Məhkəmə qərarları › İş №2(060)-525/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-525/2024

12.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-525/2024 12.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə 13 fevral 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və himayəsində olan 20 noyabr 2015-ci il təvəllüdlü X6 və 4 noyabr 2017-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən fərdi evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu X9 ilə 2 mart 2015-ci il tarixdə ailə həyatı qurmaq üçün ona qoşulub qaçmışdır. 17 aprel 2015-ci il tarixdə adət ənənələri ilə toyları olmuşdur. 18 noyabr 2015-ci il tarixdə nikahlarını rəsmləşdirmişdirlər. Birgə nikahlarından 20 noyabr 2015-ci il təvəllüdlü X6 və 4 noyabr 2017-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Ailə qurduğu bir gündən ünvan 2 ünvanında yerləşən evə ona aid gəlinlik cehiz əşyaları ilə birlikdə gəlin gəlmişdir. 2016-cı il tarixdə isə sözügedən evin ünvanına qeydiyyata düşmüşdür. Bildirir ki, Firdosi ilə əvvəllər münasibətləri normal olsa da, sonralar bu münasibət kəskinləşmişdir. Dekabr 2022-ci il tarixdə cavabdehin oğlu X11 onu gecə saat 22:00 radələrində övladları ilə birlikdə ev geyimində evdən çölə atmışdır. O, övladları ilə nə qədər ağlayıb yalvarsa da, onlara qapı açmamışlar. Həmin gündən bir müddət onlar onun-bunun evində gecələmişlər. Sonra məcbur olub atasıgilə Tovuz rayonuna getmişlər. Ailəsinin dağılmasını istəməmişdir. Dolanışığı çətin olduğu üçün 2023cü il tarixdə aliment tələbi ilə Sumqayıt şəhər məhkəmsinə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsi 01 mart 2023-cü il tarixli 2(060)-1225/2023 saylı qətnamə çıxararaq iddiasını təmin etmişdir. Hazırda o, çətin də olsa müvəqqəti övladları ilə birlikdə atasıgildə yaşayır. Qeyd edir ki, cavabdeh onu və övladlarını cəhd etməyinə baxmayaraq evə buraxmır. Odur ki, hüququndan istifadə edib hazırki ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 17 aprel 2015-ci il tarixdə cavabdehlə ailə qurmuş, 2015-ci ilin noyabr ayında isə nikahlarını rəsmiləşdirmişdirlər. Ailə qurdğu gündən mübahisəli mənzildə yaşayır. Qeyd edir ki, o, gəlin gələn zaman sözügedən ev yarım tikili vəziyyətdə olmuşdur. Ev tam hazır olduqdan sonra qaynanası mənzili öz adına keçirtmişdir. Həmin evdən 2021-ci ilin iyul ayında uşaqları ilə birlikdə məcburi şəkildə çıxarılmışdır. Hazırda Tovuz rayonunda yaşayır. Bildirir ki, paltarları, qızılı da həmin evdədir, eyni zamanda mübahisəli mənzildə qeydiyyatdadır. O, hazırda uşaqlarının haqqı olaraq ona bir otaqlı ev verilməsini və ya uşaqlarının həmin mənzilə istifadə hüququnun tanınmasını istəyir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin iş materiallarında olan poçt ünvanına məktub ünvanlanmış, məktub üzərində “tapmaq olmadı” poçt qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda elektron informasiya sistemində cavabdehin adına əlaqə nömrələri müəyyən edilməmişdir. Bu səbəbdən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 185.5-cı maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan AZ-İİ 072736 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 ilə X8 18 noyabr 2015-ci il tarixdə Sumqayıt “Asan Xidmət mərkəzi” Qeydiyyat Şöbəsində nikaha girərək ailə qurmuşlar və bu nikah 2514 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Şirinova verilmişdir. İşdə olan AZ-İİİ 705076 saylı və AZ İV 046577 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, İddiaçı ilə X3 birgə nikahından 20 noyabr 2015-ci il təvəllüdlü X6 və 4 noyabr 2017-ci il təvəllüdlü X10 adlı yetkinlik yaşına çatmayan iki övladları anadan olmuşdur. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1225/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X1 17 yanvar 2023-cü il tarixindən başlayaraq 20 noyabr 2015-ci il təvəllüdlü X2 və 04 noyabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saalanılmaları üçün hər ay, hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq idaiaçı İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Quliyev Mübariz Hacı oğlu Sumqayıt şəhəri, 20-ci mikrorayon, ev 274 ərazisində yerləşən 0.06 ha torpaq sahəsindən 0.01 ha hissəsini 1800 manata Cavabdeh satmışdır. İşdə olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ərazisində yerləşən ölçüsü 0.01 ha olan torpaq sahəsi xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydə alınmışdır. İşdə olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydə alınmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı cavabdehin oğlu X9 18 noyabr 2015-ci il tarixdə rəsmi dövlət nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, həmin il ünvan 1 ünvanında yerləşən fərdi evə köçmüşdür. Birgə nikah münasibətlərindən 20 noyabr 2015-ci il təvəllüdlü X6 və 4 noyabr 2017-ci il təvəllüdlü X10 anadan olmuşdur. İddiaçı ilə cavabdehin oğlunun nikahına rəsmi qaydada xitam verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladları 20 noyabr 2015-ci il təvəllüdlü X6 və 4 noyabr 2017-ci il təvəllüdlü X10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, ilk öncə mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına münasibətdə mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması məsələsi müəyyən edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra əmələ gəldiyindən, mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olduğundan mübahisə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları əsasında həll edilməlidir Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabırın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. İş materiallarından tərəflər arasında həmin yaşayış sahəsindən istifadə ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər hansı razılaşmanın olmadığı müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, mövcud münasibətlərin həlli zamanı Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün istifadə hüququnun yaranmasını iddia edən şəxsin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. (Mənzil Məcəlləsi, maddə 30) Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırda iddiaçı köçürülməsini tələb etdiyi yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh ailə üzvü sırasına daxil deyildir. Eyni zamanda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1- ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Məhkəmə tərəfindən hazırki iddia tələbi üzrə iddiaçının evin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid olmadığı da müəyyən edilmişdir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə istinadən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, 20 noyabr 2015-ci il təvəllüdlü X6 və 4 noyabr 2017-ci il təvəllüdlü X4 yaşayış yeri anaları İddiaçı yanında müəyyən edildiyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar