı şəxsnə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hazırki, ərizəyə ərazi aidiyyatı üzrə Sumqayıt şəhər Məhkəməsində baxılmalı deyil. Bundan başqa ərizə Ərizəçi1 tərəfindən imzalansa da digər ərizəçi Ərizəçi2 tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 151.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçilərə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar