Məhkəmə qərarları › İş №2(060)-5255/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5255/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5255/2021 12.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçıASC-nin xeyrinə 11 dekabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 14377.8 ABŞ dolları faiz, 440.58 ABŞ dolları cərimə borcu , kredit müqaviləsi üzrə 11.12.2019-ci il tarixdən 07.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 167.95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14986.33 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 18-ci mikrorayon ünvanında yerləşən, 4 otaqlı, 78.2 kv.m ümumi, 53.4 kv.m yaşayış, 24.6 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 30 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 18-ci mikrorayon ünvanında yerləşən, 4 otaqlı, 78.2 kv.m ümumi, 53.4 kv.m yaşayış, 24.6 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 30 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 18-ci mikrorayon ünvanında yerləşən, 4 otaqlı, 78.2 kv.m ümumi, 53.4 kv.m yaşayış, 24.6 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 30 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin Sumqayıt şəhəri, 18-ci mikrorayon ünvanında yerləşən, 4 otaqlı, 78.2 kv.m ümumi, 53.4 kv.m yaşayış, 24.6 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 30 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması ücün 12.07.2021-ci il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Hazırda İddiaçı ASC-nin X1 və Hüquqi Tənzimlənməsi Departamentinin Məhkəmə Orqanları ilə İş şöbəsinin müdiri İsa Hacıyev məktub ilə müraciət edərək məhkəmə baxış icraatının dayandırılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nə qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar