Məhkəmə qərarları › İş №2(060)-5260/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5260/2025

25.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5260/2025 25.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı evlərin sökülməsi və zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia qaldıraraq Sumqayıt şəhər Z.Tağıyev qəsəbəsi Tağıyev-2 qapalı hərbi şəhərciyinin ərazisində qanunsuz inşa edilmiş evlərin sökülməsi və cavabdehlərin ailə üzvləri ilə birlikdə həmin zəbt edilmiş torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələbinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının ərizəsindən görünür ki, iddiaçının tələbi hər bir cavabdehin ayrı-ayrılıqda məskunlaşdıqları evlərin sökülməsi və onların ailə üzvləri ilə birlikdə zəbt edilmiş torpaq sahələrindən çıxarılmaları ilə bağlıdır. Göründüyü kimi iddiaçı tərəfindən iddia tələbində bir-birilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmiş və bununla da iddia ərizəsinin qanunla müəyyən edilən məzmununa riayət edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı evlərin sökülməsi və zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı evlərin sökülməsi və zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar