Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5225/2023 02.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə 02 oktyabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1981ci il tarixdə Azərbaycan Respublikası Xocavənd rayonu, Qaradağlı kəndində doğumunun qeydə alınması faktının və doğum haqqında akt qeydlərində ata qrafasında X8, anasının X3 qeyd olunmasına dair doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci il tarixdə Azərbaycan Respublikası Xocavənd rayonu, Qaradağlı kəndində anadan olmuşdur. X1, anası isə X2r. Atası 1-ci Qarabağ müharibəsi şəhididir. X4 ilə 2015-ci ildə nikaha daxil olmuşdurlar. Bu nikahdan xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X9 adlı övladları vardır. Bildirir ki, o, ona məxsus doğum haqqında şəhadətnaməni 1992-ci ildə kəndləri işğal olunarkən itirmişdir. Hazırda şəhid övladı olduğu üçün vəsiqə almalıdır və bunun üçün də doğum haqqında şəhadətnamə əldə etməlidir. 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsi doğum haqqında akt qeydinin bərpasından imtina edilmişdir. Həmçinin qeydiyyat şöbəsindən ona izah olunmuşdur ki, doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etdi. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Yuxarıda göstərdiklərinə əsasən o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizəsini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, atası 1991-ci ilin iyun ayının 28-də şəhid olub. Şəhid övladı kimi vəsiqə almaq üçün müraciət etmişdir və bununla əlaqədar ondan doğum haqqında şəhadətnamə tələb olunub. Ona məxsus şəhadətnamə isə Xocavənd rayonunda qalıb. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs əhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, ərizəçi onun oğludur. Oğlu xx xxxxxxx 1981-ci ildə Xocavənddə doğulub. Məlum hadisələrlə əlaqədar rayondan çıxan zaman oğlunun sənədini götürə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirdi ki, ərizəçi əmisi oğludur. Samir doğum tarixini dəqiq bilməsə də, o, Xocavənd rayonu, Qaradağlı kəndində anadan olmuşdur. Samir ondan balacadır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin 22 iyul 2023-ci il tarixli, 3-16-5/8-İ- 15/3056/2023 nömrəli məktubundan görünür ki, Ərizəçi doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci ildə Xocavənd rayonu, Qaradağlı kəndində doğulmuşdur. İş materiallarında olan AZE seriyalı 16617949 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1954-cü ildə Xocavənd rayonu, Qaradağlı kəndində doğulmuşdur. İşdə olan İV JQ 292011 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1991-cı ildə Qaradağlı rayonu Martuni kəndində vəfat etmişdir və bu barədə ölüm haqında akt qeydləri kitabında 7 nömrə ilə qeyd edilmişdir. Beləliklə, Ərizəçi xx.xx.1981-ci ildə Xocavənd rayonu, Qaradağlı kəndində anadan olmuşdur. Ərizəçinin X1, anası isə X2r. Bu fakt işdə olan sənədlər, şahid ifadələri və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi, o cümlədən itirilmiş sənədin bərpası mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi xx.xx.1981-ci ildə Xocavənd rayonu, Qaradağlı kəndində doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin doğum qeydinin bərpa edilməsi hissəsində təmin edilməsinə zərurət yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1981-ci ildə Xocavənd rayonu, Qaradağlı kəndində doğulması faktı müəyyən olunsun. Ərizəçi doğum haqqında şəhadətnamə verilsin və doğum haqqında şəhadətnamədə ərizəçinin ata qrafasında X8, ana qrafasında isə X3 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5225/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5225/2023
02.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver