Məhkəmə qərarları › İş №2(060)-5256/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5256/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5256/2021 04.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2020-ci il 11 fevral tarixli kredit müqaviləsi üzrə banka 16756,71 manat əsas, 3946,4 manat faiz, 630,66 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 21333,77 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Mirzə İbrahimov küçəsində yerləşən, 127.2 kv.m ümumi, 65.3 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, Mirzə İbrahimov küçəsində yerləşən, 127.2 kv.m ümumi, 65.3 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Mirzə İbrahimov küçəsində yerləşən, 127.2 kv.myaşayış sahəsindən ibarət 1A nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Əhməov Cavanşir Əhliman oğlunun və digər şəxslərin Sumqayıt şəhəri, Mirzə İbrahimov küçəsində yerləşən, 127.2 kv.m ümumi, 65.3 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh oğlu ilə İddiaçı ASC arasında bağlanmış 11 fevral 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı (Nikoyl İKB) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək göstərdi ki, 2020-ci il 14 fevral tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 20%-lə 60 ay müddətinə 17.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mtilkiyyətindəki Sumqayıt şəhəri, Mirzə İbrahimov küçəsində yerləşən, 127.2 kv.m ümumi, 65.3 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli fərdi yaşayış evi 2020-ci il 11 fevral tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2020-ci il 11 fevral tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il mayın 07-dək Cavabdeh 2020-ci il 11 fevral tarixli kredit müqaviləsi üzrə banka 16756,71 manat əsas, 3946,4 manat faiz, 630,66 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 21333,77 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2020-ci il 11 fevral tarixli kredit müqaviləsi üzrə banka 16756,71 manat əsas, 3946,4 manat faiz, 630,66 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 21333,77 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Mirzə İbrahimov küçəsində yerləşən, 127.2 kv.m ümumi, 65.3 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, Mirzə İbrahimov küçəsində yerləşən, 127.2 kv.m ümumi, 65.3 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Mirzə İbrahimov küçəsində yerləşən, 127.2 kv.myaşayış sahəsindən ibarət 1A nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Əhməov Cavanşir Əhliman oğlunun və digər şəxslərin Sumqayıt şəhəri, Mirzə İbrahimov küçəsində yerləşən, 127.2 kv.m ümumi, 65.3 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh oğlu ilə İddiaçı ASC arasında bağlanmış 11 fevral 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, həqiqətən 11.02.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən bank ona 60 ay müddətinə illik 20% olmaqla, 17000 manat məbləğində kredit vermişdir. Son zamanlar baş vermiş pandemiya ödəniş etməyində çətinliklər yaratmışdır. Bundan əlavə, ipoteka ilə yüklü edilən fərdi yaşayış evi onların yeganə yaşayış yerləridir. Həmçinin tələb olunan borc məbləği həddin artıq çox şişirdilmişdir. Əlavə olaraq fərdi evin yenidən qiymətləndirilməsi üçün ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan № 4-G1-3-0-310-20 saylı, 11.02.2020-ci il tarixli Kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC-nin “Sumqayıt” filialından 60 ay müddətinə 17000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“Kreditor- İpotekasaxlayan”) ilə Cavabdeh (“İpotekaqoyan”) arasında 11.02.2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən “İpotekaqoyan” Sumqayıt şəhəri, Mirzə İbrahimov küçəsində yerləşən, 127.2 kv.m ümumi, 65.3 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli fərdi yaşayış evi “Alıcı-İpotekaqoyan”ın mülkiyyətinə verir. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər arasında mənzilin satış qiymətinin 120.000 manat olması müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Mirzə İbrahimov küçəsində yerləşən, 127.2 kv.m ümumi sahədən ibarət 1A nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 29.03.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış” ın surətindən görünür ki, Cavabdeh adına qeydə alınmış Sumqayıt şəhəri, Mirzə İbrahimov küçəsində yerləşən, 127.2 kv.m ümumi sahədən ibarət 1A nömrəli fərdi yaşayış evi İddiaçı Açıq Səhmdar Cəmiyyətində 11.02.2020-ci ildən 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin 29.09.2021-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatından müəyyən edilir ki, Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0.01542 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin 29.09.2021-ci il tarixə bazar dəyəri 90000 (doxsan min) manat, likvid dəyəri 76500 (yetmiş altı min beş yüz) manat təşkil edir. İş materiallarında olan Aze seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23, mənzil 2-də qeydiyyatdadır. Kredit müqaviləsinə və tərtib edilmiş qrafikə uyğun cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair lazımi qaydada xəbərdar edilsə də öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Odur ki, iddiaçının tələbin ipoteka ilə yüklü edilmiş, cavabdeh X4 məxsus Sumqayıt şəhəri, Mirzə İbrahimov küçəsində yerləşən, 127.2 kv.m ümumi, 65.3 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin hərracda satılması və bankın kredit tələbi realizə edilmiş əmlakların dəyərindən ödənilməsi barədə tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyat və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə gözəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olunmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir. Həmin Məcəllənin 298-ci maddəsinə görə, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1 və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirilmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışda götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Qanunun 59.3-üü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İddiaçının cavabdehdən faizlərin tutulması tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mönasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş özrə ödənilmiş dövlət rösumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin Sumqayıt şəhəri, Mirzə İbrahimov küçəsində yerləşən, 127.2 kv.m ümumi, 65.3 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin evdən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsinə aid hissədə təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönədlikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərizində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs-yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Məhkəmə qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-veməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, ipoteka qoyan mülkiyyətçinin hüquqlarına xitam verilmədən onun mənzildən çıxarılması Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. Məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində göstərilmiş “satıldıqda” ifadəsi alqı-satqının bağlanma anını deyil, yeni mülkiyyətçinin mülkiyyət hüququnun yaranma əsasını nəzərdə tutduğundan və bu hal alqı-satqı əsasında yeni mülkiyyətçinin hüquqlarının qeydə alınmasından sonra yarandığından, ipoteka qoyanın və ailə üzvlərinin mənzili tərk etmələrinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Belə ki, alqı-satqı faktının özü mülkiyyət hüququnun itirilməsi hesab olunmadığından, müqavilə DƏDRX-də qeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır. Şərh edilənləri, cavabdehlərin əmlak mənafeyini və Azərbaycan Respublikası "xxxx" MMC-nin qiymətləndirmə hesabatını nəzərə alaraq, məhkəmə, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 11 fevral 2020-ci il tarixli, 4-G1-3-0-310-20 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 2020-ci il 11 fevral tarixli kredit müqaviləsi üzrə banka 16756 (on altı min yeddi yüz əlli altı) manat 71 (yetmiş bir) qəpik əsas, 3946 (üç min doqquz yüz qırx altı) manat 40 (qırx) qəpik faiz, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 20753 (iyrimi min yeddi yüz əlli üç) manat 11 (on bir) qəpik məbləğində borcun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutmanın Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Mirzə İbrahimov küçəsində yerləşən, 127.2 kv.m ümumi, 65.3 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti likvid dəyəri 76500 (yetmiş altı min beş) manat məbləğində müəyyən edilməli, bu əmlak hərracda satılmalı, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh banka olan 20753 (iyrimi min yeddi yüz əlli üç) manat 11 (on bir) qəpik borc məbləği və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Cavabdeh qaytarılmalı və iddia tələbi qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 11 fevral 2020-ci il tarixli, 4-G1-3-0- 310-20 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 2020-ci il 11 fevral tarixli kredit müqaviləsi üzrə banka 16756 (on altı min yeddi yüz əlli altı) manat 71 (yetmiş bir) qəpik əsas, 3946 (üç min doqquz yüz qırx altı) manat 40 (qırx) qəpik faiz, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 20753 (iyrimi min yeddi yüz əlli üç) manat 11 (on bir) qəpik məbləğində borcun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Mirzə İbrahimov küçəsində yerləşən, 127.2 kv.m ümumi, 65.3 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti likvid dəyəri 76500 (yetmiş altı min beş yüz) manat məbləğində müəyyən edilsin, bu əmlak hərracda satılsın, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh banka olan 20753 (iyrimi min yeddi yüz əlli üç) manat 11 (on bir) qəpik borc məbləği və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar