Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-524/2023 03.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə1, Üçüncü şəxs Maraqlı şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 Ağahüseyn qızının iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Maraqlı şəxsna qarşı əmək vəzifələri yerinə yetirilən zaman xəsarət alınması ilə bağlı zərərin əvəzi kimi ödənilməli olan borc tələbinə dair mülki işə 03 aprel 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Maraqlı şəxsna qarşı əmək vəzifələri yerinə yetirilən zaman xəsarət alınması ilə bağlı zərərin əvəzi kimi ödənilməli olan borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi ona ödənilməli olan aylıq ödəncin xx.xx.2003-cü il tarixindən məhkəmə qərarı çıxarılanadək olan müddətdə ödənilməmiş məbləğinin (aylıq ödənc üzrə borcun) cavabdehdən tutularaq ödənişin birdəfəlik aparılmaqla ona ödənilməsi və məhkəmə qərarı çıxdığı tarixdən etibarən əmək haqqının 80 faizi miqdarında pulun cavabdehdən hər ay onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1982-ci ildən Sumqayıt şəhərində fəaliyyət göstərən “Azərmetaltəmirtikinti” İstehsalat Birliyinin “Metallurqtəmir” Təmir-Tikinti- Quraşdırma İdarəsində əmək fəaliyyətinə başlamışdır. 1993-cü ildə həmin müəssisədə əmək vəzifələrini yerinə yetirərkən aldığı xəsarət nəticəsində peşə xəstəliyinə tutulmuş və ona ömürlük əlillik təyin edilmişdir. Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1062 nömrəli sərəncamı ilə “Azərmetaltəmirtikinti” İstehsalat Birliyinin “Metallurqtəmir” Təmir- Tikinti- Quraşdırma İdarəsinin bazasında "xxxx" X5 Cəmiyyəti yaradılmışdır. Təsisçilərinin xx.xx.2010-cu il tarixli qərarına əsasən "xxxx" X5 Cəmiyyəti yenidən təşkil olunaraq Cavabdehnə çevrilmişdir. Əmək xəsarəti aldığı müəssisə ona təyin olunmuş müavinəti ödəmədiyinə görə 2003-cü ildə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin 13 oktyabr 2003-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunaraq "xxxx" ATSC-nin üzərinə 2003-cü ilin oktyabr ayınadək hesablanmış müavinət borcunun ona ödənilməsi vəzifəsi qoyulmuşdur. Həmin qətnamə əsasında ona "xxxx" ATSC tərəfındən ödəniş edilmişdir. Lakin bundan sonra hazırki vaxta kimi, artıq 19 ildir ki, ona müavinət ödənilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq peşə xəstəliyi ilə əlaqədar təyin edilmiş müavinətin 2003-cü ildən hazırki vaxta kimi ödənilməmiş məbləğinin hesablanaraq ona ödənilməsinə köməklik göstərilməsinə dair ərizə ilə X2 Xidmətinə müraciət etmişdir. Həmin müraciət əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Cavabdeh MMC cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı xəsarətlə bağlı ödəncin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 noyabr 2017-ci il tarixü, 2-1(118)-4010/2017 nömrəli qərarı ilə iddia təmin olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 08 may 2018-ci il tarixli, 2-1(105)-148/2018 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Dövlət Sosial Müdafıə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2-1(102)- 1516/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasmm 08 may 2018-ci il tarixli, 2-1(105)- 148/2018 nömrəli qərarı ləğv edilmiş, Cavabdeh MMC-nin iddiası mümkün sayılmamışdır. Bundan sonra yenidən ərizə ilə X2 Xidmətinə müraciət etmişdir. Xidmət tərəfindən müraciətinə cavab olaraq verilmiş 25 aprel 2022-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.2-ci hissəsinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Göstərilənləri nəzərə alaraq və “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarını rəhbər tutaraq istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ona təyin edilmiş ödəncin 2003-cü ilin oktyabr ayından etibarən hazırki vaxta kimi hesablanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona ödənilməsinə dair ərizə ilə həmin Fonda müraciət etmişdir. Fond tərəfindən ona verilmiş 13 iyul 2022-ci il tarixli cavabda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarının 1.1-ci bəndinə əsasən işçinin istehsalat və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiİiyə uyğun olaraq maddi məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən aidiyyəti üzrə müraciət etmək tövsiyə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fonduna qarşı, ona xx.xx.2003-cü il tarixindən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etdi. Həmin tələbinə inzibati icraat qaydasında baxılarkən Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə təqdim olunmuş etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş ''Özəlləşdirilən və yə idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi Qaydaları”na və “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş, işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin təsdiq edilməsi haqqmda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarına əsasən Fond tərəfindən ödənişlər yalnız özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmam ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və yə idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi Qaydaları” qüvvəyə minənədək yaranmış borclara münasibətdə həyata keçirilir. Məhkəmənin hüquqi yardım göstərməsindən sonra Dövlət Sosial Müdafiə Fonduna qarşı irəli sürülmüş iddia tələbinin yalnış olduğunu, həmin tələbi mülki iddia qaydasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı irəli sürə biləcəyini anlayaraq inzibati icraat qaydasında verdiyi iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hesab edir ki, Cavabdeh tərəfındən istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi ona ödənilməli olan aylıq ödəncin xx.xx.2003-cü il tarixindən məhkəmə qərarı çıxarılanadək olan müddətdə ödənilməmiş məbləğinin (aylıq ödənc üzrə borcun) cavabdehdən tutularaq ödənişin birdəfəlik aparılması və məhkəmə qərarı çıxdığı tarixdən etibarən əmək haqqının 80 faizi miqdarında pulun cavabdehdən hər ay onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, onun istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödənc almaq hüququna sahib olmağı, cavabdehin ona aylıq ödənc ödəmək vəzifəsini daşıması qüvvədə olan məhkəmə qərarı ilə müəyyən edildiyinə görə işin mübahisəsiz hallarını təşkil edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin ediməsini məhkəməədn xahiş etmişdir. Maraqlı şəxs Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı məhkəməyə mülahizə təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-yə əmək münasibətləri üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iddia tələbi üzrə yaranmış öhdəliklər üçün DSMF məsuliyyət daşımır. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən “İstehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək işəgötürənin vəzifəsidir.” Həmin maddənin 3-cü bəndinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərınə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarının 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müsssisə, İdarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçıyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümuml əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamliğının pozulması ilə bağlı əlavə çəkdiyi xərclar ödənilir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nətıcəsində sağlamlığı pozulduqda və ya bu səbəbdsn həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatar (bundan sonra - təqsirkar işəgötürən (təqsırkar müəssisə) işciyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Qeyd edirlər ki, iddiaçı xəsarətə görə ödəncin ödənilməsi ilə bağlı cavabdeh "xxxx" ATSC-nə qarşı müavinətin ödənilməsi ilə bağlı iddia ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və iddiaçının iddiası təmin edilərək 2003-cü il tarixədək xəsarətə görə ödənc 9.382.217 manat məbləğində hesablanaraq ona ödənilməsi barədə 2- 262 nömrəli i 2003-cü il tarixli qətnamə qəbul edilmişdir. Beləlikıə, sözügedən məhkəmə qərarının preyudisial əhəmiyyəti nəzərə alınaraq Fonda qarşı iddia yolverilməzdir. Bildirilir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2003-cü iİ tarixli, 920 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydalarının" 2-ci maddəsinə əsəsən bu Qaydalar: "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özalləşdirilməsinin Dövlət Proqramı çərçivəsində və "Azəbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına; 2.1.2. idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. Adıçəkilən Qaydaların 3.10-cu bəndinə əsasən, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi çəkənə zərərin əvəzini ödəyir. Bu səbəblə, iddiaçı aldığı xəsarət nəticəsində Fonda yox, işlədiyi müəssisənin hüquqi varisi olan müəssisəyə müraciət etməlidir. Qeyd edirlər ki, Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 31 oktyəbr 2022-ci l tarixli, **********41 nömrəli məktubuna əsasən Azərbaycan Respublikasında 1995-1998-cı illərdə dövlət mülkiyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq, keçmiş Dövlət Komitəsinin xx.xx.1998ci il tarixli, 1052 nömrəli sərəncamı ilə Metallurgiya Dövlət şirkətinin tabeliyində olmuş “Azermetaltəmirtikinti” İstehsalat birliyinin Metallurq təmir quraşdırma idarəsinin bazasında “Metallurq təmir-1" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin Özəlləşdirilməsi 22.03 2005-ci il tarixdə tam başa çatdırılmışdır. Həmçinin Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövtət Xidmətinin 31 oktyabr 2022-ci il tarixli **********41 nömrəli məktubuna əsasən “Metallurq təmir-1" X5 Cəmiyyətinin xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatından keçməsi və təsisçilərinin xx.xx.2010-ci il tarixli qərarına əsasən yenidən təşkil olunaraq “Metallurq təmir-1" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. Sadalanan hüquqi əsasları nəzərə alaraq, İddiaçı "əmək münasibətləri üzrə mübahisələr" tələbinə dair iddiasının maraqlı şəxs X4 Fonduna münasibətdə xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 2003-cü ildən hazırki iş üzrə yekun məhkəmə aktı qəbul edilən müddətə qədər olan məbləğin tutulması üçün məhkəməyə müraciət ediblər. Eyni zamanda məhkəmə qərarı çıxdığı tarixdən ömürlük əmək haqqının 80 faizi məbləğində müavinət müəyyən edilməsini tələb edirlər. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs etibarnamə üzrə səlahiyətli nümayəndəsi Nümayəndə2 Ağahüseyn qızı iddia ərizəsinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Hesab edir ki, tələb edilən ödənişlər müəssisə özəlləşdirildiyi vaxtdan ödənilməli idi. Həmçinin həmin ödənişlər cavabdeh tərəfindən həyata keçirilməlidir. Belə ki, müəssisə ləğv olunduğu halda onun hüquqi varisi ödəniş etməlidir. Hazırki işdə hüquqi varis Cavabdeh olduğuna görə cavabdehliyi də o daşıyır. Hətta Ali Məhkəmənin bununla bağlı praktikası da formalaşıb. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin onlara münasibətdə xitam edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada bildiriş göndərilsə də, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh MMC-nin direktoru X1 bildirmişdir ki, iddia tələbini qəbul etmir. 2017-ci ildə bu məsələ ilə tam maraqlanmışdır. Hətta inzibati məhkəmədə bu barədə iddia da qaldırmışdır. Həmin məhkəmənin qərarı ilə onun müəssisəsində xəsarət almış şəxslərə aylıq ödənc ödəmək vəzifəsi DSMF-yə həvalə edilmişdir. Ali Məhkəmənin qərarından isə məlumatsızdır. Hesab edir ki, tələb olunan məbləği Dövlət Sosial Müdafiə Fondu ödəməlidir. Onun müəssisəsində cəmi 3 nəfər bu vəziyyətdədir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2-262/2003 nömrəli, 13 oktyabr 2003-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə peşə xəstəliyinə görə ödənilməli olan müavinət üzrə Cavabdeh ATSC-nin İddiaçı olan borcunun 2003-cü ilin oktyabr ayınadək 9.382.217 (doqquz milyon üç yüz səksən iki min iki yüz on yeddi) manat məbləğində hesablanması və həmin məbləğin İddiaçı ödənilməsi, qətnamənin icra edilməsi üçün Cavabdeh ATSC-nə 1 (bir) ay möhlət verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli **********41 nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1062 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş "Azərmetaltəmirtikinti" İstehsalat Birliyinin "Metallurqtəmir" Təmir-Tikinti-1 Quraşdırma İdarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2005-ci il tarixində tam başa çatdırılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli **********428500 nömrəli məktubundan görünür ki, dövlət reyestrində "xxxx" X5 Cəmiyyətinin (VÖEN **********) xx.xx.1998-ci il tarixdə D- 2853 nömrə ilə dövlət qeydiyyatından keçməsi və təsisçilərinin xx.xx.2010-cu il tarixli qərarına əsasən yenidən təşkil olunaraq "Metallurq-Təmir-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi barədə məlumat mövcuddur. İşdə olan Maraqlı şəxs İddiaçı ünvaladığı xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu (əməyin mühafizə normalarının pozulması nəticəsində isçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət) maddəsinin 2-ci bəndinə uyğun olaraq, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Qeyd edilirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları”nın 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 1 oktyabr 2003-cü il tarixindən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələri tərəfindən təyin edilir və ödənilir. Nəzərinizə çatdırılır ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarın 1.1-ci bəndinə əsasən işçinin istehsalat və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin İddiaçı ünvanladığı 25 aprel 2022-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.2-ci hissəsinə əsasən özəiləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak oimuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydalarına uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Həmçinin bildirirlər ki, müraciətinizə qoşma etdiyiniz Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci ii tarixli 2-1(102)-1516/2018 nömrəli qərarında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin şikayətinin qismən təmin edilməsinə və Cavabdeh MMC-nin iddiasının mümkün sayılmamasına əsas kimi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsi göstərilmişdir. Həmin maddəyə əsasən İnzibati Prosessual Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yəni məhkəmə müvafiq iddianın mümkün sayılması üçün Sizin hüquqları pozulan şəxs qismində məhkəməyə şəxsən və ya nümayəndəniz vasitəsilə müraciət etmənizin zəruri olduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanmda X2 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 24 yanvar 2022-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-nin rəhbərliyi xx.xx.2022-ci il tarixli 02 saylı məktubu ilə Cəmiyyətin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 03 saylı Qərarına əsaslanaraq Sizin və digərlərinin xəsarətlə bağlı ödənclərinizin ödənilməsi ilə bağlı məhkəməyə müraciət edildiyini və Sumqayıt inzibatıiqtisad Məhkəməsində 2-1(05)-4010/2017 saylı 27 noyabr 2017-ci il tarixində Qərar qəbul edildiyini, zədəyə görə aylıq ödəncinizin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinətlərin məbləğini müəyyənləşdirərək xx.xx.2003-cü ildən Dövlət Sosial Müdafıə fondunun Sumqayıt şənər şöbəsinin üzərinə qoyulduğunu, Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının 08 may 2018-ci il tarixində iş N 2-1(105)- 148/2018 saylı Qərarı ilə inzibatı iqtisadi Məhkəməsinin Qərarının qüvvədə saxlanıldığını bildirmişdir. Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinın 4-cü bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçırən orqan bu məcəllə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. - 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. - 1119.3-cü maddəsinə əsasən zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.3-cü maddəsinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmətibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında Qaydaları”nın 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir; - 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir. - 2.2-ci bəndinə əsasən əmək xəsarəti ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzini ödəyir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Prezidentinin 04 avqust 2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. (5.2) Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. (5.3) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir (5.5). Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. (5.6) AR MPM-nin 82.3-cü maddəsinə əsasən isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 1993-cü ildə cavabdeh müəssisədə əmək vəzifələrini yerinə yetirərkən aldığı xəsarət nəticəsində peşə xəstəliyinə tutulmuş və həmin xəstəliklə əlaqədar cavabdeh təşkilatın xx.xx.1993-cü il tarixli, 255/K saylı əmrinə əsasən xx.xx.1993-cü il tarixdən işdən azad olunmuşdur. Azərbaycan Respublikası ƏƏSMN 6 saylı zona TSEK-nın xx.xx.2002-ci il tarixli və xx.xx.2003-cü il tarixli müayinə aktından çıxarışa əsasən iddiaçının əmək qabilliyyətini itirmə faizi 80 faiz müəyyən edilməklə ona müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. İşin bu halları Sumqayıt şəhər məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarının 3.10-cu maddəsinə əsasən, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********41 nömrəli məktubundan görünür ki, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1062 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş "Azərmetaltəmirtikinti" İstehsalat Birliyinin "Metallurqtəmir" Təmir-Tikinti-1 Quraşdırma İdarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2005ci il tarixində tam başa çatdırılmış, xx.xx.2010-cu il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh müəssisənin özəlləşdirilmə tarixi xx.xx.2005-ci il tarixdə bitdiyindən iddia tələbi qismən təmin edilməli, xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməli olan ödənclər müvafiq qanunvericiliyə uyğun olaraq hesablanmaqla birdəfəlik qaydada cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının cavabdeh müəssisədə işləyərkən əmək xəsarəti aldığı, əmək qabiliyyətini 80 faiz hissəsində itirdiyi və aldığı xəsarətə görə ona ödənilməli olan aylıq ödəncin cavabdeh tərəfindən ödənilməli olması öz təsdiqini tapdığından iddia tələbi məhkəmə qərarı çıxdığı tarixdən etibarən əmək haqqının 80 faizi miqdarında pulun cavabdehdən hər ay iddiaçının xeyrinə tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İstehsalat qəzası nəticəsində xəsarət almış İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməli olan ödənclər müvafiq qanunvericiliyə uyğun olaraq hesablanmaqla birdəfəlik qaydada Cavabdeh tərəfindən İddiaçı ödənilsin. xx.xx.2023-cü il tarixdən etibarən isə İddiaçı əmək haqqının 80 faizi miqdarında aylıq ödənc hər ay Cavabdeh tərəfindən İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-524/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-524/2023
03.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver